Cümə günü, 13 noyabr 2026
     

Sosial şəbəkələrdə insanları ruhdan salan neqativ video-audio materiallar paylaşılır - xoş olmayan qara niyyətlər...

Image


Koronavirus pandemiyasının dünyada geniş vüsət alması müəyyən şarlatanların, qara qüvvələrin, insanlarda xof yaradan şəxslərin meydana çıxmasına səbəb olub. Son günlər sosial şəbəkələrdə “Qiyamət günü”nün yaxınlaşdığını (?) əks etdirən video-audio materialları yayılır. Bu azmış kimi, sözügedən videolar şəxsi mesaj qutularına da atılır.

Bu videolarda qeyd edilir ki, guya pandemiyanın bütün dünyanı ağzına alması “Qiyamət günü”nün əlamətidir və tezliklə bütün bəşəriyyət məhv olacaq. “Dünyanın sonu” gəldiyini iddia etmək, bununla bağlı video-audio materillar hazırlamaq, o materialları böyük həvəslə sosial şəbəkələrdə yaymaq, “Facebook”, “WhatsAppp” vasitəsilə daha çox insana çatdırmaq istəyi, birmənalı olaraq, xof yaratmağa, insanlarda neqativ əhval, qorxu ovqatı formalaşdırmağa xidmət edir.

“Qiyamət günü yaxınlaşır” iddiasını ortaya atanların nəyə əsaslanıb bu fikirləri bildirdiyini bilmirik, amma reallıq göstərir ki, deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Bu məzmunda video yayanların bir məqsədi var: psixoloji cəhətdən zəif olan insanları qorxutmaq, onlarda xof, təlaş yaratmaqdır.

Məlumdur ki, indiyə qədər bəşəriyyət saysız xəstəliyə yoluxmalarla sınağa çəkilib. Bu xəstəliklər kütləvi insan tələfatına səbəb olsa da, dünyanın sonunu gətirməyib, dünya insanı xəstəliklərə qalib gələrək yoluna davam edib.

Bu neqativ videoları yayanlar kimlərdir və onlar nəyə əsasən “Qiyamət günü yaxınlaşır”, “Qiyamət günüdür” iddiasını irəli sürürlər?

Qeyd edək ki, Qiyamət - "Diriliş günü ( Din günü, Hökm günü) monoteist və ya təktanrılı dinlərdə və bir çox inancda olan, dünyanın sonunun gəlib bütün ölülərin dirilərək məşhər meydanında toplanacağına inanılan zaman, hesab günü, məşhər günü kimi xarakterizə edilir. Hətta müqəddəs Qurani-Kərimdə də onun əlamətləri qeyd edilib, amma onun zamanı bildirilməyib. Bu öz yerində. Amma söhbət insanlarda qorxu yaradan qüvvələrin naqis əməllərindən gedir.

  • Qiymət Məhərrəmli: “Bu gün koronavirus pandemiyasını “Qiyamət günü” əlaməti kimi təqdim etməyin özü absurddur”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, bu, hansısa qüvvələrin məqsədlərinə qulluq edən bir iddiadır. “Qiyamət günü”nün yaxınlaşdığını deməyin özünün   insanlarda böyük təlaş, qorxu yaratdığını deyən Q.Məhərrəmli bu əsassız videoların insanlara mənfi təsir göstərdiyini qeyd etdi. “Biz “Qiyamət günü”nün nə zaman baş verəcəyi haqqında heç nə deyə bilmərik. Amma bu gün kimlərinsə meydana çıxıb “Qiyamət günü”nün gəldiyini, yaxud yaxın vaxtlarda gələcəyini iddia etməsi absurddur. Bir qrup insan pandemiya ilə əlaqədar olaraq meydana çıxır və “Qiyamət günü yetişib” (?) deyə haray çəkir, videolar, audiomateriallar yayır. İnsanları təlaşa, qorxuya salmağın özü böyük mənəvi cinayətdir. Bilirsiniz ki, bəşər tarixində saysız növdə infeksiya, xəstəliklər baş verib, bəlkə onlar arasında yeni növ koronavirus pandemiyasından da dəhşətli xəstəliklər olub, amma o epidemiyaların, infeksiyaların heç biri bəşəriyyətin sonunu gətirməyib, bəşəriyyət yoluna davam edib. Hesab edirəm ki, COVID-19 virusu da bəşəriyyəti məhv edə bilməz. Çünki ölkələrdə tədbirlər görülür, vaksin axtarılır, insanlar, dövlətlər bu virusa qarşı müqavimət göstərirlər. Bu gün koronavirus pandemiyasını “Qiyamət günü” əlaməti kimi təqdim etməyin özü absurddur” - deyə Q.Məhərrəmli bildirdi.

  • Hacı Təyyar Hüseynli: “Din xadimləri sosial şəbəkələrdə yayılan bu təxribatların, bu platformada dini mövzuda yayılan yanlış, lakin panika yaradan, insanlara psixoloji yük olan, onlara stress yaşadan informasiyaların qarşısını almalı, maarifləndirici informasiyalar yaymalıdırlar”

Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynlinin fikrincə də hazırda dünyada pandemiya elan edilən koronavirus zaman-zaman səbəbli və müəmmalı şəraitdə meydana gəlib, müəyyən sayda insan itkisi ilə sona yetib: “Etiraf edək ki, insanların pandemiyadan kütləvi həlak olması insanlar arasında panika yaradıb. Mən bunu onunla əlaqələndirmək istəyirəm ki, dünyada olan bütün insanlar yaşamaq, xoşbəxt olmaq istəyirlər. İnsanların sağlamlığına yönələn iyrənc iqtisadi-siyasi oyunlar nəticəsində çıxılmaz vəziyyətə düşürlər. Bununla da onlar müəyyən qüvvələrə yönəlirlər. Bu, bəzi insanların savadsız, maarifsiz olması ilə bağlıdır. Deyirlər bir cahil quyuya daş atdı, yüz aqil, ağıllı çıxara bilmədi. Yəni insanlarda bu xofun yaranma səbəblərinin ilkin əsasları var. Bu, cəhalətdən irəli gəlmir, bu, reallığın gətirdiyi rəzalətdən irəli gəlir. Digər tərəfdən, “Qiyamət günü” barədə müqəddəs Qurani-Kərimdə verilən proqnozlar çox ciddi, həddindən artıq mürəkkəbdir. Orada əks olunanlar sırf tərcüməsindən başa düşülən informasiyalar deyil. Vaxtilə 25 il praqmatik, sistemli dini təhsil alırdılar. İndi 25 ay, 25 gün, bilmirəm, bəlkə də 25 dəqiqəlik hardansa, kimsə Qurani-Kərimdə Qiyamətlə bağlı olanları oxuyub. Hətta bilinmir ki, Quranda bu deyilənlər “Qiyamət günü” ilə bağlıdır, yoxsa başqa bir məsələ ilə. “Qiyamət günü” ilə bağlı hətta bilənlərin belə qətiyyətlə, cürətli fikir bildirməyə haqqı yoxdur ki, götürüb onu mövcud proseslərlə əlaqələndirsin.

Tutalım, hava proqnozu verirlər. Deyək ki, müəyyən məsələlərlə əlaqələndirib hava şəraitinin necə olacağını deyirlər. Bu, kainatda baş verən elmi insanlara izn verildiyi qədər öyrənə biləcəkləridir. Amma kainatın və ilahi yaradılışın nizamında baş verə biləcəklərin müəyyən bir az faizi haqqında dəqiq məlumat əldə etmək olar. Hətta bu barədə Quranda da var ki, sizə qədərindən artıq öyrənməyə izn vermədik. Bu belə. Qaldı ki, indiki şəraitdə sosial şəbəkələrdə yayılan məlumatlar sadaladığım səbəblərdəndir. Bilirsiniz, belə məsələlərdə söz sahibi olan və qətiyyətli fikir bildirməyi bacaran din xadimləri meydanda olmalıdırlar. Din xadimləri sosial şəbəkələrdə yayılan bu təxribatların, bu platformada dini mövzuda yayılan yanlış, lakin panika yaradan, insanlara psixoloji yük olan, onlara stress yaşadan informasiyaların qarşısını almalı, maarifləndirici informasiyalar yaymalıdırlar. Bir ilahiyyatçı kimi ədalətli olmaq mənim həyat prinsipimdir. Ədalətli olmaq yalnız din xadiminə, jurnalistə, ədliyyə işçilərinə deyil, bütün sahələrdə təmsil olunan, rəhbərdən rəiyyətə qədər hər kəsə lazımdır. Ədalətin içində də ədalətli danışmaq var. Bu mövzuda ədalətlə danışsaq deyərdim ki, birinci, bizim əqidəmizdə bəşəriyyətin ədalətlə dolacağı bir böyük zaman var. Sabah mövludu olan, gözlərə görünməyən bir imamın Yer planetini ədalətlə dolduracağı ilə bağlı bir prinsip var”.

O qeyd etdi ki, mütləq bəşəriyyətdə, ədalətsiz dünyada ilahi ədalət bərqərar olacaq, gözlərə görünməyən, adı Peyğəmbərimizin adına uyğun olan on ikinci imam Mehdi Sahibi Zaman Qiyamətə bir gün qalmış olsa belə kainata gələcək və bəşəriyyəti ədalətlə dolduracaq. H.T.Hüseynlinin sözlərinə görə, koronavirus epidemiyası da sıradan çıxıb gedəcək. “Hər birimiz          Azərbaycan xalqına, dövlətinə səmimi, sədaqətli və ədalətli xidmət etməliyik” - deyə ilahiyyatçı bildirdi.

İradə SARIYEVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ