Cümə günü, 13 noyabr 2026
     

AMEA-nın xərcləri azaldılıb(?)

Image


Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında bir sıra qalmaqallı fikirlər dolaşır. AMEA-da islahatların həyata keçirilməsinin aktual olduğu bir vaxtda qurumun adı maliyyə mənimsəmələrində hallandırılır. Bu günlərdə mətbuatda son on ayda dövlət büdcəsindən AMEA-ya ayrılan 1,3 milyon manatın aidiyyəti üzrə xərclənmədiyinə dair iddialar yer alıb.

Bu məsələ ilə bağlı hələ də AMEA tərəfindən rəsmi mövqe bildirilməyib. Mediada və sosial şəbəkələrdə geniş müzakirə müstəvisinə çıxan iddia qurum tərəfindən nə təsdiq, nə də təkzib edilir.  

Bu arada mətbuatda AMEA ilə əlaqədar başqa bir xəbər yayılıb. Belə ki, AMEA-nın 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş göstəriciləri bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılıb.

“Report”un məlumatına görə, azaldılma Maliyyə Nazirliyinin “Büdcə sistemi haqqında” Qanunun 17-ci maddəsinə müvafiq olaraq yenidən baxılmış 2020-ci il büdcə göstəricilərinin təqdim edilməsi barədə” AMEA-ya ünvanladığı məktubuna əsasən həyata keçirilib. Bununla da AMEA-nın dövlət büdcəsindən maliyyələşən elmi müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılıb ki, müəssisə və təşkilatların 2020-ci il üçün nəzərdə tutulmuş xərclər smetasının icrasında bir sıra xərc maddələri üzrə azalmalar nəzərə alınsın.

AMEA-ya ayrılan vəsaitdən 3 310 190 manat azaldılmasını şərh edən ekspertlər hesab edirlər ki, bu qurum öz aidiyyəti institutlarının elmi nəticələri, ixtiraları ilə dövlət büdcəsinə maliyyə vəsaiti yönəltmək əvəzinə, illərdir büdcənin çox ağır yüklərindən birinə çevrilib. Halbuki, AMEA bu gün öz elmi potensialını səfərbər etməli və gəlir gətirən bir quruma çevrilməlidir. Akademiyada ciddi islahatların aparılmasının zərurətə çevrildiyini bildirən mütəxəssislər hesab edirlər ki, AMEA öz balansında olan obyektləri, elmi-tədqiqat institutlarının otaqlarını icarəyə verib ondan gəlir götürmək əvəzinə, elmi nailiyyətləri ilə maliyyə vəsaiti əldə etməlidir. İllərdir dövlət büdcəsindən ayrılan dotasiya ilə fəaliyyətini davam etdirən AMEA-nın xərclərinin azaldılmasının müsbət olduğunu deyən mütəxəssislərin fikrincə, bundan sonra bu qurum özü maliyyə vəsaiti qazanmaq üçün cəhdlər etməlidir. AMEA-nın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkında və sair mərkəzlərdə fəaliyyəti daha da aktivləşdirməklə qurum böyük maliyyə gəlirləri əldə edə bilər.

  • “AMEA-nın Rəyasət Heyəti işçilərinin say tərkibi ciddi surətdə şişirdildi”

Məsələni “Bakı-Xəbər”ə şərh edən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucovun fikrincə, AMEA-nın 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş göstəricilərinin bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılması düzgün qərardır. “Əvvəla bu ona görə düzgün qərardır ki, Akademiya illərdir dövlət hesabına yaşayır. Təəssüflər olsun ki, bu qurum artıq özünü doğrulda bilmir. Bu da bilavasitə səriştəsiz idarəetmə və rəhbərliklə bağlıdır. Eyni zamanda da dövlət büdcəsində elm üçün nəzərdə tutulmuş vəsaitin səmərəsiz istifadəsi nəticəsində Akademiya artıq dövlət büdcəsindən asılı bir vəziyyətə düşüb. Xatırlayıram ki, AMEA-nın illik toplantısında cənab Prezident İlham Əliyev Akademiya ilə bağlı dövlətin gözləntilərini ortaya qoydu, Akademiyanın yaşamasını, Azərbaycan elminin dövlət üçün nə qədər prioritet olduğunu diqqətə çatdırdı. Cənab Prezident Akademiyanın alimləri qarşısında çox tarixi, eyni zamanda, Akademiya üçün uzunmüddətli proqram ola biləcək tezislər səsləndirdi. Açığını deyim ki, 2013-cü ildən başlayaraq Akademiya səriştəsiz idarəetmə nəticəsində ciddi qüsurlarla yadda qaldı, əslində, özünün çox ciddi böhran dövrünü yaşamağa başladı. Akademiyanın pul qazanması çox vacibdir. Nəzərə alsaq ki, dövlət vəsaitlərinin səmərəsiz şəkildə istifadəsi yolverilməzdir, bu birmənalıdır. Amma bu gün baxıb görək, Akademiya pul qazana, özünü doğrulda bilirmi? Akademiya dövlətin gələcəyi üçün faydalı istiqamətlərdə tədqiqatlar apara bilirmi? Təəssüf ki, bu suala müsbət cavab vermək olmur. Düzdür, son illər humanitar və ictimai elmlər sahəsində müəyyən tədqiqatlar aparıldı, Azərbaycan tarixi ilə bağlı ciddi araşdırmalar oldu. Ancaq Akademiya təkcə humanitar və ictimai elmlərdən ibarət deyil, AMEA dövlətin intellektual sərvətidir, eyni zamanda, ölkənin beyin mərkəzi funksiyasını daşımalı idi. Amma, bildiyimiz kimi, o özünü doğrulda bilmir. Təəssüf edirəm ki, 2013-cü ildən Akademiyanın  rəhbəri vəzifəsinə seçilən Akif Əlizadənin dövründə AMEA-nın Rəyasət Heyəti işçilərinin say tərkibi ciddi surətdə şişirdildi”.

  • “Hazırkı dövrdə dövlət vəsaitlərinin səmərəli istifadəsi olduqca vacibdir”

İ.Orucovun sözlərinə görə, Mahmud Kərimovun dövründə AMEA-nın Rəyasət Heyətinin tərkibi azaldılıb, A.Əlizadənin rəhbərliyi dövründə isə elmə heç bir aidiyyəti olmayan adamlar AMEA-nın Rəyasət Heyətinə yerləşdirildi və tərkib süni surətdə şişirdildi, bu da dövlət vəsaitinin lazımsız istiqamətdə xərclənməsi deməkdir, buna isə ehtiyac yox idi. “Akademiyada çalışan əsl fədakar elm adamları cüzi əməkhaqqı alır, amma AMEA aparatının, Rəyasət Heyətinin işçilərinin maaşı da həddən artıq çoxdur. Buna isə heç bir ehtiyac yox idi. Mən bu barədə həmişə öz kəskin mövqeyimi ortaya qoymuşam ki, Akademiya heç kəsin şəxsi mülki deyil, bu, dövlətin, xalqın  sərvətidir, ölkə üçün strateji əhəmiyyət daşıyan vacib qurumlardan biridir. Amma elmin inkişafı qaldı bir tərəfdə, bu adamlar Akademiyada görüntü xarakterli işlərlə məşğul olmağa başladılar. Mahmud Kərimovun rəhbərliyi dövründə onun tərəfindən Akademiyada Yüksək Texnologiyalar Parkı yaradıldı. Bu park elmi nəticələri sənayeyə tətbiq etməli, orada elmi məhsullar istehsal olunmalı idi. Amma Akademiyanın həmin o parkı nə ilə məşğul idi? Çox təəssüflə deyim ki, orada adi bulaq suyunun qablaşdırılması, mühərrik yağlarının istehsalı kimi sex səviyyəsində işlər görülürdü. Burada hər hansı bir yüksək texnologiyadan söhbət gedə bilməzdi. Akademiya rəhbərliyi tərəfindən bu quruma münasibət cəmiyyətdə mənfi istiqamətdə formalaşdırıldı. Əlbəttə ki, hazırkı dövrdə dövlət vəsaitlərinin səmərəli istifadəsi olduqca vacibdir. Dövlət vəsaitlərini məhz səmərəsiz şəkildə xərcləmək, onu israf etmək yolverilməzdir. Bu baxımdan da hesab edirəm ki, AMEA-da çox ciddi islahatların keçirilməsinə ehtiyac var. Akademiyada çoxlu sayda “ölü canlar”, şişirdilmiş ştatlar mövcuddur. Bu gün Akademiyanın 10 mindən artıq əməkdaşı var, ancaq Akademiyada elmlə məşğul olan insanların sayı barmaqla sayılacaq qədərdir. Bu qurum artıq bürokratikləşib. Akademiya bu gün bir velosiped istehsal etmək gücündə deyil, amma burada həm Akademiyanın rəhbərliyi, həm institut direktorları çox bahalı maşınlarda gəzirlər. Bu nə dərəcədə doğrudur?    Burada alim əxlaqı məsələsi də gündəmə gəlir”.

  • Akademiyanın ərazilərindən çox səmərəsiz şəkildə istifadə edilir...

Elmə rəhbərlik edən adamların özlərini məmur kimi aparmasına yol verilməməli, onlar özlərini hamıdan üstün göstərməyə çalışmamalıdır. “Məndə olan məlumata görə, Akademiyanın çox böyük əraziləri var, amma bu ərazilərdən çox səmərəsiz şəkildə istifadə olunur. Ona görə də Akademiyaya münasibət dəyişməlidir. Akademiyanın indiki rəhbərliyinə gəlincə, Ramiz Mehdiyev AMEA-ya prezident seçiləndə biz çox böyük ümid edirdik ki, bəlkə dəyişikliklər olacaq. Düzdür, Rəyasət Heyətinin ştatı azaldıldı, orada vaxtilə Akif Əlizadənin himayədarlığı ilə bura axışan insanlar işdən azad olundu. Ancaq hələ də Akademiyanın elmi-tədqiqat institutlarında şişirdilmiş ştatlar var, yenə də mənasız ştatlar saxlanmaqdadır. Həmin işçilərin çoxu heç işə də gəlmirlər. Yəni bu kimi hallar yolverilməzdir. Mən çox təəssüf edirəm ki, AMEA-nın yeni rəhbərliyi iş görmək əvəzinə, bir neçə gün əvvəl baş verən biabırçı olaydan sonra Akademiyanın dövlət hesabına saxlanan rəsmi portalından öz şəxsi məlumatlarını paylaşmaq istiqamətində istifadə etməyə başladı. Doğrudan da çox biabırçı bir durumdur. Bununla bağlı sosial şəbəkələrdə, mətbuatda çox kəskin çıxışlar etdim ki, Akademiyanın saytı dövlətin elmi-texniki siyasətini həyata keçirən qurumun elmi yeniliklərini paylaşmaq üçündür. Bilirsiniz, Akademiya olan ölkələrə baxsanız görərsiniz ki, həmin qurumların saytlarında son elmi yeniliklər paylaşılır, lakin bizim Akademiyanın saytında ardıcıl olaraq 4 dəfə R.Mehdiyevin məlum biabırçı hərəkətlərinə haqq qazandıran məlumatlar yerləşdirilib. Bu nə dərəcədə doğrudur? Görünən odur ki, birmənalı olaraq, AMEA-nın rəhbərliyi dəyişilməlidir. Gəlin bir anlıq fikirləşək, tutalım, R.Mehdiyev dedi ki, gəlin bu məlumatları saytda yerləşdirin. AMEA-nın saytına məsul olan adamlar var, AMEA kollegial bir qurumdur, onun Rəyasət Heyəti var. Bəs bu biabırçılıqlara Rəyasət Heyətinin üzvləri niyə fikir bildirmirlər? Akademiyanın hansı vitse-prezidenti indiyə qədər münasibət bildirib ki, bu biabırçılıqlar yolverilməzdir? Ona görə bu fikirlərin ictimailəşdirilməsini istəyirəm ki, bu adamlar hansı iş tutduqlarının fərqində olsunlar, dövlətin onlara həvalə etdiyi vəzifələrin məsuliyyətindən nə qədər kənara çıxdıqlarını dərk etsinlər, eyni zamanda, xəcalət çəksinlər. İctimai qınaq olmalıdır, bu məsələlər ortaya qoyulmalıdır. Akademiyanın hansı vitse-prezidenti mövqeyini ortaya qoydu ki, bu, R.Mehdiyevin şəxsi saytı deyil, dövlətin pulu hesabına fəaliyyət göstərən saytdır? Siz Akademiyaya ayrılan vəsaitin səmərəsiz xərclənməsindən danışırsınız, bu da ona daxildir” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ