23/09/2020 17:33
728 x 90

Ekspertlər koronavirusa qarşı mübarizə qaydalarını pozanların həbsini birmənalı dəstəklədi

Könül İsmayılova: “Son aylar koronavirus pandemiyası dünyanı, o cümlədən, bizləri narahat edən ən qlobal məsələyə çevrilib”

img

Koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün ölkədə karantin rejimi tətbiq olunub. Karantin rejiminə əhəmiyyət verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılır. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, karantin qaydalarını pozan şəxslər həbs olunurlar.

Ekspertlər də hesab edirlər ki, karantin rejiminə əməl etməyənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar.

  • “Karantin rejiminə əməl etməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq həbs olunmalıdırlar”

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son aylar koronavirus pandemiyası dünyanı, o cümlədən, bizləri narahat edən ən qlobal məsələyə çevrilib: “Təəssüf ki, bu xəstəlik ölkəmizdən də yan keçməyib. Virusun sürətlə yayılmaması üçün hökumət tərəfindən qərarlar qəbul olunub. Vətəndaşlar həm öz sağlığı, həm də doğmalarının sağlığı üçün karantin qaydalarına əməl etməlidirlər. Təbii ki, qaydaya əməl etməyənlər cəzalandırılmalıdırlar. Cəzalandırılma müxtəlif formada ola bilər. Cərimə və ya həbs cəzası. Elə şəxslər var ki, onlar çoxlu sayda insanın bir arada toplaşmasına səbəb olur. Təbii ki, bunu edən şəxs həbs olunmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər