02/06/2020 09:51
728 x 90

Qaydalara əməl edilsə, Azərbaycanda vəziyyət müsbətə doğru dəyişə bilər

Bölgələrdən xəstələrin Bakıya gətirilməsi ilə bağlı mexanizm hazırlanır

img

Bölgələrdən xəstələrin Bakıya gətirilməsi ilə bağlı mexanizm hazırlanır. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı xüsusi qaydalar hazırlanır: "Ağır xəstələr, onkoloji, qan xəstələri və digər ağır xəstələrin gətirilməsi üçün sənəd hazır olmaq üzrədir. Yaxın vaxtlarda bu barədə qərar elan olunacaq. Həmin xəstələrin bölgələrdən Bakıya gətirilməsi, müalicə və geri qaytarılmasına lazımi şərait yaradılacaq".

İ.Məmmədov deyib ki, əgər riyazi düşünsək, qaydalara əməl etsək, iki həftədən sonra Azərbaycanda vəziyyət müsbətə doğru dəyişə bilər. "Amma son 3 gün ərzində ölkədə xüsusi karantin qəbul olunandan sonra olan vəziyyət göstərir ki, vətəndaşlar qaydalara əməl etmir. Buna görə də vəziyyət yaxşılığa doğru dəyişmir".

Son xəbərlər