Bakıda 149 nəfər koronavirusa yoluxub - Yoluxanların paytaxt və rayonlar üzrə statistikası...

Abşeron yarımadasında koronavirusa yoluxanların sayı açıqlanıb. Baki-xeber.com "Koronainfo.az" saytına istinadən xəbər verir ki, infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.
Onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındadır.
Paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da koronavirusa yoluxma qeydə alınıb.
Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var ki, onların qeydiyyatı qeyri-müəyyəndir.
Bundan başqa, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 11 koronavirusa yoluxma faktı qeydə alınıb.
Rayonlara gəlincə, infeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12). Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvar (1) rayonlarında da koronavirusa yoluxma qeydə alınıb.
Onu da qeyd edək ki, ümumilikdə Azərbaycanda koronavirusa 443 yoluxma faktı qeydə alınıb. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.