Cümə günü, 13 noyabr 2026
     

Son iki həftədə ilk dəfə yoluxma sayı sağalmaları üstələdi – karantin qaydaları yenidən sərtləşdirilə bilər... Operativ Qərargah son xəbərdarlığı etdi

Image


Bildiyimiz kimi, bu ilin aprel ayının 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  ölkəmizdə mövcud olan sərt karantin rejiminin yumşaldılması prosesinə başlanıb. Yumşalma prosesi ilə əlaqədar olaraq mayın 4-dən isə Operativ Qərargahın qərarına əsasən, Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeron rayonu istisna olmaqla, ölkəmizin digər rayon və şəhərlərində, Naxçıvan Muxtar Respublikasında SMS-icazə sistemi ləğv edilib və bir sıra sahələrin fəaliyyəti bərpa edilib.

Dövlət tərəfindən həyata keçirilən antivirus tədbirləri nəticəsində son iki həftə ərzində sağalmaların sayı yoluxmaları bir neçə dəfə üstələmişdi. Yumşaldılma prosesindən sonra isə son iki həftədə ilk dəfə yoluxmanın sağalmaları üstələdiyinin şahidi oluruq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, Azərbaycanda koronavirusa 52 yeni yoluxma qeydə alınıb, 39 nəfər sağalıb və 1 nəfər vəfat edib.

Koronavirusa yoluxma hallarının bu virusdan müalicə olunaraq sağalanların sayını yenidən üstələməsi karantin qaydalarının yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

  • “Yoluxanların sayının sağalanların sayından 13 nəfər çox olması bizə bir siqnaldır ki...”

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Nəsib Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, dövlət koronavirusla mübarizə çərçivəsində gərəyi nə var, hamısını yüksək səviyyədə həyata keçirir. “Birincisi, bəri başdan onu demək istəyirəm ki, aprel ayının 27-də və mayın 4-də xüsusi karantin rejimi ilə bağlı müəyyən yumşaldılmalar oldu. Amma siz fikir versəniz görərsiniz ki, həmin qərarda sanitar-epidemioloji, gigiyenik tədbirlərlə bağlı heç nə qüvvədən düşməyib, hər şey qüvvədədir. Yəni bu məsələdə heç bir yumlaşma yoxdur. İlk növbədə, yenə də sosial izolyasiyaya riayət olunması tələb edilir. İkincisi, “evdə qal” çağırışı da qüvvədədir. Bir sıra rayon və şəhərlər istisna olmaqla, respublikamızın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri  və Abşeron rayonunda əhali sosial izolyasiya, “evdə qal” rejimindədir. Bu qaydalara riayət olunur. Digər tərəfdən, gigiyena ilə bağlı maskadan istifadə etmək məsələsi də qüvvədədir, hər kəs maskadan istifadə etməlidir. Burada məsələ gəlib çıxır insanların koronavirusa yanaşmasına, mövqeyinə. Bəli, burada çox təəssüf ki, kobud səhvə, vətəndaş məsuliyyətsizliyinə yol verənlər hələ də var. Hər bir vətəndaş bu problemin nə qədər ciddi olduğunu qəbul edərək, deyilən tələblərə əməl etməlidir. Əks təqdirdə sərtləşmə baş verə bilər. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargah da yumşalmanı elan edəndə bildirdi ki, yumşalma prosesi nə zaman özünü doğrultmasa, vətəndaşlar tərəfindən qaydalara riayət olunmasa, karantin rejiminin sərtləşdirilməsi həmişə gündəlikdə qalır. Çox təəssüf edirəm ki, son koronavirusa yoluxan 52 nəfər xəstənin 32-si Gəncədə aşkar olunub. Bu nə deməkdir? 52 xəstədən 32-nin Gəncədə aşkarlanması o deməkdir ki, orada vətəndaşlar tərəfindən karantin qaydalarına ciddi əməl olunmur. Orada bu problemə etinasızlıqlar, vətəndaş məsuliyyətsizliyi var. Bu da mövcud vəziyyətin yaranmasına səbəb olub. Yoluxanların sayının sağalanların sayından 13 nəfər çox olması bizə bir siqnaldır ki, aprelin 27-dən başlanan yumşalma prosesi yoluxmaya səbəb oldu. Çünki orta hesabla xəstəliyin gizlin dövrü 5 gün çəkir. Qısa bir vaxtda bu özünü göstərməyə başladı. Bu bizə bir daha onu deməyə əsas verir ki, hər kəs bu məsələlərə çox şüurlu şəkildə, vətəndaş məsuliyyəti ilə yanaşmalı, bütün qaydalara ciddi əməl etməlidir. Fikrimcə, ümumiyyətlə, ictimai nəqliyyata maskasız daxil olmağı ciddi şəkildə qadağan etmək lazımdır. Eləcə də digər xidmət müəssisələrinə, mağazalara, bərbərxanalara da heç kəsi maskasız buraxmaq olmaz”.

N.Quliyevin sözlərinə görə, bütün vətəndaşların sanitar-gigiyenik qaydalara riayət etməsi, maska taxması vacibdir. O bildirdi ki, koronavirusun yayıldığı Çindən yayılan bütün videogörüntülərdə insanların hamısının qoruyucu maska ilə gəzdiyi müşahidə olunur. Bunun nəticəsində də Çində yoluxmanın sıfır həddinə gəlib çatdığını qeyd edən N.Quliyevin bildirdiyinə görə, bu gün koronavirus pandemiyasının qarşısının alınması üçün hələ ki, yeganə güclü silah insanların mövcud qorunma qaydalarına riayət etməsdir. “Çünki bu gün koronavirus pandemiyasının nə spesifik müalicə üsulu mövcuddur, nə də spesifik profilaktikası. Yəni nə bu xəstəliyin müalicəsi üçün spesifik dərman preparatı var, nə də peyvənd mövcuddur. Ona görə də bizim əlimizdə yeganə olan silah bu infeksiyadan deyilən qaydalarla qorunmaqdır. Yəni sosial izolyasiya, “evdə qal”, şəxsi gigyenaya riayət etməklə bu infeksiyaya yoluxmaqdan qoruna bilərik. Ən azından, o zamana qədər ki, həm müalicədə istifadə olunan spesifik preparat yaradılsın, həm də xəstəlikdən etibarlı qorunmaq üçün peyvənd istehsal edilsin. Bu vaxta qədər məntiq bizə deyir ki, qorunmaqdan sonra ayrı üsul yoxdur. Əgər buna da məsuliyyətsiz yanaşırıqsa, onda məsələ başqa cür olacaq. Yəni dövlət pandemiya ilə mübarizə ilə bağlı çoxşaxəli tədbirlər həyata keçirib, böyük xərc çəkib, vətəndaş da dövlətin qoyduğu qaydalara riayət etmirsə və məsuliyyətsizliyə yol verirsə, onda yenidən karantin rejimi sərtləşdiriləcək. Vətəndaşlar elə davranış göstərməlidirlər ki, biz gəlib bu vəziyyətə çatmayaq. Eyni zamanda, dünya birliyinə də biz sübut etməliyik ki, inkişaf etmiş, sivil bir xalqıq, bu kimi vəziyyətdə ən doğrusu nədir, onu etməyi bacarırıq. Dövlət nə lazımdırsa edir, insanlar da öz vəzifələrini şüurlu şəkildə dərk etməli, öz üzərlərinə düşən öhdəliyə əməl etməlidirlər. Biz vətəndaş olaraq bunu edə bilmiriksə, demək, bizim vətəndaş məsuliyyətimizdə problemlər var. Ona görə də bunları heç kim yadından çıxarmamalıdır”.

  • Koronavirusa yoluxanların sayı artır - səbəbi...

“Son vaxtlar ökədə koronavirusa yeni yoluxanların sayı artır. Amma bu bizim üçün gözlənilməz deyildi”. Bunu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva əlavə edib ki, karantin qaydalarının yumşaldılması tədbirləri həyata keçirilən zaman yoluxmaların sayının artacağı əvvəlcədən məlum idi:“Yoluxmaların qarşısının alınması üçün ən əsası karantin tədbirlərinə əməl etməkdir. Bu gün, təəssüf ki, 76 yeni yoluxma qeydə alınıb, 28 nəfər sağalaraq evə göndərilib. İndiyədək 26 nəfər dünyasını dəyişib. Hazırda 526 nəfər xəstəxanada müalicə edilir. Onların 21-nin vəziyyəti ağır hesab olunur”.

İ.Məmmədov isə deyib ki, koronavirusa yoluxma sayının artması karantin rejiminin yumşaldılması ilə bağlıdır. O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, ticarət mərkəzlərinin mayın 11-də açılacağı məlum deyil:"Rayonlarda ticarət mərkəzləri artıq açılıb. Həmin yerlərə təlimatlar təqdim edilib. 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına gəlincə isə, statistika pozitiv istiqamətdə olarsa, mayın 11-dən bu məsələyə baxıla bilər".

  • Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait toplanıb?

İ.Məmmədov mayın 5-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclasının keçirildiyini də deyib. Onun sözlərinə görə, bu günə qədər fonda 113 milyon manatdan artıq vəsait toplanıb:"Bütün ianələrin hamısının xərclənəcəyi istiqamətlər barədə saytda məlumat veriləcək. Ən böyük məbləğdə ianə cənab Prezident tərəfindən olunub".

Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitdən yalnız müəyyən edilmiş qaydalar çərçivəsində istifadə olunacaq. İ.Məmmədov vurğulayıb ki, fondun vəsaitlərinin xərclənməsi istiqamətləri və qaydaları Prezident İlham Əliyevin bununla bağlı müvafiq sərəncamında nəzərdə tutulub:"Həmin qaydalardan kənar heç bir istiqamətdə bu vəsaitdən istifadə edilə bilməz. Vəsaitlərdən yalnız müəyyən edilmiş qaydalar çərçivəsində istifadə olunacaq".

O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı Koronavirusla Mübarizəyə Dəstək Fondunda vəsait nəzərdə tutulmayıb.

  • Dəstək Fonduna toplanan vəsait üzərində ciddi nəzarət olacaq

“Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə uğur əldə etmək sistemli tədbirlər tələb edir. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər, ölkəmizin iqtisadi gücü, səhiyyənin inkişafı koronavirusla mübarizədə müsbət nəticə əldə olunmasının səbəbləridir”. Bunu isə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Fondun yaradılması da pandemiya ilə mübarizə məqsədi daşıyır: "Fond kifayət qədər şəffaf fonddur. Fonda toplanan vəsait üzərində ciddi nəzarət olacaq. Hazırda dövlətin bir məqsədi var: az itkilərlə mübarizədən qalib ayrılmaq".

  • İctimai nəqliyyatda maskalardan istifadə etməməyə görə cəza...

İ.Məmmədov vətəndaşların ictimai nəqliyyatda maskalardan istifadə etməməsi ilə bağlı cərimələrin müzakirə olunduğunu da deyib. Onun sözlərinə görə, bununla bağlı müzakirələr başa çatandan sonra qərar veriləcək.

İ.Məmmədov vurğulayıb ki, ictimai nəqliyyatda maskalardan istifadə etməməklə bağlı cərimə tətbiq oluna bilər.

  • Situasiya yenidən pisləşsə...

Y.Qarayeva isə bildirib ki, situasiya yenidən pisləşməyə doğru getsə, ola bilər ki, regional olaraq, yaxud daha geniş miqyasda karantin rejiminin qaydaları yenidən sərtləşdirilsin. O, insanlara karantin tədbirlərinə əməl etmələri üçün çağırış da edib:“Biz yenidən xalqa müraciət edirik ki, karantin rejiminin daha da yumşaldılmasını istəyirik, sərtləşməsini istəmirik. Bizim üçün önəmli olan insanların sağlamlığıdır. Qaydalara əməl etməklə karantindən çıxmaq olar. Təəssüf ki, biz bu gün görürük, qaydalara heç kim riayət etmək istəmir. Rəqəmlər də onu göstərir ki, vəziyyət pisləməyə doğru gedir”.

Y.Qarayeva əlavə edib ki, ölkədə yeni yoluxma halları həm Bakıda, həm də regionlarda müşahidə edilib. Onun sözlərinə görə, yumşaldılma tədbirlərinin tətbiq edildiyi ərazilərdə də yoluxma sayı artarsa, karantin tədbirləri yenidən sərtləşdirilə bilər.

  • Metronun açılması məsələsi müzakirə olunur

“Bakı metrosunun açılması məsələsi hər an müzakirə olunur”. Bunu deyən İ.Məmmədovun sözlərinə görə, bu məsələ koronavirus infeksiyasının qarşısının alınma səviyyəsindən asılıdır: "Mayın 11-də vəziyyət yenidən müzakirə olunacaq. Xəstəliyin qarşısının alınmasında müsbət nəticə olarsa, metronun açılma vaxtı da bəlli olacaq. Yəni bu məsələ mayın 11-dən sonra aydın olacaq".

  • Xaricdə olan vətəndaşlarımız yaxın vaxtlarda ölkəyə gətiriləcək

İ.Məmmədov bildirib ki, xaricdə olan vətəndaşlarımız yaxın vaxtlarda xüsusi çarter reysləri ilə ölkəyə gətiriləcək. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının xarici ölkələrdən gətirilməsi məsələsi daim müzakirə olunur:"Lakin onların yerləşdirilməsi üçün müəyyən yerlər olmalıdır ki, karantində normal şəraitdə saxlansınlar. Bu istiqamətdə bəzi problemlər həmin ölkələrdəki karantin yerləri ilə də bağlıdır. Amma qərara alınıb ki, xaricdə olan vətəndaşlarımız xüsusi çarter reysləri ilə ölkəyə gətirilsin. Bu məsələ yaxın vaxtlarda həllini tapacaq".

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ