çərşənbə günü, 11 noyabr 2026
     

Gəncənin əmlak məmuru bələdiyyəyə və Azərbaycan əmlak qurumlarına qarşı “döyüşür” - vətəndaş Sevil Dəmirovanın haqq işi müşküldə...

Image


Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 123 ünvanında yaşayan Dəmirova Sevil Zeynal qızı üzləşdiyi problemlə bağlı redaksiyamıza üz tutub. S.Dəmirova bildirdi ki, iki övlad anasıdır və övladlarının biri birinci, o biri isə ikinci qrup əlildir. İndiyə qədər nə özünün, nə də həyat yoldaşının adına hər hansı bir ev, torpaq sahəsi olmadığını deyən S.Dəmirova uzun illərdir ki, ata evində yaşadığını vurğuladı.

Şikayətçinin sözlərinə görə, 2017-ci ildən Gəncə şəhəri Nizami rayon İcra hakimiyyətinə və Nizami bələdiyyəsinə müraciət edərək, onlara torpaq sahəsinin ayrılmasını istəyib. “Bizim həm torpaq növbəmiz var, həmçinin də nə özümün, nə də yoldaşımın adına heç yerdə ev və torpaq sahəsi yoxdur. Eyni zamanda hər iki övladım əlildir, onlardan biri birinci, o biri isə ikinci qrup əlildir. Biz heç yerdə nə evlə, nə də torpaq sahəsi ilə təmin olunmamışıq, atamın evində yaşayırıq. Bu ev də 120 il bundan əvvəl çiy kərpicdən tikilmiş evdir və artıq sökülüb-tökülür, içində yaşamaq həddən artıq çətindir. Mən dəfələrlə evin təmirinə kömək üçün Nizami rayon İcra hakimiyyətinin başçısı Nizami Hacıyevə müraciət etdim, bildirdim ki, əgər ev təmir edilməsə uçacaq və bədbəxt hadisə baş verəcək, xahiş edirəm mənə köməklik göstərəsiniz. O da dedi ki, sizin mənziliniz xüsusi mənzil olduğu üçün sizə yardım edə bilmərik. Mən icra başçısından xahiş etdim ki, yaşadığımız ev qəzalı vəziyyətdədir, siz heç olmasa bizə torpaq sahəsi ayırın, gedib orada ev tikib yaşayaq”.

  • “Bu torpaq sahəsinin oğlumun adına sənədləşməsinə 3 saylı Gəncə ərazi İdarəsi və Gəncə Regional Mədəniyyət İdarəsi maneçilik törədir”

S.Dəmirova qeyd etdi ki, Prezident əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sərəncam verib və həmin sərəncamda bu kateqoriyadan olan insanların torpaq sahəsilə təmin olunması vurğulanıb. “Mənə İcra Hakimiyyətindən dedilər ki, Prezidentin sərəncamına əsasən torpaq sahəsi ayrılıb, amma paylanması barədə hələ qərar yoxdur. Mən də onlara dedim ki, bizim yaşadığımız ərazidə bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsi var. Nizami rayon bələdiyyəsindən isə mənə dedilər ki, əgər o torpaq sahəsi bələdiyyənin balansındadırsa biz onu sizə ayırarıq. Həmin torpaq sahəsi İsmət Qayıbov 3-cü döngədə yerləşir. Bu ərazi isə  “Nizami” filminin çəkilişi üçün 1981-ci ildə inşa edilən pavilyonun qarşısındadır, o ərazinin pavilyonun ərazisinə heç bir aidiyyatı yoxdur, bələdiyyəyə məxsus boş sahədir və cəmi 4 sotdan ibarətdir. Bələdiyyə əvvəlcə bu sahənin onun balansında olduğunu inkar etsə də, sonra sputnikdən çəkilmiş xəritəyə baxanda göründü ki, bu sahə bələdiyyənin torpağıdır, xəritədə də o hissə yaşıl rəngdə göstərilib. Bələdiyyə həmin torpaq sahəsinin bizə ayrılmasına qərar verdi və onun sənədləşdirilməsinə başladı. Bu minvalla bələdiyyə həmin sahəni torpaq quruluşu qurumuna təqdim etdi və həmin qurum da öz rəyini bildirdi ki, bu sahə bələdiyyəyə aiddir, o satıla, hər hansı bir sakinin sosial probleminin həllinə yönəldilə bilər. Eyni zamanda Gəncə şəhər Memarlıq İdarəsi də həmin torpaq sahəsinin bələdiyyə torpağı olduğunu təsdiq etdi. İsmət Qasıbov 3-cü döngədəki bələdiyyə torpağının bütün sənədləri toplanaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinə təqdim edildi və Gəncə Ərazi İdarəsi də həmin sənədləri təsdiq üçün Bakıya Dövlət Reyestr Xidmətinə göndərdi. Sənədlərin təsdiqinin bir qədər gecikdiyini görüb, 3 saylı Gəncə Ərazi İdarəsinə getdim ki, gecikmənin səbəbini öyrənim. 3 saylı Gəncə Ərazi İdarəsində məsləhətçi işləyən İlqar Mustafayev mənə dedi ki, nə torpaq sahəsi, 50 minlik torpaq sahəsinə yiyələnmək istəyirsən, mən heç elə kateqoriyaya aid olan torpaq sahəsi tanımıram. Sonra bildim ki, eyni zamanda Dövlət Xidməti həmin torpaq sahəsinin ikinci qrup əlil olan övladım Dəmirov Qabil Mahir oğluna verilməsini təsdiqləyib. Dövlət Xidməti o torpaq sahəsinin oğluma verilməsinə müsbət yanaşıb. Buna isə Gəncə Ərazi İdarəsi rəy bildirməli idi, lakin hələ də rəy bildirməyib, işi indiyə qədər yubadır”.

Pavilyonun qarşısındakı bələdiyyəyə məxsus boş sahə ilə bağlı müəyyən şəxslərin maraqlı olduğunu deyən S.Dəmirova bildirdi ki, torpaq sahəsinin Dəmirovlar ailəsinə verilməsinə bütün mənalarda mane olanlar var. S.Dəmirovanın sözlərinə görə, Nizami bələdiyyəsi həmin ərazinin Mədəniyyət Nazirliyinin regional idarəsinin balansında olmamasının təsdiqlənməsi üçün nazirliyə müraciət edib, nazirlik isə o ərazinin onun balansında olmadığını təsdiqləyib. “Nazirlikdən rəsmən bildirilib ki, onlara aid ərazi pavilyonun yerləşdiyi ərazidir, pavliyonun özüdür, fasadıdır. İkinci dəfə də Nizami rayon icra hakimiyyəti Mədəniyyət Nazirliyinin Gəncə regional idarəsinə müraciət edib, idarədən də bildirilib ki, biz o torpaq sahəsinə münasibət bildirə bilmərik, çünki o bizim idarənin balansında deyil. Nizami rayon bələdiyyəsi İsmət Qayıbov 3-cü döngədəki torpaq sahəsini oğlum Dəmirov Qabil Mahir oğluna ayırıb və bununla bağlı Dövlət Xidmətinə müraciət edib, Dövlət Xidməti isə bunu rəsmən təsdiqləyib. Bələdiyyə həmin torpaq sahəsinin oğluma verilməsinə razılıq versə də, buna Dövlət Xidmətinin də rəsmi razılığı olsa da, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin yeni təyin edilmiş rəisi Vasif Cənnətov bu işə mane olur. O bu vəzifəyə 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsindən gəlib. Bu adam torpaq alqı-satqısı barədə məlumatlı olduğundan, həmin torpaq sahəsini mənimsəmək məqsədilə məktub yazıb ki, guya həmin ərazi Mədəniyyət Nazirliyinin Gəncə regional idarəsinin balansındadır. Halbuki, əlimdə olan məktublara, 2015-ci ildə Dövlət Əmlak Agentliyinin verdiyi xəritəyə və üç qurumun verdiyi təsdiqə əsasən həmin ərazi Nizami bələdiyyəsinə aiddir. Lakin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bələddiyə mülkiyyətində olan torpaq sahəsini mənimsəmək istəyir. O, eyni zamanda, həmin idarədə neqativ işlərlə də məşğuldur, idarədə artıq ştat saxlayır və bununla da dövlət büdcəsinə müəyyən ziyan vurur. Fürsətdən istifadə edib Mədəniyyət Nazirliyinə müraciət etmək istəyirəm ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisinin neqativ əməllərinə son qoyulmasına kömək etsinlər. Bu ərazi bələdiyyə torpağı olduğu halda Regional İdarənin rəisi ora əl qoyur. Hesab edirəm ki, bu torpaq sahəsinin oğlumun adına sənədləşməsinə 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə Regional Mədəniyyət İdarəsi maneçilik törədir”.

S.Dəmirovanın sözlərinə görə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi deyib ki, həmin boş sahədə gül-çiçək əkib, həmin ərazini abadlaşdıracaq. Şikayətçi qeyd etdi ki, idarə rəisi abadlaşdırmaq istəyirsə elə sökülüb-dağılmaqda olan pavilyonu abadlaşdırsın, onun bələdiyyə torpağında nə işi var?!

S.Dəmirova bildirdi ki, Gəncə Regional Mədəniyyət İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi məsələnin çözümünə problem yaradır. O vurğuladı ki, problemin həlli üçün ombudsman Səbinə Əliyevaya da müraciət edib, ombudsman da problemin həll edilməli olduğunu bildirib. “Bu torpaq sahəsinin oğluma verilməsinə kömək etməsi üçün ombudsman Səbinə Əliyevaya müraciət etdim. Ombudsman isə cavab məktubu ilə Nizami rayon İcra hakimiyyətinə müraciət edib və həmin sənədləri araşdırıb ona cavab verilməsini xahiş edib. Oğlum torpaq növbəsində olduğu halda, yalandan ombudsman aparatına məlumat vermişdilər ki, Sevil xanım torpaq növbəsində yoxdur. Bəli, mən növbədə yoxam, oğlum növbədədir. Hər iki övladım əlil olduğu üçün onlara aid bütün məsələlərlə özüm məşğul oluram... Ombudsman aparatına zəng vurub məlumat verdim ki, sizə yalan məlumat veriblər, mən ali tahsilli müəlliməyəm, 17 il hökümətdə işləmişəm, komsomol, partiya işçisi olmuşam, bir müddət mətbuatda işləmişəm, amma nə mənim adıma, nə də yoldaşımın adına nə mənzil, nə də torpaq sahəsi var, sizdən xahiş edirəm ki, oğlum Dəmirov Qabil Mahir oğlunun həmin torpaq sahəsi ilə təmin olunmasına köməklik göstərəsiniz”.  

Beləliklə, 2017-ci ildən müraciət etməsinə baxmayaraq, hələ də problem öz həllini tapmadığından, şikayətçi əlaqədar qurumlardan problemin həllinə kömək istəyir.

Ümid edirik ki, S.Dəmirovanın müraciəti cavabsız qalmayacaq və aidiyyəti qurumlar bu məsələyə həssas yanaşaraq problemi tez bir zamanda həll edəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ