05/06/2020 06:31
728 x 90

Ölkədə süni un qıtlığı yaratmaq cəhdləri var – bəzi marketlər 50 kq un kisəsini 26-dan 28-30 manata qaldırıb

img

Məlum olduğu kimi, hazırda koronavirus epidemiyası ilə əlaqədar ölkə ərazisində ciddi karantin rejimi hökm sürür. Görülən ciddi tədbirlər çərçivəsində insanların evlərində qalmaları tələb olunur. Vətəndaşların bir qismi bu qaydaya əməl edir.

Bəzi insanlar karantin dövründə ölkədə ərzaq çatışmazlığının olacağını düşünüb marketdən çoxlu sayda ərzaq alıblar. Bundan istifadə edən bəzi işbazlar marketlərdə unun satışını dayandırıblar.

Hazırda marketlərdə un çatışmazlığı yaşanır. Bəzi marketlərdə isə unun satış qiyməti artıb. Belə ki, 50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb.

Qeyd edək ki, Azərbaycanın ərzaq buğdasına olan illik ehtiyacı 1.3-1.5 milyon tondur və biz əsasən bu növ buğdanı idxal edirik, ötən il buğda idxalının da elə o civarda olması dəhşətli bir həqiqətdən xəbər verirdi. Belə çıxırdı ki, Azərbaycan ehtiyac duyduğu ərzaq buğdasının tamamını xaricdən alır. Ölkəmizdə istehsal olunan təxminən 3 milyon tonluq buğda isə ya itkiyə gedir, ya da texniki məhsul kimi toyuq-cücələrə yedizdirilir.

  • Qubad İbadoğlu: “Topdansatış müəssisələrin çoxunda un satışı dayandırılıb, qiymətin daha da bahalaşmasını gözləyirlər”

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, hazırda un qıtlığı yaranıb, qiyməti sürətlə bahalaşır: “50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb. Hətta bu qiymətə də una tələbat kəskin artdığına görə topdansatış müəssisələrin çoxu satışı dayandırıb, qiymətin daha da bahalaşmasını gözləyirlər. Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq".

Həmsöhbətimiz onu da əlavə etdi ki, un qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin qalxmasının qarşısının alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır.

Günel CƏLİLOVA

Son xəbərlər