05/06/2020 06:05
728 x 90

Koronavirus dinamikası artır, yoluxma və ölü sayı – daha sərt tədbirlər qaçılmaz ola bilər…

Adil Qeybulla: “İnsanlar karantin rejiminin qaydalarını gözləmirlər”

img

Ölkədə xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, bəzi şəxslər bu qaydalara əməl etmirlər. Azərbaycanda ciddi karantin rejimi tətbiq olunsa da, hətta SMS vasitəsilə icazə alınıb küçəyə çıxılsa da, paytaxt Bakıda bu, demək olar ki, hiss olunmur. Küçələrdə yenə çoxlu maşın hərəkət edir, xüsusən banklarda, məşğulluq idarələrinin qarşısında insanlar kütləvi şəkildə toplanmaqdadırlar.

Açıqlanan statistik rəqəmlərə əsasən, ölkəmizdə 700-dən çox insan koronavirusa yoluxub, 8 nəfər isə bu xəstəliyin qurbanı olub.

Mütəxəssislərin fikrincə, sosial məsuliyyət və təcridolunma, yaxud özünü sosial təcridetmə hazırkı mərhələdə koronavirusa qarşı ən səmərəli “dərman” kimi başa düşülməlidir. Ancaq təəssüf ki, hələ də epidemiya təhlükəsini ciddiyə almayanlar var. Artıq belə hallara qarşı tədbirlər sərtləşdirilib və bu, öz nəticəsini verəcək. Ancaq ehtiyac yaranarsa, şübhəsiz ki, daha sərt tədbirlərin görülməsinə başlanacaq.

Koronavirusdan əziyyət çəkənlərin sayının azalması üçün ölkəmizdə sərt karantin rejimi tətbiq oluna bilərmi?

  • “Xəstəlik yox olana qədər səbr etmək lazımdır, biz bu vəziyyətdən mümkün qədər az itkilərlə çıxmalıyıq, buna görə də...

Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, insanlar karantin rejimi qaydalarını gözləmir: “Lüzumsuz yerə bayıra çıxanlar çoxdur. Hətta saxta sənəd düzəldənlər də və buna görə tutulanlar da var. Ümumiyyətlə, insanlar karantin rejiminin qaydalarını gözləmirlər. Mən həkim olduğum üçün məcbur işə gedib gəlirəm. Məlumdur ki, bizim işimiz birbaşa bu məsələ ilə bağlıdır. Amma lüzumsuz yerə bayıra çıxanlar çoxdur. Hətta saxta sənəd düzəldənlər də və buna görə tutulanlar da var. Bu həmin şəxslərin öz ailələri, ümumilikdə, cəmiyyət qarşısında böyük məsuliyyətsizliklərinin göstəricisidir.

İnsanlar vəziyyətin ciddiliyini dərk etmirlər və insanlar bu məsələyə məsuliyyətsiz yanaşırlar. Bir müddət səbrli olmaq lazımdır. Yəni bu xəstəlik yox olana qədər səbr etmək lazımdır. Biz bu vəziyyətdən mümkün qədər az itkilərlə çıxmalıyıq. Buna görə də karantin rejimi daha da sərtləşdirilməlidir. Əlbəttə, dövlət də lazımı işlər görməlidir. Yəni lazım olan qədər əhalinin sosial müdafiəsi tədbirlərini görmək lazımdır ki, evdə oturan vətəndaşların ən azı sosial müdafiəsi təmin olunsun.

Bununla yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Düşünürəm ki, karantin rejiminin pozulması daha çox məsuliyyətsizlikdən doğan məsələdir”.

Günel CƏLİLOVA

Son xəbərlər