Bazar günü günü, 27 sentyabr 2026
     

Vətəndaşlar Azərbaycanda pandemiyanın ikinci dalğasını anbaan yaxınlaşdırır - Qərargahın xəbərdarlığı reallaşa bilər...

Image


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin yumşaldılması sui-istifadə hallarına səbəb olub. Məsələ burasındadır ki, bütün mütəxəssislər aprel ayının sonlarından etibarən ölkə ərazisində koronavirusun tamamilə məhv olacağını proqnozlaşdırırdı. Əvvəlki həftələrdə sağalmaların yoluxmaları iki-üç dəfə, bəzən də beşqat üstələməsi proqnozların özünü doğrultduğunu ehtimal etməyə əsas verirdi. Lakin ölkə ərazisində karantin rejiminin yumşaldılması nəticəsində tamamilə yeni bir mənzərə ilə qarşılaşmalı olduq.

Aydın şəkildə görsəndi ki, ölkə vətəndaşları yumşalma prosesindən sui-stifadə edir, karantin rejiminin qüvvədə olan vacib qaydalarına əməl etməkdən yayınırlar. Bunun nəticəsdir ki, respublikada 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 28 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu rəqəm özü göstərir ki, yoluxma sağalmanı az qala üç dəfəyə yaxın üstələyib.

Bildiyimiz kimi, vətəndaşların xeyli hissəsi karantin rejiminin mövcud qaydalarına əməl etmir, avtobuslarda, mağazalarda, eləcə də digər yerlərdə sosial məsafəni qorumur. Hər yerdə insanlar bir-birinə çox yaxın məsafədə dayanır, avtobuslarda sərnişinlər lap sıx-sıx dayanır. Hətta Masazır qəsəbəsində yaşayan daimi oxucularımızdan biri bizimlə əlaqə saxlayaraq insanların kütləvi olaraq yaxın məsafədə dayandıqlarından şikayət edir. Deyir ki, elə bil qəsəbənin içində yarmarka açılıb və insanlar o yarmarkaya gəliblər. Bu hal şəhərimizin müxtəlif yerlərində, ən çox da ucqar qəsəbələrdə yaşanır. Sözsüz ki, bu təqdirdə də yoluxma sayının artması qaçılmazdır.

Yeri gəlmişkən, artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələyə münasibət bildirib. TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Situasiya yenidən pisləşsə, karantin rejimi yenidən sərtləşdirilə bilər”- deyə qeyd edib.

O, insanlara karantin tədbirlərinə əməl etməsi üçün çağırış da edib: “Biz yenidən xalqa müraciət edirik ki, karantin rejiminin daha da yumşaldılmasını istəyirik, sərtləşməsini istəmirik. Bizim üçün önəmli olan insanların sağlamlığıdır. Qaydalara əməl etməklə karantindən çıxmaq olar”.

Y.Qarayeva əlavə edib ki, ölkədə yeni yoluxma halları həm Bakıda, həm də regionlarda müşahidə edilib. Onun sözlərinə görə, yumşaldılma tədbirlərinin tətbiq edildiyi ərazilərdə də yoluxma sayı artarsa, karantin tədbirləri yenidən sərtləşdirilə bilər.

  • Rauf Zeyni: “Yoluxma artırsa, bu, karantin rejiminin sərtləşdirilməsinə gətirib çıxarır”

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni təəssüflə qeyd etdi ki, xüsusi karantin rejiminin yumşaldılması nəticəsində vətəndaşların məsələyə münasibətində bir boşluq yaranıb: “Bəzi vətəndaşlar elə düşündülər ki, yumşaldılma baş veribsə, bu, karantin rejiminin sona çatması deməkdir, maskasız da gəzmək, sosial məsafəni qorumamaq da olar, yoluxma ilə bağlı heç bir problem olmaz. Təbii ki, bu, vətəndaşların pandemiyaya laqeyd yanaşmasıdır və bir çox halda məsuliyyəti dərk etməməkdən irəli gələn məsələdir. Biz bu gün də dərk edib anlamalıyıq ki, karantin rejimini hətta postpandemiya dövründə belə özümüzün həyat tərzinə çevirməliyik. Çünki nə qədər ki, bu ümumbəşəri bəla, epidemiya problemi aradan qaldırılmayıb, biz vətəndaşlar məsuliyyətlə karantin rejimini bir həyat tərzi kimi qəbul edib ona əməl etməliyik. Buna əməl etmədikcə və laqeyd, eyni zamanda, məsuliyyətsiz yanaşdıqca, əlbəttə, yoluxma halları 70 də olacaq, 80 də. Bu çox ciddi məsələdir. Təəssüf ki, insanlar məsuliyyətsiz davranaraq, bu problemin ciddiliyini nəzərə almaq istəmirlər. Fürsətdən istifadə edib demək istəyirəm ki, bizim qeyri-hökumət təşkilatları da, vətəndaş cəmiyyətinin təmsilçiləri də, KİV nümayəndələri də bütün vasitələrdən istifadə edərək, çox geniş maarifləndirmə tədbirləri həyata keçirir, amma görürsünüz ki, yumşalma ilə bağlı qərar verilən kimi bəzi vətəndaşlar bundan sui-istifadə edirlər. Əgər istəyiriksə əvvəlki həyat tərzimiz bərpa olunsun, iş səviyyəsi tam qaydasına düşsün, onda vətəndaşlar yumşaldılma qərarından sui-istifadə etməməlidirlər. Vətəndaş məsuliyyətsizliyi, sözsüz ki, yoluxmanın artmasına, eləcə də əvvəlki sərt karantin rejiminin qayıtmasına gətirib çıxara bilər. Biz bunların hamısından nəticə çıxarmalıyıq. Yoluxma artırsa, bu, karantin rejiminin sərtləşdirilməsinə gətirib çıxarır”.

R.Zeyninin sözlərinə görə, vətəndaşlar bütün qaydalara tam əməl etməli, “evdə qal”, sosial təcrid, eləcə də digər məsələləri əsas götürməlidirlər. “Biz birlikdə güclüyük” çağırışına hər bir vətəndaşın əməl etməli olduğunu deyən R.Zeyni hesab edir ki, biz məsuliyyətimizlə, təmkinimizlə, qərarlara əməl etməyimizlə bu epidemiyaya qalib gələ bilərik.

  • Əhməd Abbasbəyli: “Vətəndaşlar səbrlə, təmkinlə, məsuliyyətlə qaydalara əməl etməlidirlər ki, vəziyyət daha ciddi həddə çatmasın”

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abbasbəylinin fikrincə də vətəndaşlar karantin rejiminin yumşaldılmasından sui-istifadə etməməlidirlər. Onun sözlərinə görə, insanlar sosial məsafə saxlamaq məsələsində daha ciddi olmalıdırlar. Dövlətin həyata keçirdiyi antivirus tədbirlərinin koronavirusun məhvi ilə nəticələnməsinə ictimaiyyətin qaydalara əməl etməklə cavab verməsinin vacib olduğunu qeyd edən Ə.Abbasbəylinin fikrincə, insanların çoxu bu virusu ciddiyə almaq istəmir: “Karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq vətəndaşlar bəzi qaydalara əməl etmək istəmirlər. Bu gün avtobuslarda mövcud olan sıxlıq, sosial məsafənin qorunmaması və s. məsələlər ciddi problemlər yaradır. İnsanlar yenə də sosial izolyasiya qaydalarına əməl etməli, sosial məsafəni qorumalıdırlar. Ümumiyyətlə, avtobus sürücüləri özləri artıq sərnişin götürməkdən imtina etməlidirlər. Şirkətlər xəttə daha çox avtobus buraxmalıdırlar ki, marşrut avtobuslarının salonunda sıxlıq yaranmasın. Hesab edirəm ki, vətəndaşlar səbrlə, təmkinlə, məsuliyyətlə qaydalara əməl etməlidirlər ki, vəziyyət daha ciddi həddə çatmasın”.

A.Abbasbəyli, həmçinin, qeyd etdi ki, koronavirusdan qorunma ilə bağlı maarifləndirmə işi aparan mütəxəssislərin bəzən bir-birinə zidd açıqlamalar verməsi insanların çaşqınlığına səbəb olur. “Mən prosesi bütün ölkələr üzrə yaxından izləyirəm, beynəlxalq aidiyyəti qurumların, həmçinin, dünya və Azərbaycan alimlərinin məsələyə yanaşmasını müşahidə edirəm. Bu gün virusdan qorunmağın əsas üsullarından biri kimi maska və əlcəkdən istifadə etmək, əlləri tez-tez spirtləmək, həmçinin də yumaq, sosial məsafə saxlamaq və sair tövsiyə edilir. Amma bəzən görürsən ki, həm dünya alimləri, həm də yerli mütəxəssislər deyirlər ki, spirt, maska, əlcək insanları virusa yoluxmaqdan xilas etmir. Başqa bir alim bunun əksini deyir. Təəssüf ki, bu istiqamətdə maarifçilik işi aparan mütəxəssislərin bəziləri əhaliyə ziddiyyətli məlumatlar verirlər. Bu arzuolunmaz hal da insanlarda çaşqınlıq yaradır. Bütün bunlara baxmayaraq, vətəndaşlarımız dövlətin mövcud qərarlarına əməl etməlidirlər” - deyə Ə.Abbasbəyli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ