“Azercell Telekom” yeni NNTV mobil TV tətbiqi vasitəsilə ən çox baxılan televiziya kanallarını abunəçilərinə təqdim edir. Bu tətbiq “Azercell” istifadəçilərinə çox rahatlıqla və sərfəli qiymətlərlə yerli və xarici ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləmək imkanı verir.
İndi “Azercell” abunəçiləri NNTV tətbiqi ilə daha çox - 200-dən artıq dünyanın ən baxımlı kanalını izləyə biləcəklər. Burada hər zövqə uyğun tamaşaçı marağını təmin edəcək televiziya kanallarını tapmaq mümkündür. Belə ki, abunəçilər mobil TV tətbiqi vasitəsilə bədii film, musiqili proqramlar, uşaq, əyləncə kanallarını fasiləsiz olaraq yüksək səviyyəli HD formatda izləyəcəklər. NNTV İdman paketinə abunə olmaqla isə ən populyar matçlar və idman yarışlarına baxmaq imkanı mövcuddur.
Heç bir əlavə avadanlıq olmadan telekanalları izləmək imkanı verən bu texnoloji yenilikdən həm fakturalı, həm də fakturasız xətt abunəçiləri yararlana bilər. Xidmət Android/IOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, abunəçilərin rahatlığını təmin edərək, 200-dən artıq dünyanın ən baxımlı kanalını izləmək üçün onlara 2 növ tarif – günlük və aylıq paket, İdman paketinə isə aylıq abunəlik təklif olunur. Xüsusilə vurğulamaq istərdik ki, NNTV-yə ilk dəfə qoşulanlar 7 gün ərzində mobil TV-dən tamamilə ödənişsiz istifadə edəcəklər. Yalnız 1 həftəlik istifadədən sonra xidmət ödənişli əsaslarla təqdim ediləcək.
NNTV xidməti ilə bağlı ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv/ internet səhifəsində tanış olmaq mümkündür.
Dünyada baş verən məlum vəziyyətlə bağlı özünün və cəmiyyətin sağlığı naminə hər kəsin evdə qalmağı tövsiyə olunur. Bunu nəzərə alaraq, “Azercell” şirkəti bütün istifadəçilərinə zamanlarını səmərəli və maraqlı keçirə bilmələri üçün davamlı olaraq müxtəlif kampaniyalar və xidmətlər təklif edir. Belə ki, “Azercell” abunəçilərinin “Zvuk” aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən “Azercell” şəbəkəsində tam limitsiz istifadə imkanı var. Həmçinin, eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur xarici dil öyrənmə mobil tətbiqi “Busuu” 24 mart–30 aprel tarixlərində aylıq paketi 50% endirimlə “Azercell” abunəçilərinin ixtiyarına verilib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.