Bazar günü günü, 27 sentyabr 2026
     

Tarix-mədəniyyət abidələrimizin bərbad gündə olmasının müqəssiri - Zakir Sultanovun həbsi hər şeyi açdı…

Image


Maddi-mədəni irsin qorunması Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməli olduğu halda, təəssüf ki, biz bunun şahidi ola bilmədik.

Zakir Sultanovun rəis təyin edildiyi bu xidmət abidələri mühafizə etməklə, onları qeydiyyata almaqla məşğul olmaq əvəzinə, restavrasiyaya ayrılan vəsaiti mənimsəməklə, digər neqativ məsələlərlə məşğul olub. Bunun nəticəsidir ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən əməliyyat nəticəsində xidmət rəhbərinin əməlləri ifşa edildi və o, cinayət məsuliyyətinə cəlb edildi.

Bu və digər aidiyyəti məsələlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeologiya üzrə tanınmış mütəxəssis Fərhad Quliyevlə ətraflı söhbət etdik.

- Fərhad müəllim,  Azərbaycanda mədəni irsin qorunması, mühafizəsi sahəsində ciddi problemlər olduğunu bu sahəyə bələd olan hər kəs yaxşı bilirdi. Dəfələrlə mütəxəssislər bu məsələ ilə bağlı həyəcan təbili çalırdılar. Amma sanki bu tənqidlərin onlara aid olmadığını zənn edib, bu sahəyə məsul olan şəxslər buna hər hansı bir reaksiya vermirdilər. Sizcə, bunun səbəbi nə idi?

- Səbəblər çoxdur. Məsələn, bölgələrdə abidələrimizin təbliği işi zəif təşkil olunub. Daha çox kampaniya xarakteri daşıyır. Bir-iki tədbirlə məsələlərin gündəmdə olmasına işarə etməyə çalışırlar. Reallıqda isə bölgələrdə mədəni irs məsələləri ilə məşğul olan regional mədəniyyət idarələri və Prezidentin 22 oktyabr 2019-cu il tarixli (№844) fərmanı ilə yeni yaradılmış Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional bölməsi fəaliyyət göstərir. Lakin bununla belə, bu strukturların olmasına baxmayaraq, yenə də maddi mədəniyyət abidələrimiz dağıntılara məruz qalır. Bölgələrdə məsul şəxslər bəzi hallarda bu sahəyə biganəlik göstərirlər. Tikinti işləri aparan təşkilatlar tez-tez Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununu pozmağa çalışırlar. Halbuki, qanunun 13-cü maddəsində inşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması və öyrənilməsi məsələsi xüsusilə qeyd olunub. Ümumiyyətlə, abidələrimizə olan münasibət ürəkaçan deyil.

- Ölkəmizdə saysız tarixi-arxeoloji abidə var ki, onların böyük əksəriyyəti siyahıya alınmayıb. Abidələrin bir çoxu Sovet dövründə siyahıya alınmışdı və sonrakı dövrlərdə bu siyahıya çox az sayda abidə əlavə edildi. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu vacib işə nə üçün barmaqarası yanaşırdı?

- Ölkəmizdə abidələrin siyahıya alınması və pasporlaşdırılması işi müxtəlif dövrlərdə 1957, 1967 və 2001-ci illərdə həyata keçirilib. 2014-2020-ci illər üzrə qəbul olunmuş Dövlət Proqramına əsasən, abidələrin qeydiyyatı və pasportlaşdırılması yenidən həyata keçirilməli idi. Bu işin təşkilində ən çətin sahə arxeoloji abidələrə aiddir. Arxeoloji abidələrin yerləşməsi ilə bağlı mürəkkəb xüsusiyyətlər mövcuddur. Ölkəmizdə torpaq islahatının aparılmasından sonra arxeoloji abidələrin vəziyyəti bir qədər çətinləşdi. Bir çox yerdə torpaq sahibləri abidələrdə tədqiqat aparmağa bizlərə maneçilik törədirdilər. Hətta elə hallara rast gəlirdik ki, torpaq yiyələri abidənin onların ərazisində olduğuna görə rəsmi şəkildə müqavilə imzalayıb, bizdən müəyyən vəsait tələb edirdilər. Arxeoloji abidələr ölkəmizin bütün bölgələrində çoxluq təşkil edir və əksəriyyəti əkin sahələri ərazisində yerləşir. Bu baxımdan onların qorunması işi mürəkkəbləşib.

Bunları nəzərə alaraq, effektiv idarəçiliyin düzgün təşkili işi həyata keçirilməli idi. Məsələnin həlli ilə bağlı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Mədəniyyət Nazirliyinin xidməti ilə birlikdə çalışır. Bu sahədə son illər müəyyən işlər görülsə də, əfsuslar olsun ki, ümumən nəticələr qənaətbəxş olmayıb. Abidələrin müasir gündəmin tələblərinə cavab verəcək formatda elektron pasportlaşdırılması və nəticədə məlumatlar bazasının yaradılmasına böyük ehtiyac var. Bu işin təşkilini müəyyən vaxt ərzində həyata keçirmək mümkündür.

- Sizin institut bu məsələdə Dövlət Xidmətinə yaxından kömək edə bilərdi…

- Əlbəttə. Nazirliyin Dövlət Xidmətində və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda bu işi bacaran kifayət qədər təcrübəli mütəxəssis var. Bizim institutumuzun mütəxəssisləri Xəqani Alməmmədov, Səbuhi Hüseynov və Fuad Hüseynov arxeoloji abidələrin pasportlaşdırılması ilə bağlı müəyyən işlər görmüşlər. Ümumiyyətlə, arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılmasını arxeoloqlardan başqa kimsə yaxşı həyata keçirə bilməz. Bunu bacarmaq üçün işin düzgün təşkili olmalıdır. Nazirliklə AMEA-nın birgə fəaliyyəti gücləndirilməlidir. Bunun üçün Dövlət Proqramının icrası ilə bağlı əlavə tenderlərin keçirilməsinə ehtiyac yoxdur.

- Bir sıra məsələlər var ki, onunla bağlı tez-tez tenderlər elan edilir. Ortada dövlətin külli miqdarda vəsaiti havaya sovrulur. Sizcə, buna ehtiyac var?

- Hər məsələyə görə tender keçirirlər. Abidələrin qeydiyyatı və ya muzey ekspozisiyalarının tərtibatı işləri və s. Digər ölkələrdə bu işləri həmin qurumların öz işçiləri həyata keçirirlər. Xüsusilə qeyd etməliyəm ki, bu illər ərzində çoxlu sayda arxeoloji abidəmiz dağıdılıb. Bizim ən böyük problemimiz qanunsuz arxeoloji qazıntılardır. Qızıl axtarmaq məqsədilə arxeoloji abidələrimiz dağıdılaraq qarət edilib. Son illər əsasən kurqan qəbir abidələrimiz “düşmənlərimizin” hücumuna məruz qalıb. Əfsuslar olsun ki, Dövlət Xidmətinin sabiq rəhbəri bu sahədə ciddi tədbir görməyib, tələb olunan həyəcan təbilini vurmayıb. Onun bu sahəyə ciddi şəkildə biganəliyi qanunsuz arxeoloji qazıntılar aparan qarətçilərin işinə dəstək olub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, əslində, ölkənin ən önəmli təşkilatlarından biridir. Təsadüfi deyil ki, bütün sivil ölkələrdə mədəni irsin qorunması ilə bağlı dövlət təşkilatları mövcuddur. Əsasən Türkiyə, Yunanıstan, Misir və digər turizm sahəsi inkşaf edən ölkələr mədəni irsin qorunması və təbliği ilə məşğul olan bu tip təşkiltların fəaliyyətinə xüsusi önəm verirlər. Əgər mədəni irsin qorunması fəaliyyəti ilə məşğul olan dövlət təşkilatları bəzi ölkələrdə Mədəniyyət Nazirliyi strukturuna daxildirsə, elə ölkələr də var ki, bu tip təşkilatlar müstəqil fəaliyyət göstərib, heç bir nazirliyin tərkib hissəsi deyil. Bu və ya digər halda, mədəni irs məsələləri ilə məşğul olan dövlət təşkilatlarının məqsədi və məramı eynidir. Bu təşkilatların əsas fəaliyyəti abidələrin qorunması və bərpasıdır. Fikrimcə, belə bir mötəbər idarənin yeganə problemi Zakir Sultanovun özü olub. Onun mədəni irs sahəsində ciddi biliklərə malik olmaması və ümumiyyətlə, bütün məsələlərə biganəliyi açıq-aşkar hiss edilirdi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ölkəmizdə ayrıca struktur olaraq Mədəni İrs Dövlət Agentliyinin yaradılması bu günün tələblərinə cavab verərdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ