Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda ərzaq qıtlığı barədə təxribatçı şayiələri məqsədli şəkildə yayanlar...

Image


Azərbaycanda COVID-19-a yoluxma hallarının genişlənməməsi, başqa ölkələrdəki kimi, ölkəmizdə də daha çox insanın bu virusun qurbanına çevrilməməsi üçün dövlət tərəfindən karantin rejimi elan edildi.

Onu da qeyd edək ki, karantin rejiminin elan edilməsi nəticəsində insanların evdən çölə çıxması məhdudlaşdırıldı, onların qarşısına yalnız zərurət olduğu halda bayıra çıxmaq tələbi qoyuldu.

Koronavirusla mübarizə dövründə bəzi təxribatçı fikirlərin, şayiələrin də şahidi oluruq. Son günlər sosial şəbəkələrdə, eləcə də bəzi əldəqayırma saytlarda karantin dövründə ölkəmizdə ərzaq qıtlığı yaranacağı ilə bağlı şayiələr yayılır. Heç şübhəsiz ki, sosial şəbəkələrdə yayılan bu həqiqətə uyğun olmayan məlumatlara sadə vətəndaşlar arasında inananlar da tapılır. Şayiələrə uyan vətəndaşlarımız mümkün qədər daha çox ərzaq tədarükü görməyə çalışırlar.

Bildiyimiz kimi, bu gün ölkəmizin heç bir iri, yaxud xırda mağazasında, supermarketlərdə ərzaq qıtlığı yaşanmır və həmişəki qaydada çeşidli ərzaq növləri təqdim olunur. Hazırda ölkəmizdə nə qida ilə bağlı hər hansı bir qıtılıq yaşanır, nə də bununla bağlı hər hansı bir proqnoz verilir. Azərbaycan dövləti, əlaqədar qurumlar dəfələrlə qeyd ediblər ki, ölkəmizdə heç bir ərzaq qıtlığı yaşanmır və bizdə belə bir problem yoxdur.

  • “Bu şayiələri yaymaq heç bir halda düzgün deyil və bu qəbulolunmazdır”

Karantin rejimi ilə əlaqədar ölkəmizdə ərzaq qıtlığı yaranacağı, yaxud yarandığı barədə şayiə yayan qüvvələrin bununla öz istəyinə çatmayacağını deyən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanı istəməyən qüvvələr hər zaman belə təxribatlarla məşğul olublar: “Karantin rejimi vətəndaşlarımızın dünyəvi bəla olan koronavirusdan qorunmasına xidmət edir. Bu rejimə çox ciddi riayət olunmalıdır. Bu iş yalnız dövlətin qoyduğu qayda-qanunlarla həll olunmur, gərək insanların özlərində də məsuliyyət olsun ki, qaydalara əməl etsinlər, nə qədər biz bu qaydalara əməl etsək, bir o qədər bu virusdan tez xilas olarıq. Qaldı ərzaq qıtlığı ilə bağlı qəsdən yayılan şayiələrə, bəzi insanları heç başa düşmürəm, bu əsassız məsələləri niyə yazırlar? Bu gün koronavirus xofundan, təlaşından sui-istifadə edərək müxtəlif şayiələr yayanların hansı məqsədə qulluq etdiyi məlumdur. Mən özüm bazara da, supermarketə də gedirəm, amma heç bir yerdə ərzaq qıtlığına rast gəlməmişəm. Əksinə, kənd təsərrüfatı məhsulları da mağazalarda, bazarlarda boldur. Mövsüm meyvə və tərəvəzlərindən xiyarın, pomidorun, çiyələyin qiyməti hələ bir qədər də ucuzlaşıb. Ona görə ki, hazırda restoranlar, kafelər, şadlq evləri işləmir, sərhədlər də bağlıdır, ölkə daxilində yetişdirilən  məhsullar bütün aidiyyəti satış yerlərinə verilir və alıcıları da çoxdur. Azərbaycan bazarında heç bir ərzaq qıtlığı yoxdur, görünmür və hiss olunmur. Bu şayiələri yaymaq heç bir halda düzgün deyil və bu qəbulolunmazdır. Biz hazırda bəşəri bir düşmənlə - cinsiyyəti, dadı, iyi məlum olmayan koronavirusla mübarizə apardığımız bir vaxtda, təbii ki, belə şayiələri yazmaq, yaymaq düzgün deyil”.

Ş.Ağayev qeyd etdi ki, bu gün Azərbaycanda ərzaq qıtlığına hələ rast gəlinməyib, indən sonra da rast gəlinməsi qətiyyən gözlənilmir. “Nazirlər Kabinetindən də bildirildi ki, ölkədə hələ üçaylıq ərzaq ehtiyatı var. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda heç vaxt ərzaq qıtlığı baş verməyəcək. Bu şayiələri yaymaq düzgün deyil və onları qəbul etmirəm. Görülən işləri tənqid etmək də olar, nələrləsə razılaşmamaq da olar. Bəzi çatışmazlıqlar da ola bilər. Çünki ilk haldır ki, bu bəla nəticəsində bütün dünya təcrid olunub. Amma dövlətin imkanları daxilində görülən işlərə obyektiv qiymət vermək lazımdır. Ərzaq qıtlığı ilə bağlı hər hansı bir panika yaratmağa ehtiyac yoxdur. Şükür Allaha, heç bir ərzaq qıtlığı yoxdur, vətəndaşlar da ərzaqla tam təmin olunurlar. Koronavirus bəlasından tez qurtaraq, insanlar işləsinlər, pulları olsun ki, ərzaqları ala bisinlər” - deyə Ş.Ağayev vurğuladı.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu məsələyə aydınlıq gətirib: “Bu gün bizim üçaylıq ərzaq ehtiyatımız var. Altıaylıq müddətə də özümüzü sığortalamışıq”.

Onun sözlərinə görə, ərzaqla bağlı problem olmayacaq: “Hazırlanan Tədbirlər Planına əsasən, iqtisadi itkilərin minimallaşdırılacağı gözlənilir ki, bu da ərzaqla təminatımızın zəmanətlərindəndir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ