01/06/2020 00:42
728 x 90

İbrahim Məmmədov: "Vətəndaşlara dəymiş ziyanın yüngülləşdirilməsi üçün yaxın günlərdə qərar qəbul olunacaq"

img

Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib və hazırda bu istiqamətdə işlər aparılır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, krediti olan müştərilərin vəziyyəti yaxşılaşarkən, banka əmanət qoyanların və bankların vəziyyəti pisləşdirilməməlidir:

“Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq. Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir. Sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək və bu barədə ictiamiyyətə məlumat veriləcək”.

İ.Məmmədov bildirib ki, vətəndaşlara dəymiş ziyanın yüngülləşdirilməsi üçün yaxın günlərdə qərar qəbul olunacaq: "Aztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər. Bundan başqa, sahibkarlara dəymiş ziyan da yüngülləşdirilə bilər. Amma hələ ki, bu yardımın məbləği müəyyən edilməyib".

Son xəbərlər