Cümə günü, 13 noyabr 2026
     

İsmayıllıda da 15 min maska buraxan fabrik açıldı, Bakı Tikiş Fabriki də əlavə olunsa -apteklərdə niyə qıtlıqdır...

Image


Ölkə əhalisinin koronavirusla əlaqədar tibbi maskaya olan ehtiyacının ödənilməsi üçün artıq konkret tədbirlər həyata keçirilməkdədir. Hazırkı vəziyyət maska və digər ləvazimatların yerli istehsal hesabına ödənilməsini diqtə edir.

Fakt budur ki, ölkə apteklərində ən böyük qıtlıq maska satışı ilə bağlıdır. Ölkədə mövcud olan maska qıtlığının aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsində artıq maska istehsalına başlanıb. Bundan başqa, İsmayıllı rayonunda da maska istehsalı həyata keçirilir.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov özünün şəxsi “Facebook” səhifəsində maska istehsalına dair paylaşım edib. “İsmayıllı rayonunda yeni növ koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində gündə 15 min tibbi maska tikilir. Maska istehsalı 2013-ci ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutmuş İsmayıllı Tikiş Fabrikində həyata keçirilir.

Fabrikdə maska istehsalı aprelin 4-dən, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlayıb və müəssisə gücləndirilmiş iş rejimində növbə ilə gündə 10 saat işləyir. Tikiş prosesinə 50-ə yaxın işçi quvvəsi cəlb olunub.

İstehsal prosesində istifadə olunan parçanın tərkibi 100 faiz pambıqdan ibarətdir və sterilizəyə davamlı olduğuna görə tibbdə istifadəyə tam yararlıdır. Maskalar sterilizə olunduqdan sonra rayonun apteklərinə paylanır. Həmçinin, yaşıllaşdırma, təmizlik, kommunal xidmətlər sahələrində çalışan və aztəminatlı təbəqənin digər üzvlərinə təmənnasız təqdim olunur” - deyə N.Bağırov qeyd edib.

Başqa yerli tikiş evlərində də gün ərzində 150, 200 min ədəd maska tikildiyi haqqında informasiyalar mövcuddur. Yerli tikiş, tekstil fabriklərinin, tikiş evlərinin istehsal etdiyi maskalar apteklərə niyə çatmır?

  • “600 min, 1 milyon tələbin qarşısında 15 min çox kiçik rəqəmdir”

Əvvəlcə onu bildirək ki, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva yeni açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, müəssisədə tələbata uyğun olaraq istehsalat mexanizmi qurulub: "Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər".

S.Babayeva deyib ki, müəssisə koronavirus pandemiyası bitdikdən sonra da fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları, ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Azərbaycanda müxtəlif tikiş evləri və tekstil fabriklərində istehsal edilən maskaların sayının hələlik tələbatı ödəyəcək səviyyədə olmadığını deyən tanınmış iqtisadçı Rəşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, indiki halda tələbatı tam ödəmək mümkün deyil. ”Əgər söhbət cari  situasiyadan gedirsə, bildiyim qədər, artıq apteklərin mərhələli şəkildə maska ilə təmin olunması prosesinə başlanıb. Bir neçə gün əvvəl Sumqayıtda maska istehsalını həyata keçirən zavod açıldı və bu zavodun hazırda 120 min ədəd maska istehsal etmək gücündə olduğu deyilir, bu cür qiymətləndirilir. Bu müəssisə artıq iki gündür fəaliyyətə başlayıb. Digər maska istehsal edən müəssisələrin gücü isə, faktiki olaraq, mövcud şəraitdə tələbi ödəmək səviyyəsində deyil. Çünki müxtəlif qiymətləndirmələr var, bununla bağlı dəqiq statistika yoxdur. Bəzi hesablamalara görə, Azərbaycanda gündəlik 600 min, digər hesablamalara əsasən isə 1 milyon maska tələbatı yaranıb. Bu da təbii prosesdir ki, birdən-birə tələbin bu şəkildə sürətlə artması fonunda istehsalın buna uyğunlaşdırılması və tələbin qarşılanması qısa müddətdə mümkün deyil. Eyni zamanda, bu məhsulları idxal etmək də çox çətindir. Çünki hər bir ölkədə bənzər problem var və demək olar ki, idxal hər bir ölkə üçün məhdudlaşdırılıb. Bu cür şərtlər daxilində isə, təbii ki, satış bazarında qıtlıq müşahidə olunacaq. Amma bəzi tikiş müəssisələrinin öz istehsal gücü ilə bağlı açıqladıqları statistik göstəricilərlə bağlı hansısa fikir söyləmək çətindir. Görünən ümumi olaraq ondan ibarətdir ki, tələb ödənilmir. Amma bu müəssisələr nə qədər məhsul istehsal edir, bunu indiki halda demək çox çətindir”.

İsmayıllı Tikiş Fabrikində gündəlik olaraq 15 min ədəd maska istehsal edilməsinə də şərh verən R.Həsənovun sözlərinə görə, tikiş fabrikinin bu göstəriciləri kifayət qədər azdır və tələbatı ödəmək gücündə deyil: “Bu 600 min, 1 milyon tələbin qarşısında 15 min çox kiçik rəqəmdir. İstehsal edilən 15 min maska ən yaxşı halda bir rayonun özünün daxili tələbatını ödəməyə yetə biləcək bir göstəricidir. Hətta hər kəs qaydalara riayət edib maskalardan istifadə etsə, buna çatmaya da bilər”.

Müsahibimiz bildirdi ki, yeni açılan maska istehsal edən zavodda bu gün 120 min civarında maska istehsal olunursa, ikinci mərhələdə istehsal gücü artırılacaq və burada istehsal 200 minə çatdırılacaq. “Bu iki-üç gün bundan əvvəl açılan bir zavoddur və maska problemi isə uzun müddətdir, təxminən ay yarımdan çoxdur mövcuddur. Yəqin ki, bundan sonrakı dövrdə mərhələli şəkildə nisbətən təklif bolluğu yaranacaq” - deyə bildirən R.Həsənovdan yerli müəssisələrin istehsal etdikləri maskaların keyfiyyətini də soruşduq. Ekspert qeyd etdi ki, aidiyyəti qurumlar istehsal edilən məhsulların keyfiyyətini yoxlamalıdırlar: “Aidiyyəti qurumlar var ki, onlar bu istiqamətdə öz funksiyalarını həyata keçirməlidirlər, bu sahəyə nəzarət etməlidirlər. Amma əsas məsələ ondan ibarətdir ki, faktiki olaraq, bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisələr bazara maksimim daha yaxşı, keyfiyyətli məhsul təklif etməkdə maraqlı olmalıdırlar. Bu, rəqabət imkanı yaradır. Ancaq təəssüf ki, rəqabətə şəriat olmur və müəssisələr artıq tələb fonunda bazara məhsul buraxmağa başlayırlar. Belə bir şəraitdə keyfiyyətin aşağı düşməsi ehtimalı daha çoxdur. Təbii ki, dövlət qurumları da müvafiq funksiyalarını yerinə yetirərək bazara təklif oluna məhsulların keyfiyyətinə nəzarət etməlidirlər. Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətinə hər zaman şübhə olmuşdu. Yerli istehsalçılar da çalışmalıdırlar ki, mərhələli şəkildə insanlar qarşısında bu şübhəni aradan qaldırsınlar. Çünki uzunmüddətli hədəf yerli tələbatın yerli istehsal hesabına ödənilməsidirsə və dövlət də bu istiqamətdə müəyyən təşviq mexanizmləri hazırlayıbsa, sahibkarlar da öz imkanlarından daha səmərəli şəkildə istifadə etməlidirlər”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ