05/06/2020 05:53
728 x 90

Operativ Qərargah hələ ki fövqəladə vəziyyətə əsas görmür

img

Azərbaycanda fövqəladə vəziyyət "Fövqəladə hallar haqqında" Qanuna görə tənzimlənir. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələ ki fövqəladə vəziyyətə əsas yoxdur: "Cənab Prezident ölkə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı lazım olan bütün tədbirləri görəcək. Əgər ehtiyac olarsa, dövlət başçısı bu prosesdə təhlükəsizlik üçün istənilən qərar verə biıər".

Son xəbərlər