Cümə günü, 13 noyabr 2026
     

Mayın 2-dən sonra koronavirusa yoluxma sayı artıb, məhkumlar arasında da yoluxanların sayı çoxaldı

Image


Yumşaldılmış karantin dövründə yoluxma halları müşahidə olunsa da, vəziyyət idarəolunandır. “Trend”in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumların yaratdığı maddi-texniki baza imkan verir ki, karantin qaydalarında yumşalma tədbirləri görülsün:"İki ay ərzində karantin dövründə koronavirusa qarşı mübarizə üçün ölkə daxilində məhsulların istehsalına başlamışıq. Bəzi məhsullar üzrə idxalı minumuma endirmişik, bəzi məhsullar üzrə isə idxala ehtiyac olmayıb. Sumqayıtda gündə 200 min maska istehsal gücü olan 1, sonra isə gündə 300 min istehsal gücü olan daha bir zavod açıldı. Artıq birdəfəlik kombinezon istehsalına başlamışıq. Gündə 6 min kombinezon istehsal ediləcək. Modul tipli xəstəxanaların da tikintisinə başlanılıb. Artıq tibbi heyətin təşkilati gücü var. Ona görə də bugünkü gücümüz bizə yumşalma tədbirləri görməyə imkan verir".

  • Bakıda polis postlarının azaldılması DİN-dən asılıdır

İ.Məmmədov SMS-lə icazə ləğv ediləndən sonra Bakı və Bakıətrafı ərazilərdə polis postlarının ləğv edilməsi və ya azaldılmasının Daxili İşlər Nazirliyinin (DİN) qərarından asılı olduğunu deyib. Onun sözlərinə görə, karantin rejimi ləğv edilməyib və karantin qaydalarına riayət olunmalıdır:"İnsanlar müəyyən standart və zəruri qaydalara əməl etməlidirlər. O ki, qaldı polis postlarının azaldılmasına, buna əməl etmək Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Nazirlik hesab edərsə ki, əhalinin hərəkətinə nəzarət edə bilir, onda yollardakı postların azaldılmasına qərar verə bilər, eyni zamanda, postların sayını artıra bilər. Bu, nazirliyin yumşaldılma prosesindən sonrakı qərarından və gəldiyi qənaətdən asılı olacaq".

  • Gəncədə epidemiyanın yayılmasının qarşısı müəyyən qədər alınıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə deyib ki, Gəncə şəhərində aparılan əksepidemik tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını müəyyən qədər almaq mümkün olub. Amma bu tədbirlər davam etdirilməlidir. Onun sözlərinə görə, hər gün aparılan təhlillərə əsasən, karantin tədbirlərinin yumşaldılması və ya sərtləşdirilməsi barədə qərarlar qəbul edilir.

R.Bayramlı qeyd edib ki, ölkədə pandemiya ilə mübarizənin birinci mərhələsi ilk yoluxma faktının aşkarlanması ilə başlayıb: “Hazırda biz pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik. Aprelin 27-dən bəzi yumşaldılma tədbirlərinə başlanılıb. Təəssüflər olsun ki, bəzi ərazilərdə qaydalara məsuliyyətlə yanaşılmır. Artıq Yevlax rayonunda da 64 sakində koronavirus aşkarlanıb. Bu rayonda da ciddi epidemioloji tədbirlərin görülməsinə ehtiyac var. Lənkəran da narıncı zonada qalır”.

  • Mayın 2-dən sonra yoluxma halları artıb

R.Bayramlı qeyd edib ki, aprelin 27-dən mayın 2-dək olan müddətdə koronavirusa aktiv yoluxma hallarının sayı sabitləşib, mayın 2-dən sonra yoluxma hallarının sayı davamlı olaraq artıb. Onun sözlərinə görə, mayın əvvəlindən yoluxma hallarının sayı yenidən artmağa başlayıb. Bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

R.Bayramlı qeyd edib ki, hazırda 1 058 aktiv xəstə var. Onların 35-i reanimasiyada müalicə alır: “Ümumilikdə təhlillər göstərir ki, virusa yoluxanların 77,6 faizində simptomlar yüngül müşahidə edilir. Yoluxanların 11-12 faizində vəziyyət orta ağır, 4-5 faizində ağır kimi kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni tənəffüs cihazlarına ehtiyacı olub”.

R.Bayramlı qeyd edib ki, vəziyyəti ağır olan xəstələrdə müşahidə edilən yanaşı xəstəliklər şəkərli diabet, ürəyin işemik xəstəliyi, ağ ciyər xəstəlikləri və s. olub.

  • Koronavirusun ikinci dalğasının necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır

“Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır” – deyən R.Bayramlının sözlərinə görə, həftələr üzrə olan göstəricilər bunu deməyə əsas verir ki, qətiyyən rahatlaşmamalıyıq.

Sədr qeyd edib ki, xaricdən idxal edilən yoluxma faizi 7,7-dir. Bakının Yasamal rayonunda yoluxma göstəricisi 17, Nəsimidə 15,8, Sabunçuda 14, Qaradağda 5, digər rayonlarda isə 8 faizdən aşağı olub.

R.Bayramlı əlavə edib ki, virusa yoluxanlar arasında 52-59 yaşlı insanlar üstünlük təşkil edir. Ölkədə 0-9 yaşlılar arasında yoluxma faizi 5 faiz, 80 yaşdan yuxarı 2 faizdir. Qadınlar arasında yoluxma 57 faiz olmaqla daha çoxdur. Kişilər arasında yoluxma göstəricisi 43 faiz təşkil edir.

  • Azərbaycanda 1 milyon əhaliyə düşən testlərin sayı 22 mindən çoxdur

R.Bayramlı bildirib ki, Azərbaycanda 1 milyon əhaliyə düşən testlərin sayı 22 mindən çoxdur. Onun sözlərinə görə, əhali arasında koronavirusa yoluxma göstərici nə qədər çox olarsa, onun mutasiya uğraması daha çox ola bilər.

TƏBİB sədri bildirib ki, Azərbaycanda 1 milyon əhaliyə düşən testlərin sayı 22 mindən çoxdur: “Təhlillər onu deməyə əsas verir ki, aparılan testlərin sayı yoluxma hallarının aşkarlanması üçün optimaldır. Lakin vətəndaşların qaydalara əməl etməsi testlərin sayından daha önəmlidir".

R.Bayramlı deyib ki, növbəti gündən başlayaraq, yalnız simptomları olan insanlar, onlarla təmasda olanlar, xaricdən gələnlər test ediləcək. Bu məqsədlə gündəlik olaraq 4 minə qədər testin aparılması nəzərdə tutulur.

  • Koronavirusla müalicə işinə 1000-dən çox tibb işçisi cəlb edilib

Koronavirusla müalicə işinə 1000-dən çox tibb işçisinin cəlb edildiyini deyən R.Bayramlının sözlərinə görə, modul tipli xəstəxanalar fəaliyyətə başladıqdan sonra bu işçilərin sayı 3000-ə çatacaq. R.Bayramlı çarpayı fondunun hazırda kifayət qədər olduğunu söyləyib.

  • “Bakı Tikiş Evi”ndə 64, “Baku Still Company”də 48 yoluxma faktı...

TƏBİB sədri bildirib ki, koronavirusa lokal yoluxma hallarının əksəriyyəti müəssisələrdə qeydə alınıb. Onun sözlərinə görə, bəzi müəssisələr cağırışlara məhəl qoymayıblar, ona görə də kütləvi yoluxma halları aşkarlanıb. Təkcə “Bakı Tikiş Evi”ndə 64 nəfər yoluxub. Onlar hazırda müalicə edilir. “Baku Still Company”də 48 yeni yoluxma faktı aşkarlanıb.

  • Daha 13 məhkum koronavirusa yoluxdu

R.Bayramlı Azərbaycanda cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma hallarının davam etdiyini də deyib. Onun sözlərinə görə, daha 13 nəfər məhkum bu virusa yoluxub:“Cəzaçəkmə müəssisələrində 33 məhkumda koronavirus aşkar edilmişdi. Hazırda koronavirusa yoluxan məhkumların sayı 46 nəfərə çatıb. TƏBİB və Penitensiar Xidmətin tibbi briqadalarının birgə səyi ilə həmin xəstələrin müalicəsi davam etdirilir”.

R.Bayramlı bildirib ki, koronavirusla bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı yenidən qərarlar verilə bilər. Bayram günləri üçün belə məhdudiyyətlərin verilməsini mümkün sayan R.Bayramlının sözlərinə görə, 10-14 gün ərzində olan göstəricilər əsasında növbəti mərhələlərlə bağlı qərarlar veriləcək:“SMS-lə icazə almaq ləğv edilib. Amma bu o demək deyil ki, biz əvvəlki həyatımıza dönməliyik”.

“10-14 gün sonra ortaya çıxacaq göstəricilərə əsasən növbəti mərhələlərlə bağlı qərar veriləcək”.

TƏBİB sədri bildirib ki, SMS-lə evdən çıxmaq ləğv edilsə də, insanlar küçələrə, bulvara və parklara axın etməməlidir. Həmçinin restoran və çay evlərində müvafiq tibbi-metodik göstərişlərə əməl olunmalıdır. O qeyd edib ki, bu qaydalara əməl etməyənlər ciddi şəkildə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq.

  • Xaricdən gələnlər arasında 20 faiz yoluxma...

“Ümumilikdə son dövrlər ərzində çarter reysi ilə Azərbaycana gələnlərin analizləri onu göstərir ki, xaricdən gələnlər arasında yoluxma 20 faiz təşkil edir” – deyən TƏBİB sədrinin sözlərinə görə, vətəndaşların xaricdən Azərbaycana gətirilməsi davam edəcək: “Amma onların karantin müəssisələrinə yerləşdirilməsi də davam etdiriləcək. Təhlillər göstərir ki, bu virus uzun müddət bizimlə yaşayacaq, amma biz uzun müddət karantin şəraitində yaşaya bilmərik. Xəstəlik sürətlə yayılır. Xəstəliyi həddindən artıq ağır keçirənlər var. Bu xəstəlikdən qorunmağın yolu asandır və kontrollu sosial həyatdır. Bundan sonrakı devizimiz kontrollu sosial həyat olmalıdır. Bu da tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsidir. Bu qaydaların hər ikisinə birlikdə əməl edilməlidir. Nəzərə alaq ki, hər bir yoluxma tibb işçiləri üçün bir yükdür”.

  • Karantin rejimi ilin sonunadək davam edəcək

“Karantin rejimi ən azı bu ilin sonuna qədər davam edəcək. Ola bilsin, biz tədricən bundan çıxacağıq, ancaq müəyyən qaydalar tətbiq olunmaqda davam edəcək” – deyən R.Bayramlının sözlərinə görə, karantin rejiminin daha tez yumşaldılmasını istəyiriksə, qaydalara əməl etməliyik: "Beynəlxalq təcrübəyə baxsaq görərik ki, ölkələr sərt karantin rejimindən daha çox vətəndaşları bu virusla birgə yaşamağa öyrəşdirirlər. Görülən tədbirlərə baxmayaraq, bu virus bizim aramızda qalmaqda davam edəcək. Ola bilsin, biz tədricən bundan çıxacağıq, ancaq bütün bunlar vətəndaşların sosial məsuliyyətindən asılı olacaq".

  • Bakı-Naxçıvan reysinin açılması məsələsinə…

TƏBİB sədri bildirib ki, Bakı-Naxçıvan reysinin bərpası ilə bağlı qadağalar qalmaqdadır. Lakin növbəti mərhələdə bu reysin açılması məsələsinə baxıla bilər. Onun sözlərinə görə, sarı zonadan narıncı zonaya gediş-gəliş qadağan edilib:"Naxçıvan və digər bölgələr sarı zona olduğundan, Bakıya gediş-gəliş qadağan edilib. Bakıda iş yeri olan şəxslər buraya gələ bilirlər. Amma Naxçıvanla əlaqə yalnız hava yolu ilə mümkündür. Hələlik aviareyslər bağlı olduğundan bu mümkün deyil. Bu məsələ gündəmdədir. Ola bilsin ki, növbəti mərhələdə bununla bağlı qərar verilsin”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ