05/06/2020 07:23
728 x 90

Azərbaycanda maskaların qiyməti artmayacaq

img

Azərbaycanda maska istehsalı artdığı üçün qiymət artımından söhbət gedə bilməz. Trend-in məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə maskaya tələbat artıb: "Bazar iqtisadiyyatında tələb təklifi müəyyənləşdirir. Ölkədəki vəziyyət onu göstərir ki, qiymət qalxa bilər. Amma dövlət əlindən gələni edir ki, qiymət qalxmasın. Ona görə də qiymət artımından söhbət gedə bilməz. Bunu tənzimləmək yolu istehsalı artırmaqdır. Üstəgəl, xüsusi karantin rejiminə görə evdə qalmaq tələb olunur. Əgər evdə qalsaq maska və spirtə tələbat azalır. Tələbat azalarsa, qiymət də artmaz. Dövlət hazırda maska və spirtin qiymətini tənzimləmək üçün əlindən gələni edir".

Son xəbərlər