çərşənbə günü, 11 noyabr 2026
     

Vətən müharibəsinin həkim qəhrəmanı... - FOTO

Image


44 günlük Vətən müharibəsində hərbçilərimizlə yanaşı, tibb işçiləri də əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirdilər. Müharibə başlayan gündən sona qədər döyüş bölgəsindən çəkilməyən həkimlərimiz həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri yaratdılar. Yüzlərlə yaralı əsgərimizi həyata qaytaran həkimlər sırasında Azərbaycan Tibb Universitetinin (ATU) Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Könüllü Həkimlər Assosiasiyasının qurucusu Oqtay Mehdiyev də var.

O.Mehdiyev müharibənin ilk günündən cəbhə bölgəsində olub. Və orada ilkin tibbi yardım üçün həkim çatışmadığını görüb. Bu səbəbdən də Könüllü Həkimlər Assosiasiyası (KHA) yaradaraq həmkarlarına çağırış edib, tibb işçilərinin cəbhəyə cəlb olunmasına yardım göstərib. Bu cəmiyyətə üzv olan həkimlər öz təşəbbüsləri ilə hətta dərman və tibbi avadanlıqlar üçün cəbhə bölgəsində 3 yerdə anbar yaradıblar.

O.Mehdiyev bildirir ki, cəmiyyətin yaradılmasının əsas məqsədi döyüş bölgələrində yaralılara dərhal tibbi xidmət göstərilməsi işini koordinasiya etmək olub:

- Hərbi əməliyyatlar çox sürətlə gedirdi. 30 ilə yaxın dövrdə işğal altında saxlanılan torpaqları belə qısa müddətdə azad etmək asan deyildi.

Həkimlər döyüş meydanında, düşmənin atəşi altında olsa belə, yaralılara yardım göstərirdilər. Bu da savaşın bir növü idi - yaralıların həyatı uğrunda aparılan mübarizə. Və bu cəbhədə də çətinliklərin olması labüd idi.

Lakin illər öncədən cəbhə bölgəsinə yaxın məsafələrdə müasir, tam şəraitli xəstəxanaların, hərbi hospitalların tikilməsi müharibə dövründə itgilərimizin az olmasına səbəb olmuşdur. Bu Prezident Ali Baş Kamandan İlham Əliyevin uzaqgörən siyasətinin daha bir göstəricisidir.

- Könüllü Həkimlər Assosiasiyasında hansı sahənin həkimləri təmsil olunurdu?

- Müharibənin ilk günündən ordaydıq. Əvvəlcə biz stomatoloqlar bu assosiasiyada birləşdik. Bilirsiniz, savaş vaxtı döyüş bölgəsində ilkin tibbi yardım üçün həkimin ixtisasının əhəmiyyəti yoxdur. Sonradan digər sahələrin həkimləri də cəmiyyətimizə üzv oldu. 44 gün ərzində bütün sahə üzrə həkimlər – travmatoloqlar, neyrotravmatoloqlar, cərrahlar, oftalmoloqlar və digər həmkarlarımız növbəlilik prinsipi ilə könüllü olaraq cəbhəyə gedirdilər. Müharibə dönəmində cəbhə boyunca hansı bölgədə həkim çatışmazlığı yaranırdısa, assosiasiya üzvlərimiz dərhal ora yollanırdılar. Yaralını qəbul etmək, ona ilkin tibbi yardım göstərib həyatına olan təhlükəni atlatdıqdan sonra daha dərin müalicə üçün xəstəxanalara göndərmək ağır bir iş idi.

Eyni zamanda, arxa cəbhədə tibbi müəssisələrdə hansısa ləvazimat çatışmazlığı yaşananda, bizim könüllü şəkildə yaratdığımız anbarlardan ora lazımi preparatlar göndərirdik. Bizim həm Bakıda, həm də cəbhə boyunca bütün bölgələrdə, hətta ön cəbhədə belə, koordinatorlarımız var idi.

- Həkimləriniz əsasən hansı istiqamətdə gedən döyüşlərdə yaralılara yardım göstərirdilər?

- Savaşın ilk dövrlərində Gəncə və Naftalanda fəaliyyət göstərdik. Sonradan bütün qüvvəmizi şiddətli döyüşlərin getdiyi cənub bölgəsinə yönəltdik. Daha sonra həkimlərimiz əsasən Fizuli Diaqnostika Mərkəzində işləyirdilər. Biz müharibənin son gününədək cəbhədə olduq. Mərkəzə gətirilən yaralıları durumunun nə dərəcədə ağır olmasına görə bölürdük. Zəruri hallarda yaralının həyatını xilas etmək üçün yerindəcə cərrahiyyə əməliyyatları icra olunurdu. Digər hallarda ilkin tibbi yardımdan sonra xəstələr Bakının və ya digər rayonların mərkəzi xəstəxanalarına göndərilirdilər.

- 44 günlük müharibənin sonunda bütün xalq olaraq qürur tarixini yaşadıq. Bəs qələbədən sonra Könüllü Həkimlər Assosiasiyası fəaliyyətini davam etdirdimi?

- Əlbəttə, müharibədən sonrakı dövrdə də işimizi saxlamadıq. İndi əsas diqqəti işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli tibbi xidmət sahəsinin qurulmasına yönəltmişik.

Könüllü Həkimlər Assosiasiyası olaraq, Hadrutda Zəngilanda, Qubadlıda və Şuşada tibb məntəqələri və xüsusilə stomatoloji xidmət məntəqələri yaratdıq. Hospitallarda yaradılan kabinələrdə pulpit və digər diş xəstəliklərinin müalicəsi, xəstə dişlərin çəkilməsi üçün şərait təmin olundu.

Bu yaxınlarda Cəbrayılda yerləşən hərbi hissənin nəzdində stomatoloji kabinet yaratmışıq. Şuşada isə yalnız stomatoloqlar deyil, digər sahə həkimlərinin də növbəli olaraq bir həftəlik işləməsinə şərait yaratmışıq. Bilirsiniz ki, müharibədən sonra hərbçilərdə bir çox dəri xəstəlikləri ortaya çıxır. Müharibə şəraitində bu, adi haldır. Ona görə də biz bu bölgələrə dermoto-veneroloqları könüllü olaraq dəvət etmişik.

İşğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən hərbi həkimlərə həm də ATU əməkdaşları olaraq müxtəlif mövzularda təlimlər keçirik. Bu da praktiki baxımdan çox faydalıdır.

- Vətən müharibəsi dövründə ən yadda qalan hadisə kimi nəyi xatırlayırsınız?

- Əslində, müharibənin hər günü, hər anı yadımdadır... Hər birimiz bilirik ki, torpaqları qansız, itkisiz geri almaq mümkün deyildi. Amma bu müharibədə düşmənimizin xainliyi heyrət doğururdu. Gəncə və Bərdəyə - döyüş bölgəsindən uzaq ərazilərə raket atılması, dinc əhalinin qətlə yetirilməsi, körpə balaların cəsədlərini görmək bizə daha pis təsir etdi. Bizimlə yanaşı, bütün dünya erməni vəhşiliyini bir daha seyr etmiş oldu.

- Müharibə dövründə və sonrakı müddətdə hərbçilərimizin arasında olan həkim kimi ordumuzdakı vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?

- Bu dövrdə həm ön cəbhədə, həm də arxa cəbhədə həmrəylik yüksək səviyyədə idi. Ən qürur duyduğumuz hallardan biri  - özləri ağır yaralı olduqları halda, hərbçi yoldaşlarından nigaran qalan, döyüşə qayıtmaq üçün tez sağalmaq arzusunda olan əsgərlərimizi seyr etmək di. Bu mərd oğullarımız bizim onlara təsəlli verməyimizi istəmirdilər, başlarına nə gəlsə də, “Vətən sağ olsun” deyirdilər...

Onu da deyim ki, özümü xatırladığım gündən müharibənin olacağını gözləmişəm. Necə ola bilərdi ki, səfərbərlik elan olunsun, biz isə getməyək? Sentyabrın 27-si müharibə başladı, mən artıq 28-də cəbhədə idim.

ATU-da dərs dediyim müddətdə həmişə məşğələlərimin sonuncu 5 dəqiqəsini mütləq tələbələrə vətənpərvərlikdən danışmışam. Bu, hər birimiz üçün bir ləyaqət məsələsi idi. Və Ali Baş Komandanın başçılığı ilə müzəffər Ordumuz şərəfimizi qorudu.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ