Avtomobil bazarlarında yeni növ dələduzlar - iki ay gözləyirsən, sonda isə...

Elməddin Muradlı: “ABŞ-dan maşın gətirmək adı ilə vətəndaşlardan pul alırlar və süründürməçilik edirlər”

img

Artıq iki ilə yaxındır dünyanı bürüyən COVID-19 pandemiyası nisbətən sabitləşməyə doğru getsə də, bütün ölkələrdə olduğu kimi, Azərbaycana da təsirsiz ötüşmədi. İrili-xırdalı bir çox müəssisə, xidmət və iaşə obyektləri uzun müddət fəaliyyət göstərmədi. Quru sərhədlərin qapadılması da iqtisadiyyata təsir edən amillərdən biri oldu. Quru sərhədlərin bağlı olmasından ən çox təsirlənən sahələrdən biri, şübhəsiz ki, avtomobil biznesidir.

Bu vəziyyətdən istifadə edənlər isə avtomobil dələduzlarıdır. Onlar ABŞ-dan maşın gətirmək adı ilə vətəndaşlardan pul alırlar və süründürməçilik edirlər.  Vətəndaşların inamından sui-istifadə edir, İnternet üzərindən şəkil göstərirlər, vətəndaş maşını bəyənir, həmin alverçi də vətəndaşdan maşının qiymətinin yarısı qədərində pul alır. Həmin alıcıya avtomobilin 1-2 aya veriləcəyini desələr də, nə maşın ortaya çıxır, nə də pul. Biriki ay keçdikdən sonra həmin şəxsi tapmaq olmur.

  • Vətəndaşların inamından sui-istifadə edirlər, İnternet üzərindən şəkil göstərirlər, həmin alverçi də vətəndaşdan maşının qiymətinin yarısı qədərində pul alır

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, insanlarımız Gürcüstan bazarından asılılığı getdikcə azaldır. Əvvəllər Gürcüstandan nasaz maşınlar gətirilirdisə, bu gün həmin maşınların daha yaxşısını iş adamları, maşın alverçiləri özləri Yaponiyadan, Almaniyadan, Koreyadan alıb gətirə bilirlər: “Son vaxtlar bu tendensiyanın fonunda dələduzluq faktlarına şahid oluruq. ABŞ-dan maşın gətirmək adı ilə vətəndaşlardan pul alırlar və süründürməçilik edirlər. İndi bazarda dələduz maşın alverçiləri peyda olub. Vətəndaşların inamından sui-istifadə edirlər, internet üzərindən şəkil göstərirlər, vətəndaş maşını bəyənir, həmin alverçi də vətəndaşdan maşının qiymətinin yarısı qədərində pul alır, deyir ki, maşını 1-2 aya sənə verəcəyəm. Amma iki ay keçəndən sonra həmin şəxsi tapmaq olmur”.

Günel CƏLİLOVA

Son xəbərlər