25/05/2020 14:08
728 x 90

Karantin-rejim qaydalarını pozan kafe-restoran sahiblərinə qarşı daha sərt tədbirlər başladı

Rüfət Quliyev: “Qadağaya əməl etməyən iaşə obyekt sahiblərinin cəzalandırılması, həbs olunması düzgün qərardır”

img

Koronavirusdan əziyyət çəkənlərin sayı günü-gündən artır. Virusun sürətlə yayılmasının qarşısını almaq üçün ölkədə karantin rejimi elan olunub. İaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Təəssüf  ki, bəzi şəxslər nə təhlükənin fərqindədir, nə də qadağaya əməl etmək istəyir. Ancaq bu sahədə aparılan işlər sayəsində karantin rejiminə əməl etməyənlər cəzalanır.

Ağdaşda karantin rejiminə əməl etməyənlər saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, karantin-rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Karantin-rejim qaydalarını pozan kafe-restoran sahiblərinin həbs olunması təqdir olunur. Ekspertlər bildirirlər ki, qadağaya məhəl qoymayanlar sərt şəkildə cəzalandırılmalıdır.

  • “Təəssüf  ki, bu gün bəzi insanlar koronavirusun nə qədər təhlükəli xəstəlik olduğunu anlamır, onlar məsuliyyətsizlikləri ilə tək özlərini deyil, yaxınlarını da təhlükə altına salırlar”

Millət vəkili  Rüfət Quliyev bildirdi ki, bu məsələdə insanlarımız maksimum məsuliyyətli olmalıdırlar: "Təəssüf  ki, bu gün bəzi insanlar koronavirusun nə qədər təhlükəli xəstəlik olduğunu anlamırlar. Onlar məsuliyyətsizlikləri ilə tək özlərini deyil, yaxınlarını da təhlükə altına salırlar. Düşünürəm ki, bu barədə maarifləndirmə işlərinin aparılması vacibdir".

Həmsöhbətimiz onu da əlavə etdi ki, qadağaya əməl etməyən iaşə obyekt sahiblərinin cəzalandırılması, həbs olunması düzgün qərardır.

Günel CƏLİLOVA

Son xəbərlər