Bazar günü günü, 27 sentyabr 2026
     

Qeyri-ciddi və səviyyəsiz audio-video kliplərlə bütün Azərbaycanın virus təhlükəsi ilə ölüm-dirim mübarizəsini lağ-lağı obyektinə çevirənlər var...

Image


Bu gün dövlətimiz və xalqımız, o cümlədən də bütün dünya koronavirusla çox gərgin mübarizə aparır. Azərbaycan dövləti koronavirusun daha geniş şəkildə yayılmaması və çoxlu sayda insanı caynağına almaması üçün çox ciddi qadağa tədbirləri həyata keçirir.

Karantin rejiminin elan edilməsi, aprelin 5-dən etibarən vətəndaşların zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməsi, polisin vətəndaşları xüsusi texniki cihazla izləməsi və sair məsələlər vətəndaşların sağlamlığının, təhlükəsizliyinin təmin olunmasına, bu virusun miqyasının genişlənməməsinə xidmət edir. Çox təəssüf ki, bəzi vətəndaşlar dövlətin həyata keçirdiyi bu təhlükəsizlik, sosial izolyasiya tədbirlərinin mahiyyətini ya dərk etmir, ya da etmək istəmirlər.

Ölkəmizdə rəsmi karantin rejimi elan edildikdən sonra bəzi qruplar tərəfindən təxribatçı videolar, səs yazıları “WhatsApp” qruplarında, “Tik-tok” şəbəkəsində peyda olmağa başlayıb. Müxtəlif insanlar karantin rejiminin mahiyyətini ciddi şəkildə təhrif edərək, onu lağ-lağı obyektinə çevirirlər. Çox  təəssüflər olsun ki, belələri hələ fəaliyyətə başlamayan 8103 xidmətini də lağ obyektinə çeviriblər.

Bu səhnəciklərə baxanda insan ancaq təəssüflənir ki, belələri həqiqətənmi vəziyyətin bu qədər ciddi olduğunu düşünmürlər. Məsələn, səhnələrdən biri iki oğlan arasında baş verir. Biri o birindən soruşur ki, hara gedirsən, o, hamama getdiyini, yaxud başqa otağa keçmək istədiyini deyir, qarşı tərərəf “polisdən icazə almısan, polisə xəbər vermisən?” kimi ifadələr işlədir. Bundan əlavə, əxlaqa sığmayan davranışlarla, kəlmələrlə zəngin olan videolar və səs yazıları da kifayət qədərdir. Bu insanların bloger, yaxud aktyor olduğu bilinmir, bilinən odur ki, onlar bu videolar, çarxlar, səs yazıları ilə ölkədəki vəziyyəti, karantin rejimini lağ-lağı obyektinə çevirirlər. İnsanda ikrah yaradan bu videolar həqiqətən də Azərbaycanda koronavirusa qarşı mübarizədə həyata keçirilən tədbirlərin qaralanmasına, xalq olaraq ümumi mübarizəmizə kölgə salmağa xidmət edir. Bu kiçik qrup Azərbaycan dövlətinin və xalqının maraqlarına deyil, hansısa qara qüvvələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə ortaya qoyur. Bu videolarda, səs yazılarında “Evdə qal” layihəsinin özünə də ciddi kölgə salmaq cəhdləri var. Bu məsələyə qeyri-ciddi, lağ-lağı yanaşma sərgiləyənlər sanki bu ölkədə yaşamırlar və onlar koronavirusa tutulmaqdan sığortalanıblar. Heç kəs bundan sığortalanmayıb.  

  • “Sonucda isə gerçəyə münasibət sanki bir məzhəkə şəklində sosial şəbəkələrə daşınır, bu hərəkətlərə son qoyulmalıdır”

Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Borçalı” İctimai Birliyinin sədr müavini Dəyanət Osmanlı baki-xeber.com-a açıqlamasında bu videoları, səs yazılarını hazırlayan, onu yayan, təbliğ edən insanlara qarşı ciddi ictimai qınaq, təpkilər göstərilməsinin vacibliyini söylədi. D.Osmanlı hesab edir ki, xalqın, dövlətin koronavirusla mübarizə dövründə bu cür qüvvələrin meydana çıxması qətiyyətlə pislənməlidir: “Mən həmişə təəssüf etmişəm ki, bizim cəmiyyətdə ciddi məsələlərə qeyri-ciddi, bir çox halda ikrahla yanaşılır. Reallıq isə anlayış göstərməyi tələb edir. İndi dünya həyəcan təbili çalır, bizim bəzi özünü ziyalı, mədəniyyət xadimi sayan adamlar isə bunu oyun havası kimi anlayırlar. Guya ən ağıllı, qorxmaz bunlardır, bütün dünya isə yalan danışır. Mən birbaşa deyirəm, belə yanaşma sərgiləmək cəmiyyətdə dövlətin tətbiq etdiyi qaydalara inamsızlıq yaratmağa xidmət edir. Epidemiyadan insanlar sürətlə qırılır. Dünya səhiyyəsi, hökumətlər həyatı qorumaq üçün böyük mücadiləyə qoşulublar. Azərbaycan dövləti də bütün imkanları səfərbər edib ki, epidemiya ölkəni başına götürməsin, xalq  mümkün qədər az itkilə bəlanı adlatsın. Bəziləri, əksinə olaraq, bu çabaları dəyərləndirməyi və ölüm təhlükəsinin artdığını dərk etmirlər. Hətta öz yanlış dərklərini fərdi yanaşmadan çıxarıb ya həqiqət kimi, ya da ironik halda ictimai müstəviyə təqdim edirlər. Bəs tanınmış insanlardan dürüst məlumat gözləyən cəmiyyətin başqa bir təbəqəsi neyləyir, şübhəsiz, o yanlış fikirlərə inanır. Eyni zamanda, efirdə elə müğənnilərə, aparıcılara məsləhət verməyə imkan yaradılır ki, başqa bir qisim də onlara məhz səviyyəsizliyinə görə inanmır. Sonucda isə gerçəyə münasibət sanki bir məzhəkə şəklində sosial şəbəkələrə daşınır. Bu hərəkətlərə son qoyulmalıdır. Ölümsaçan koronavirusla mübarizə həmrəylik və dövlətimizə inam, görülən tədbirlərə anlayış tələb edir”.

D.Osmanlı onu da vurğuladı ki, yalnız  videoçarxlarda, səs yazılarında deyil, hətta bəzilərinin sosial şəbəkələrdə yazdıqları statuslarda da bu məsələyə lağ-lağı münasibət var: “Bəzi insanlar koronavirusla bağlı lağlağı statuslar paylaşırlar. Həm də bunu ziyalı, yazar edirsə, daha pisdir. Təəssüf ki, dünyanı lərzəyə salan epidemiyaya barmaqarası baxmaqla reytinq yığmağa çalışırlar.
Onların belə bəsit düşüncəsi cəmiyyətin müəyyən hissəsində gerçəklə hesablaşmaqda tərəddüd yaradır. Nəticədə karantin qaydalarını pozmaq hallarında çoxluq müşahidə olunur. Bu isə xəstəliyin fəallaşmasına imkan yaratmaq deməkdir.
Təhlükəni ciddiyə almayanlar, iş-işdən keçəndən sonra ayılıb peşman olanlardır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ