05/06/2020 06:01
728 x 90

TƏBİB sədri qan donorlarına müraciət etdi

img

Bu gün qan ehtiyatımız var, amma donorların sayında azalma olduğu üçün bu vəziyyətdən narahatıq. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, artıq bununla bağlı maarifləndirici məlumatlar hazırlayıblar: “Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstəririk ki, bu məsələdə axsama olmasın. Mən donorlara müraciət edərək bildirmək istəyirəm ki, humanist missiyalarını davam etdirsinlər. Donorların təhlükəsizliyi üçün bütün şərait yaradılıb, onlar hər hansı infeksiya təhlükəsi ilə qarşılaşmayacaqlar. Qan vermək onların xəstəliyə yoluxması üçün risk yaratmayacaq”.

Son xəbərlər