Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etmək tövsiyə edilir.