02/06/2020 08:00
728 x 90

Operativ Qərargah Azərbaycanda fövqəladə vəziyyət elan oluna biləcəyini açıqladı

img

Azərbaycanda fövqəladə hal elan oluna bilər. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xudmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyət yaxşı deyil: "Ölkədə yayılma halları var. Xüsusi karantin qərarı elan olunub. Amma buna baxmayaraq, yoluxma halları sağalma sayından çoxdur. Buna görə də əhalini evdə oturtmağa çalışırıq. Çünki cəmi 26 nəfər sağalıb, amma yoluxma halı 300-dən artıqdır. Əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər. Amma biz çalşmalıyıq ki, yoluxma halları artmasın".

Son xəbərlər