Cümə günü, 13 noyabr 2026
     

Gündəlik 1000-dən artıq virus əleyhinə test keçirmək imkanı Azərbaycanın dövlət gücünün ifadəsi kimi...

Image


Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə yaşayırıq. Bütün dövlətlər bu istiqamətdə öz iqtisadi, maliyyə resurslarını birləşdirərək pandemiyaya son qoymağa nail olmağa çalışırlar. Bu gün COVID-19-u dünyanı bürüyən və söndürülməsi hələ mümkün olmayan alova bənzətmək olar. Çox az dövlət tapılar ki, bu qlobal bəladan əziyyət çəkməsin.

Məlumdur ki, Azərbaycan dövləti də bir müddətdir koronavirusla çarpışan ölkələrdən biridir. Onu da bildirək ki, son günlər Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artır, hər gün bu rəqəm bir az da fərqli görünür. Aprelin 4-nə olan məlumata görə, Azərbaycanda 555 yoluxma faktı qeydə alınıb.

Bildiyimiz kimi, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər test almağa başladı. İlkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. Müayinələrin genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatları əsasında Cənubi Qafqaz regionunun digər ölkələrindəki vəziyyətə diqqət yetirsək görərik ki, Azərbaycan bu sahədə də digər respublikalardan irəlidədir. Məsələn, ÜST-in aprelin 4-nə olan məlumatına diqqət yetirək. ÜST-in yaydığı rəsmi məlumata görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, lakin ölüm halı hələlik qeydə alınmayıb. Bu ölkədə aparılan testin sayı qeyd edilməyib.

Azərbaycan bu gün öz iqtisadi gücündən istifadə edərək koronavirusun müayinəsini həyata keçirmək üçün test alır. Qeyd edildiyi kimi, indi gündə 1000 test edilir və bu da yoluxanların tez bir zamanda aşkarlanmasını, təxirə salınmadan müalicəyə cəlb edilməsini mümkün edir. Test nə qədər çoxdursa, bir o qədər yoluxanların sayını tez bir zamanda üzə çıxarmaq mümkündür? Heç şübhəsiz ki, Azərbaycan  dövlətinin testi öz maliyyəsi hesabına ala biməsi ölkəmizin iqtisadiyyatının və səhiyyəsinin gücünü göstərən amillərdən biridir. Dövlətimizin iqtisadi gücü olmasaydı, testləri gündə 1000 səviyyəsinə öz imkanlarımızla çıxara bilərdikmi?

  • “Azərbaycan region ölkələri arasında öz iqtisadi imkanları hesabına test alan ölkədir”

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Nəsib Quliyev baki-xeber.com-a bildirdi ki, Azərbaycan dövləti öz iqtisadiyyatı, səhiyyəsi ilə bu gün Cənubi Qafqaz bölgəsində lider ölkədir. Azərbaycanın nəinki bölgədə, hətta beynəlxalq aləmdə böyük iqtisadi gücə malik olan ölkə kimi qəbul edildiyini deyən N.Quliyev hesab edir ki, dövlətimiz son 15 ildə səhiyyəni inkişaf etdirməklə, yeni səhiyyə ocaqları tikməklə, sanki pandemiyaya illərlə hazırlaşıb, ona görə də biz bu virusla mübarizəyə əliyalın çıxmadıq, mübarizə silahı ilə çıxdıq. “Koronavirus problemi hazırda bütün dünyanın problemidir. Belə deyək, koronavirusla bağlı xoşagəlməz hadisələr, hallar, faktlar baş versə də, bu, eyni zamanda, ölkələrin, dövlətlərin ekstremal vəziyyətə hazırlıq səviyyəsini, həmçinin, iqtisadi gücünü, səviyyəsini, səhiyyəsinin vəziyyətini xarakterizə edir. Əvvəllər heç kəsin ağlına gəlməzdi ki, koronavirusa görə İtaliya belə aciz vəziyyətə düşə bilər. Amma görürsünüz, reallıq əslində başqadır. Ona görə də dünyanın məşhur siyasi analitikləri deyirlər ki, koronavirus pandemiyasından sonra dünyanın nizamı dəyişəcək. Artıq dünyanın nizamı, mənzərəsi dəyişməkdədir. Bu nöqteyi-nəzərdən indiki hadisələr göstərir ki, bizim ölkəmizdə də vaxtında görülən qabaqlayıcı tədbirlər, eyni zamanda da iqtisadiyyatımızın və səhiyyəmizin inkişaf etməsi onun bu aciz duruma düşməsinin qarşısını aldı. Yəni biz hazırlığımızı 15 ildir görürük. Dünyanın hansı ölkəsində 650 tibb müəssisəsi yenidən qurulub, tikilib, bu qədər qabaqcıl avadanlıqlar gətirilib, quraşdırılıb?! Yəni bu bir günün, bir ayın işi deyil. Bu hazırlıq iş prosesində də özünü göstərir.  

Testlərin alınıb istifadə olunmasına gəlincə, Azərbaycan region ölkələri arasında öz iqtisadi imkanları hesabına test alan ölkədir. Deyim ki, hər ölkə test istehsal edə bilmir. Çünki bunun üçün əhalisinin sayı çox olan ölkə olmaq şərtdir. Bununla yanaşı, həm də uzun illər vaksin istehsal edən laboratoriyalara sahib olmaq və bu istiqamətdə təcrübəyə malik olmaq tələb edilir. Kiçik dövlətlər bunu edə bilməz, ona görə ki, bu, iqtisadi cəhətdən də səmərəli ola bilməz. Bu baxımdan, əlbəttə, Azərbaycanın bugünkü inkişaf səviyyəsi yüksək olmasaydı, iqtisadi imkanları zəif olsaydı, koronavirusa yoluxmanın müəyyən edilməsi, diaqnozun qoyulması üçün tətbiq edilən testləri lazım olan miqdarda əldə edə bilməzdik, bu da bizə böyük çətinliklər yaradardı. Bizim iqtisadi gücümüz var ki, biz bu testi lazımi miqdarda ala bilirik”.

N.Quliyevin sözlərinə görə, pandemiya başladığı dövrlərdə diaqnostik testlərin yeni-yeni istehsalına başlanmışdı, testlərin sayı elə də çox deyildi, amma testlərin sayı çoxaldıqca, Azərbaycan daha çox diaqnostik test ala bilir: “Testlər çoxaldıqca, biz onu alırıq. Türkiyədən də bizə bu məsələdə kömək gəlir. Bildiyiniz kimi, Çin Xalq Respublikası da ölkəmizə 5000 test hədiyyə edib. Bu da bizim ölkəmizin indiyə qədər həyata keçirdiyi dəstək işlərinin, yardımların, başqa dövlətlərə etdiyi köməkliyin nəticəsində baş verib. Hər kəs bilir ki, Çinə ilk dəstək verən dövlətlərdən biri Azərbaycan olub. Bununla bağlı ÜST-ə 5 milyon dollar vəsait yatırıldı. Bunun hamısı dövlətimizin qlobal dünyada baş verən bu kimi hadisələrə bəslədiyi həssas münasibətin, məsuliyyətin nümunəsidir. Azərbaycanın bu məsuliyyətli, humanist davranışları isə bütün dünyada müşahidə edilir, yüksək qiymətləndirilir. Testin sayı çoxaldıqca, xəstələrin də sayı çoxala bilər. Eyni zamanda, testlərin alınmasının müsbət cəhətlərindən biri odur ki, insanlar kütləvi nəzarətə götürüləcək. Yəni nə qədər test çox olacaqsa, o qədər əhali testdən keçiriləcək. Məsələn, Cənubi Koreyada bütün əhalini testdən keçirirlər. Bizdə də testlərin sayı çoxaldıqca, yoluxma zəncirini sındırmaq asanlaşacaq, izolyasiya artacaq, xəstələnənlər vaxtında kənarlaşdırılacaq. Yəni bu proseslər davam edəcək”.

ÜST-in Ermənistandakı vəziyyətlə bağlı yaydığı məlumatı da şərh edən N.Quliyev bildirdi ki, Ermənistanın özünün test almağa heç bir imkanı yoxdur və 7994 sınaq testi də müəyyən dövlətlərin, əlaqədar qurumların bu ölkəyə verdiyi ianədir.

Bu məsələdə də Ermənistanın Azərbaycanla heç bir müqayisəyə gəlmədiyini deyən N.Quliyev vurğuladı ki, Azərbaycan dövləti özü başqa dövlətlərə yardımlar etdiyi üçün, o dövlətlər də ölkəmizin humanist addımını qarşılıqsız qoymur. Yəni ölkəmizin öz maliyyəsi hesabına aldığı testlərlə yanaşı, ölkəmizə test hədiyyə edən dövlətlər də var. Amma Ermənistan isə bu səhnədə yalnız dilənçi obrazındadır. Bu ölkə heç bir dövlətə yardım etmir və indiki vəziyyətdə ona verilən testlər hədiyyə yox, məhz ianədir. “Ermənistan elə bir ölkədir ki, orada heç bir sahədə inkişaf yoxdur, tənəzzül baş alıb gedir, dövlət çevrilişi xofu var, dövlətin gücsüzlüyü göz qabağındadır. Ümumiyyətlə, heç bir vaxt Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. İqtisadi cəhətdən, eləcə də beynəlxalq aləmdə mövqe baxımından Ermənistan bizim ölkəmizlə müqayisəyə gələ bilməz. Azərbaycanın siyasi, iqtisadi gücü Ermənistandan müqayisəyə gəlməz dərəcədə çoxdur, artıqdır. Azərbaycan dünyanın tamhüquqlu dövləti kimi çox məsələdə öndədir, Davos Forumunda aparıcı mövqedədir. Dövlətimiz artıq dünya tərəfindən qəbul olunub. Ermənistanın isə hansı ölkələrin vassalı olduğunu bütün dünya bilir” - deyə N.Quliyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ