
Azərbaycana bu günə qədər tibbi maskalar idxal olunurdu. Yeni açılan müəssisənin fəaliyyəti ilə idxaldan asılılığımız bitəcək və biz özümüzü tibbi maska ilə təmin edəcəyik.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki həftə ərzində sahibkar tərəfindən müəssisə üçün lazımi avadanlıq və xammal alınıb: “Burada insanların qorunması və gigiyenik vəziyyətin lazımi səviyyədə saxlanılması üçün tibbi spirtlər və dezinfeksiya vasitələri də istehsal olunur".