çərşənbə günü, 11 noyabr 2026
     

Bayramlının istefasından sonra ümumən TƏBİB-in ləğvi gündəmə gəlib...

Image


Ramin Bayramlının TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən gözlənilməz istefasının ardınca belə bir fikirlər gündəmə gəldi ki, TƏBİB ləğv edilməli, onun bütün səlahiyyətləri isə Səhiyyə Nazirliyinə verilməlidir. Ekspertlər deyir ki, TƏBİB yaradıldıqdan sonra ölkə səhiyyəsinin idarəedilməsində ikitirəlik yaranıb.

Bu, xüsusən də özünü pandemiya ilə mübarizə məsələsində daha qabarıq şəkildə göstərir, bu istiqamətdə də ikitirəlik gözdən yayınmır. Bir koronavirus xəstəsi evindən müalicə müəssisəsinə gedib çatana qədər gah TƏBİB-ə, gah da Səhiyyə Nazirliyinə müraciət edir. İnsanlar ən çətin vəziyyətdə hansı quruma müraciət edəcəklərinə çaş-baş qalırlar. Çünki Səhiyyə Nazirliyinə zəng edəndə, “bu, TƏBİB-in səlahiyyətindədir”, TƏBİB-ə zəng vuranda isə “siz Səhiyyə Nazirliyi ilə əlaqə saxlayın” cavabını eşidirlər. Bu da prosesin bir qurumdan, vahid mərkəzdən idarə olunmasını zəruri edir. Yəni vahid qurum olmalı və xəstə müalicə üçün hara müraciət etməli olduğunu bilməlidir.

TƏBİB-in ləğv edilməsinə tərəfdar olanlar çoxdur. Bu fikirdə olanlar hesab edir ki, TƏBİB öz üzərinə düşən vəzifənin öhdəsindən elə də uğurla gəlməyib.

  • Ədalət Rüstəm: “TƏBİB-in ləğv ediləcəyi gözlənilə bilər, ləğv eidlməsə də, ola bilsin ki, səlahiyyətləri azaldılsın”

Azərbaycan Həkimlər Birliyinin İdarə Heyətinin üzvü, professor Ədalət Rüstəm “Bakı-Xəbər”ə bildirdi ki, TƏBİB-in ləğvi zərurətə çevrilib. “İdarəetmədə paralel qurumlar ola bilməz, bir mərkəz olmalıdır - ya Səhiyyə Nazirliyi, ya da TƏBİB.  Səhiyyənin idarəolunmasında pərakəndəlik yaxşı nəticə vermir. Bilirsiz ki, idarəetmədə ikitirəlik kimi xoşagəlməz hallar yaranır. Səhiyyə vahid mərkəzdən idarə edilməlidir. TƏBİB-in ləğv ediləcəyi gözlənilə bilər, ləğv eidlməsə də, ola bilsin ki, səlahiyyətləri azaldılsın”.

Digər ölkələrdə də TƏBİB statusunda təşkilatların olduğunu qeyd edən Ə.Rüstəmin sözlərinə görə, amma onların səlahiyyətləri elə də yüksək deyil, məhduddur. Hər bir qurumun özünün konkret funksiyası, işi olmalı olduğunu deyən ekspert qeyd edir ki, ölkəmizdə səhiyyənin, xüsusən də pandemiya ilə mübarizənin vahid mərkəzdən, vahid səhiyyə qurumundan idarə olunmaması müəyyən qarışıqlıqlar yaradıb: “Bu məsələdə səlahiyyətlər əsasən TƏBİB-ə verilmişdi. Bu da ikitirəliyin yaranması və bir-birinə buynuz göstərmələri ilə nəticələnirdi. Bu məsələ vahid mərkəzdən idarə olunmalıdır”.

  • Şakir Ağayev: “TƏBİB-in bir qurum kimi fəaliyyəti qənaətbəxş olmadığı...”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində R.Bayramlının istefası gözlənilən idi. “Çünki pandemiya ilə mübarizədə onun fəaliyyəti qənaətbəxş deyildi. Pandemiya dövründə insanların narazılığı və digər problemlərin olduğu da gizlin deyil. Camaatın narazılığı vardı. TƏBİB-in ləğv edilməsinə gəlincə, çox təəssüf ki, Azərbaycanda bəzi nazirliklər, idarə və təşkilatlar bir-birini təkrar edir, profilcə eynidirlər. Səhiyyə Nazirliyi ilə TƏBİB də həmçinin. Bu bir tərəfdən iqtisadi cəhətdən ziyanlıdır, digər tərəfdən də idarəçilik baxımından qətiyyən düzgün deyil. Üstəlik, məsuliyyət baxımından da problem yaradır. Çünki bir-birini təkrar edən təşkilatlar məsuliyyəti bir-birinin üstünə atırlar və ortada cəmiyyət, vətəndaş əziyyət çəkir. Öz üzərlərinə düşən işi görə bilməyəndə bu onun, o da bunun boynuna atır. Çıxış yolunu bunda görürlər. Ümumiyyətlə paradoksal haldı, Azərbaycanda səhiyyənin idarəedilməsi ilə üç təşkilat məşğul olur. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi var. Ya bunların üçünü birləşdirib geniş tərkibli bir dövlət qurumu yaratmaq, yaxud da TƏBİB və İcbari TİBBİ Sığortanı da Səhiyyə Nazirliyinin tabeliyinə verib fəaliyyətlərini təmin etmək olardı. Belə olduqda hər kəs öz məsuliyyətini hiss edərdi. Bu təşkilatlar bir-birini ittiham etməklə, günahı bir-birində görməklə məşğul olurlar ki, alternativ təşkilat gözdən düşsün. Bundan isə insanlar əziyyət çəkir, dövlətin gördüyü işlər gölgə altına düşür. Ona görə də, TƏBİB-in bir qurum kimi fəaliyyəti qənaətbəxş olmadığı üçün ləğvi mümkündür. Amma təbii ki, bu bizim səlahiyyətimizdə olmayan məsələdir. Buna yalnız ölkə rəhbərliyi qərar verə bilər, bu onun səlahiyyətindədir...

Fikrimcə, TƏBİB-in bir qurum kimi Səhiyyə Nazirliyinə birləşdirilməsi daha düzgün olardı. Çünki pandemiya sınağından TƏBİB üzüağ çıxa bilmədi...” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ