Cümə günü, 13 noyabr 2026
     

Sərnişindaşıma fəaliyyəti sahələrinə dövlətin dəstək proqramları həyati əhəmiyyətli layihə kimi…

Image


İqtisadi və digər sahələrdə koronavirusun təsirinin azaldılması məqsədilə dövlət tərəfindən bir sıra vacib proqramların qəbul edildiyi məlumdur. Bu sənədlər həyati vacib sahələrin inkişafına yönəlik dəstək proqramlarıdır.

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi koronavirusun təsirinin azaldılması məqsədilə hazırlanmış proqramların detallarını açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Bu proqramlardan biri də ölkənin sərnişindaşıma sektorunu əhatə edir.

Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı və digər proqramların həyata keçirilməsi üçün dövlət maliyyə vəsaiti ayrılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflərdə sərnişindaşımaya xüsusi diqqət yetirilib.       Belə ki, İşçi Qrup tərəfindən hazırlanan daha bir proqram sərnişindaşıma fəaliyyət sahəsinə dəstək proqramıdır. Bu sahədə fəaliyyət göstərən subyektlərə (AZAL, avtobus, metro, dəmir yolu) məqsədli dəstək veriləcək.

Bu proqramın, bütövlükdə, ölkənin sərnişindaşıma sektoruna verilən böyük dəstək olduğunu qeyd edən mütəxəssislər hesab edirlər ki, bu proqram pandemiya ilə əlaqədar bu sahəyə dəyən zərərin aradan qaldırılmasına xidmət edir.

  • “Hesab edirəm ki, çox yaxın zamanda koronavirus problemi səngidikdən sonra biz sahibkarlara dəstək proqramının verəcəyi  müsbət  nəticələrin şahidi olacağıq”

Nəqliyyat üzrə tanınmış ekspert Azər Allahverənov bizimlə söhbətində bildirdi ki, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı sərnişindaşıma sahəsinə ciddi dəstək verəcək bir sənəddir. “İqtisadiyyatın müxtəlif sahələri şübhəsiz ki, koronavirusdan çox ciddi zərər çəkən sahələrdir. Nəqliyyat, sərnişindaşıma sektoru da onlardan biridir. Sərnişindaşımada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi, istər-istəməz, nəqliyyat sahəsindəki proseslərin zəifləməsinə gətirib çıxarıb. Xüsusən də nəqliyyat sektorunun inkişaf etdirilməsi ilə bağlı müəyyən olunmuş hədəflərin geriyə atılmasına səbəb olub. Bu gün  istər metropolitenin bağlanması, istərsə də ictimai nəqliyyat sektorunda müəyyən məhdudlaşdırmanın tətbiq edilməsi məlum məsələdir ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınmasına hesablanmış vacib tədbirlərdən biridir. Bütün vətəndaşlar bu sahədə mövcud qaydalara  riayət etməlidirlər. Nəticə etibarilə “Evdə qal” kampaniyası çərçivəsində daha çox hərəkətsiz vəziyyətdə olurlar. Bu o deməkdir ki, biz ictimai  nəqliyyatdan istifadə etmirik. Sərnişindaşımada, ictimai nəqliyyat sahəsində durğunluğun yaşanması bu sektora özünün mənfi  təsirini göstərir. Dövlətin həyata keçirəcəyi dəstək proqramları sahibkarlığın bir sıra  subyektlərini, o cümlədən də  sərnişindaşıma və nəqliyyat sektorunu əhatə edir. Bu proqramlar bir neçə maket çərçivəsində reallaşdırılacaq. Bu proqram sərnişindaşımaya, nəqliyyata aid olan   seqmentlərin dəstəklənməsi baxımından olduqca vacibdir. Biz, faktiki olaraq, neçə il idi ki, bu sektoru formalaşdırırdıq. Bu gün yeni formalaşan o sektorun virusla bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə görə geriləməsinə yol vermək olmaz. Hər halda, bugünkü vəziyyəti qoruyub saxlamaq lazımdır. Təcrübə də göstərir ki, bir sıra dövlətlərdə artıq bu proses  iki-üç aydır davam edir. Yəni ehtimal oluna bilər ki, bizdə də bu proses müəyyən bir dövrü əhatə edəcək və nəticə etibarilə də nəqliyyat sektoruna dəyən zərərin həcmi daha da böyüyə bilər. Yerli sahibkarlara dəstək proqramı çərçivəsində bu işlərin görülməsi, xüsusilə də bu proqramın tətbiq edilməsi olduqca əhəmiyyətlidir”.

A.Allahverənov hesab edir ki, bu həmçinin də sərnişindaşımada və nəqliyyat sektorunda iş yerlərinin qorunub saxlanılması, yerli sahibkarlara sosial dəstəyin göstərilməsi, onlara müxtəlif güzəştlərin tətbiq edilməsi, xüsusən də kreditlərin ödənilməsi və s. çox önəmli məsələlərdir.“İctimai nəqliyyat sektoruna sərmayə yatırılıb. Bu gün sərnişindaşıma bizim ictimai nəqliyyatın əsas komponenti idi. Yəni nəqliyyat  sektoru dedikdə yalnız sərnişindaşıma deyil, yükdaşıma da nəzərdə tutulur. Yükdaşımaya məhdudiyyətlərin tətbiq edilməməsi o demək deyil ki, bu sahədə hər şey qaydasındadır. Bunlar bir-birilə bağlı olan sahələrdir. Digər tərəfdən, vətəndaşların hər hansı formada məhdud fəaliyyət tərzini keçirməsi də, eyni zamanda, yükdaşımaya da öz təsirini göstərən amildir. Biliriniz ki, bölgələrə sərnişindaşımaya məhdudiyyətlər tətbiq olunub. İnsanların şəhərlərarası hərəkəti qadağan edilib. Bu, istər-istəməz, yükdaşımaya bu və digər   sahədə təsirini göstərən bir haldır. Bu baxımından sərnişindaşıma ilə bağlı hazırlanan proqramları çox əhəmiyyətli sayıram və bunu yüksək qiymətləndirirəm. Bu proqramın hazırlanması vaxtında verilmiş bir qərar və atılmış addımdır. Hesab edirəm ki, çox yaxın zamanda koronavirus problemi səngidikdən sonra biz sahibkarlara dəstək proqramının verəcəyi müsbət  nəticələrin şahidi olacağıq.  Ümid edirəm ki, bu proqramın tətbiqi nəticəsində ictimai nəqliyyat, sərnişindaşıma, bütövlükdə, nəqliyyat sektorunda qarşımıza qoyduğumuz hədəflər yenidən əlçatan olacaq. Bu günə qədər əldə olunmuş nəticələr üzərində biz yeni hədəflərə doğru addımlayacağıq”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ