Cümə axşamı günü, 12 noyabr 2026
     

Şəhadətə tələsən şəhid… Manya Səxavətqızı yazır...

Image


Bir insan sevdiyinə, əzizinə, doğmasına qovuşacağı anı səbrsizliklə gözləyər. O sevdiyi ki, onun naminə yaşayır və onun naminə də yaşamaqdan əl üzməyi düşünür. Hər insanın insanlara olan sevgisi, istəyi anlaşılır. Qəlbi olan hər kəsin qəlb döyüntüsünə səbəb olanlar var. Ancaq elə insanlar var ki, hər sevgidən üstün tutduğu bir uca sevgisi var. Başqa sevgilərsə həmin o müqəddəs sevginin işığında bərq vurur. Həmin sevgi Vətən sevgisidir. O sevgiyə məskən olan ürək o sevginin qəlibidir...

Sevgisi uğrunda canını fəda edən bir qəhrəmanın gülə-gülə döyüşə gedəcəyini eşitdiyimdə sözlərim boğazımda, göz yaşlarım yanağımda düyünləndi. Sadıqlı Məmmədhəsən Meydan oğlu ailəsinin ilk övlad payı, ilk ümid çırağı idi. O, 1992-ci il 21 fevralda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşdu. Ondan sonra qardaşı Zamin və bacısı Şərmin dünyaya gəlmişdi. Hər zaman böyük övladların həyatda məsuliyyəti daha böyük olur. Məmmədhəsən də elə körpəlikdən sanki böyümüşdü. Elə bil ki, adının ağırlığı surətinə yansımışdı. Ötən zamanla bərabər Məmmədhəsən də yaşa dolurdu. Məktəb yaşı çatdığında 1998-ci ildə şəhid Etibar Əhmədov adına Dəmirçi kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Eyni zamanda idmanın Yunan-Roma güləş növü ilə məşğul olmuş, dəfələrlə birincilik qazanmışdı. Hər insanın uşaqlıqdan gələcəkdə reallaşdırmaq istədiyi böyük arzuları olur. Məmmədhəsənin də ən böyük arzusu gələcəkdə hərbçi olmaq idi. Hərbi formalara çox böyük sevgisi olan qəhrəman 2007-ci ildə 9-cu sinfi bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olmuş 2010- cu ildə liseyi bitirmişdi. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2014-cü ildə leytenant rütbəsi ilə oranı da bitirmişdi. Bununla da kifayətlənməyərək Təlim Tədris Mərkəzinin (TTM) zabit ixtisas kursunu keçmiş, 2015-ci ildə uğurla başa vurmuşdu. Təyinatla Culfa rayonuna göndərilən Məmmədhəsən 3 il orada xidmət etmiş, 2017-ci ildə baş leytenant rütbəsi almışdı. 

2018-ci ildə Ermənistanın yenidən Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsi pozması nəticəsində Əlahiddə Ümumqoşun Ordusu əks-həmlə əməliyyatına başlamışdı. O döyüşdə Məmmədhəsən ən öndə vuruşanlardan olmuşdu. Həmin vaxt Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunmuş, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan ordusunun nəzarəti altına alınmışdı. Bu isə Gorus - Laçın avtomobil yoluna nəzarət etməyə imkan yaratmışdı. Ordumuzun bu gün qazandığı uğurların təməli dünənlərdə qoyulmuşdu. Həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Sadıqlı Məmmədhəsən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilmişdi. Ömrünü vətəninə həsr edən bu qəhrəman atdığı hər addımı vətən naminə atırdı. 2018-ci ildə təyinatla Vayxırda N saylı hərbi hissədə xidmət etdiyi zaman Türkiyəyə komanda təməl kursunu öyrənməyə göndərilmiş və Azərbaycan üzrə birincilik qazanmışdı. 2019-cu ildə Əlahiddə Ümumqoşun Ordusu üzrə kəşfiyyat bölüyü yarışında ən gözəl nəticəni əldə etdiyi üçün təltif edilmişdi.

Atılan hər bir addımda Məmmədhəsəni dəstəkləyən əzmkar xanımı Şərəbanısı var idi. İllərlə ürəyində kök atan sevgisinin sahibi Şərəbani. Yeddi il öncə edilən sevgi etirafına 2014-cü il 21 fevral ad günündə "hə" cavabı almışdı Məmmədhəsən. Elə həmin il sentyabrın 28-də qovuşmuşdular. Evliliklərinin birinci ilində sevgilərinin bəhrəsi olan Uğurları dünyaya gəlmişdi. Uğurun adını atası qoymuşdu. "Uğur bizim uğurumuzdu" deyirmiş hər zaman. Ancaq çox zaman sevdiklərindən uzaqda olduğu üçün Uğurunu doyunca görə bilməmişdi. Kim bilir hansı anının sevincini paylaşa bilməmişdi Uğurun... 

Vətənin ümidi olan hərbçilərin vətən xilaskarına çevrildiyi Vətən müharibəsi günlərdiki davam edirdi. Məmmədhəsən öz növbəsini gözləyirdi. Hər dəfə televizyada izlədiyi şəhid dəfnlərinə həsədlə baxar, qürurla o şəhidlərin yerində olmaq istədiyini dilə gətirərdi. Hətta bir dəfə oğlu şəhid olan anaya "ana, qürur duy, sənin oğlun hər kəsə nəsib olmayan bir məqama ucalıb" sözlərini dilə gətirmişdi. Naxçıvana gələn şəhidlərə göstərilən ehtiramı dilə gətirib "şəhid olsam, məni elimdə, obamda dəfn edin" deyirmiş. Sanki olacaqlardan xəbərdar imiş. Oktyabrın 24-ü son dəfə evlərinə gəldiyində xanımına heç kəsə borcu olmadığını demiş və hər kəsdən halallıq almışdı. Sanki ən böyük arzusuna çatırmış kimi sevinən qəhrəman sonuncu dəfə evdən çıxarkən yenidən dönüb xanımına "Şərəbanı, nə olur olsun başını dik tut, sən güclü qadınsan" deyib. Həmin sözləri 25 oktyabrda döyüşə qatıldığı ilk gündə də yazıb. Həmin gündən sonra ondan gələn zənglər kəsilib... 

Məmmədhəsənin döyüş yolu Füzulidən başlayıb Şuşada bitib. Oktyabrın 27-si Şuşanın girişində baş verən döyüşlər zamanı Məmmədhəsən bir əsgərin yaralandığını görüb. Təkidlə "onu ordan çıxaracam" deyib irəli atılıb. Yaralı yoldaşını xilas edən zaman özü snayperlə ürəyinə yaxın nahiyədən vurulub. Ancaq buna baxmayaraq mübarizəyə davam edib. O özü öz qisasını alıb. Dostları onun əsir düşdüyünü zənn etsələr də, Məmmədhəsən dolayı yolla yaralı yoldaşı ilə bərabər gəlib döyüş yoldaşlarının yanına çıxıb. Həmin zaman əsgərlər Məmmədhəsənə ilk yardım göstərib xaricə axan qanı durdura bilsələr də, daxili qanaxmaya müdaxilə edə bilməyiblər. Ömrünün yaralı halda keçirdiyi son 3 saatını sevinc içində yaşayıb. Sonda dediyi sözlər isə bunlar olub :

- Mənim telefonumu Uğuruma çatdırın. Məndən sevdiklərimə salam deyin. Onların hər birini çox sevirəm. Mən xoşbəxtəm, çünki son dəfə oğlumla birlikdə qüsl alıb paklanmışam. Mən ölürəm... 

28 oktyabrda gələn zənglər və hər kəsin Məmmədhəsəni soruşmağı artıq Şərəbanının ürəyində bir nigaranlıq yaratmışdı. Gələn bir zənglə deyilən "Şərəbanı bacı, dostum, qardaşım Məmmədhəsən şəhid olub" sözləri isə bir xoşbəxt ömürə nöqtə qoydu. Həmin an Şərabanının nələr yaşadığını izah etməyə heç bir sözün gücü yetməz. Hər zaman sevdiyinin dönüşünü gözləyən Şərəbanı 2 gün sonra sevdiyinə qovuşdu. Ancaq Məmmədhəsən onun arzuladığı kimi gəlmədi. Məmmədhəsən özünün xəyal etdiyi kimi Naxçıvana döndü. Hər kəs şəhidini ehtiramla qarşıladı. 30 oktyabrda Sadıqlı Məmmədhəsən Meydan oğlu Şərur rayonunda yerləşən Şəhidlər xiyabanında torpağa tapşırıldı. Uzun zaman idi oğlunu görməyən Səadət ana oğlunu vətən torpağına tapşırdı. Necə ki, torpağı oğluna tapşırmışdı... 

Qəhrəmanların şücaətləri istər xalq, istərsə də ölkə başçısı İlham Əliyev tərəfindən qiymətləndirilir. Elə Məmmədhəsən də şəhadətindən sonra "Vətən Uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. 

Bu dünyaya gələn hər kəs bir gün bu dünyadan köçəcək. Ancaq şəhid kimi dünyadan köçənlərin özləri olmasalar da, izləri bu dünyada əbədi qalacaq. 

ŞƏHİD MƏMMƏDHƏSƏN

Ölümə yürüyüb ölümsüz oldun,

Adınla, ruhunla ürəyə doldun.

Ömrünü vətənə fəda eləyib, 

Sən yurdu qorudun, eli qorudun. 

Uğura əmanət qoydun vətəni, 

Qürurla anacaq övladın səni. 

Bu millət heç zaman unutmayacaq, 

Yenilməz qəhrəman Məmmədhəsəni. 

Özü öz qisasın alan mərd ərən, 

Sonuncu nəfəsin vətənə verən,

Şuşa şahid olub şücaətinə, 

Vətən azadlığın gözüylə görən. 

Bilirdin yolunun dönüşü yoxdu, 

Cənnət yollarının yolçusu çoxdu. 

Qanın damladığı vətən torpağı, 

Şəhidim, o gündən sənin tək qoxdu.

Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ