Cümə axşamı günü, 12 noyabr 2026
     

Efir televiziyalarında əsas pozuntulara baxın, dərman reklamı, himn və uşaq tərbiyəsi - hamısı da strateji əhəmiyyətli...

Image


Milli Televiziya və Radio Şurasının illik hesabatında Azərbaycanda televiziyaların yol verdiyi əsas nöqsanlar açıqlanıb.  İl ərzində Azərbaycanda ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına da yol verilib.

Hesabata əsasən, yayımçılar əsasən aşağıdakı qanunvericilik aktlarını və onların müddəalarını pozublar:

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsi (reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz);

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.12-ci maddəsi (Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır);

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 40.2.1-1-ci maddəsi (Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək);

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsi (televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır);

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsi (sponsor reklamında "sponsor" sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir);

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü maddəsi (radio, televiziya proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin, tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması);

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.5-ci maddəsi (əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya).

Ümumilikdə, aparılmış monitorinqlər göstərib ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci ilin ikinci yarısında televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib.

Milli Televiziya və Rado Şurası öz hesabatında yerli telekalların yol verdiyi pozuntuları qeyd etsə də, bu pozuntuların özünü əsasən reseptsiz buraxılan dərmanların reklamında, Dövlət Himnimizin səsləndirilməsi məsələsində, uşaqların zərərli informasiyadan tam qorunmaması işində, Azərbaycan dilinin işləkliyinin təmin olunmaması sahələrində baş verdiyini açıqlasa da, təəssüf ki, qüsur işləyən, pozuntulara rəvac verən telekanalların adlarını çəkməyib. Hörmətli, MTRŞ, bu ona görə lazımdır ki, tamaşaçılar, vətəndaşlar görsünlər ki, hansı telekanallar xalqın mənəviyyatına zərbə vurur, uşaqlarımıza zərərli informasiyalar aşılayanlar, ana dilimizi qorumayan, onun işləkliyini təmin etməyənlər kimlərdir. Yəni konkret ünvan göstərilməli idi.

Söhbət sıradan bir məsələlərdən yox, mənəvi məsələlərdən getdiyi üçün həmin telekanalların adlarının ictimailəşdirilməsi zəruri idi.

Reseptiz buraxılan dərmanların reklam edilməsi o deməkdir ki, insanlar həkimin təyin etmədiyi dərmanları alıb ondan istifadə edirlər, bu da insan həyatını təhlükəyə atır, sağlamlığımızı risq altında qoyur. Dövlət Himnimiz, ana dilimiz dövlətin rəsmi atributları olmaqla yanaşı, həm də bizim mənəviyyatımızdır, hər birimiz bu dəyərləri göz bəbəyimiz kimi qorumalıyıq. Uşaqların zərərli informasiyadan qorunması ailə ilə yanaşı, cəmiyyətin də, xüsusən televiziyaların da üzərinə düşən işdir. Bu da böyük mənəvi məsələlərdən biridir.

Bu cür pozuntulara, neqativliklərə yol verən televiziyaların adları niyə konkret deyilmir?

  • “Şura konkret ad çəkməli, mənəviyyatımızla, dövlət atributlarımızla, sağlamlığımızla bağlı nöqsanlara yol verənlərin dəqiq ünvanı göstərilməli idi”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, Milli Televiziya və Radio Şurası bu cür taleyüklü, mənəvi məsələlərdə nöqsanlara yol verən həmin kanalların adlarını ictimaiyyətə açıqlamalıdır ki, hansı telekanalların bu cür neqativ hallara yol verdiyi bilinsin. M.Zülfüqarlı hesab edir ki, onsuz da tamaşaçılar hansı telekanalın nə ilə məşğul olduğunu bilir, sadəcə, bu telekanallara qarşı lazımi ölçü götürülməsini istəyirlər: “Milli Televiziya və Radio Şurası öz hesabatında mütləq şəkildə xalqın mənəviyyatına, sağlamlığına zərbə vuran, qüsura yol verən telekanalların adlarını qeyd etməli idi. Hesab edirəm ki, bu o qurumun iş keyfiyyətindən xəbər verir. Belə görsənir ki, bunlar öz işlərini anonim şəkildə həyata keçirirlər, kimisə öz adı ilə tənqid etməkdən çəkinirlər. Bu halda mənə elə gəlir ki, heç belə bir şuraya ehtiyac yoxdur. Televiziyalarda qüsurlar çoxdur. Səhər-səhər radioya qulaq asırdım. İşğaldan azad olunmuş bölgələrimizə səfərlə bağlı söhbət gedirdi, aparıcı isə bir qızla bir oğlan idi. Deyilirdi ki, hamı ora getmək, o torpaqları görmək istəyir. Oğlan deyir ki, eybi yox, bir az səbrli olaq, inşallah, gedərik. Qız da cavab verir ki, “yox, nə səbrli olmaq, pandemiyadır, heç sabaha ümid yoxdur”. Fikir verin, bizim radioda aparıcı əhaliyə deyir ki, “sabaha ümid yoxdur”. Baxın, belə neqativləri şura üzə çıxarmalıdır və aparıcıları maarifləndirməlidir ki, canlı efirdə bu cür informasiya vermək yanlışdır, təxribatdır. Hesab edirəm ki, Milli Televiziya Şurası xalqımızın taleyüklü məsələlərinə, mənəviyyatına, sağlamlığına, uşaqlarımızın tərbiyəsinə zərbə vuran, bu kimi məsələlərdə nöqsanlara yol verən telekanalların adlarını ictimailəşdirməli və bu nöqsanlara yol verənlərin işdən azad olunmasına nail olmalı idi. Bütün cəhətlərdən Azərbaycan televiziyalarının səviyyəsi yüksəlməlidir. O səviyyə aşağı olduqca, bizim tamaşaçılar da Rusiya və Türkiyə telekanallarına baxmağa üstünlük verəcəklər”.

M.Zülfüqarlı qeyd etdi ki, bütün telekanallar öz üzərlərinə düşən vəzifəni dərk etməli, xalqın mənəviyyatına, dövlət atributlarına zərər vurmağı dayandırmalıdır, bunu onlardan MTRŞ sərt şəkildə tələb etməlidir: “Əgər şura oxu atıb yayı gizlədəcəkdisə, heç bu mövzudan danışmamalı idi. Şura konkret ad çəkməli, mənəviyyatımızla, dövlət atributlarımızla, sağlamlığımızla bağlı nöqsanlara yol verənlərin dəqiq ünvanı göstərilməli idi. Mənə belə gəlir ki, şuranın yeni tərkibi əvvəlki tərkibdən daha cəsarətli, daha operativ və daha mübariz olmalıdır. Amma MTRŞ-nın yeni tərkibi də liberal olacaqsa, nöqsanlara yol verənlərin adlarını açıqlamayacaqsa, bu problem belə də davam edəcək. Xüsusən də mənəvi, taleyüklü məsələlərlə bağlı”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ