TƏBİB Azərbaycanın bütün regionlarında koronavirusa yoluxma olduğunu açıqladı

Azərbaycanda bütün bölgələrdə koronavirusa yoluxma halları var. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hansı bölgədə yayılma faizinin daha çox olması açıqlanmır: "Biz əsasən yoluxmanı bütün bölgələrdə aşkarlamışıq. Azərbaycanın hər bölgəsində bu fakt təsdiqlənib. Digər tərəfdən, 1 xəstənin keçdiyi yerdən onlarla insanın yoluxduğunu aşkarlamışıq. Bu da insanları sürətli yoluxdurur. Ona görə də tələb edirik ki, evdə qalın, küçələrə çıxıb yoluxmayın və yoluxdurmayın".