Cümə axşamı günü, 05 noyabr 2026
     

Senatın saxta “erməni genosidi”ni tanımasına əks silah tapıldı - ABŞ-da hindular necə soyqırım edilib...

Image


ABŞ Senatının qondarma “erməni soyqırımı”nı rəsmən tanıması əsrlər əvvəl Amerikada hindulara qarşı törədilən soyqırım aktının yenidən gündəmə gəlməsinə səbəb olub. Belə ki, Türkiyənin ATV və “A Haber” telekanallarının ortaq canlı yayımına qatılan Prezident Rəcəb Tayyib Ərdoğan gündəmlə bağlı açıqlama verərək, ABŞ Konqresinin “erməni soyqırımı” qərarına reaksiya verib.

Ərdoğan ABŞ-la bağlı bəzi qərarlar verə biləcəyini açıqlayıb: “Çox açıq deyəcəyəm, Amerikada hindularla bağlı olanları söyləməmək, danışmamaq mümkündür? Hindulara qarşı edilənlər ABŞ-ın üz qarasıdır. Ruandada fransızların törətdiyi qətliamları, Əlcəzairdə etdikləri soyqırımları bir kənara qoymaq mümkündür? Bunlar Senaqalda qul ticarəti ediblər.

Biz də bütün bunları dünya ictimaiyyətinə açıqlayacağıq. Bunlarla bağlı əlimizdə, arxivlərdə sənədlər var. Bunlarla bərabət müdafiədə deyil, hücumda olacağıq. Qərbin irqçilik və müstəmləkəçilik tarixi olduğunu üzə çıxaracağıq” - deyə Ərdoğan vurğulayıb.

Tarixçilər bildirirlər ki, Amerikada hindulara qarşı ingilislərin törətdiyi soyqırım aktı öz dəhşətləri ilə tarixdə iz qoyub.

XV əsrin sonlarında Xristofor Kolumb ilk olaraq kəşf etdiyi Amerikanı Hindistan zənn etdiyindən, yerli əhalini də hindli hesab etmişdi. Astek, mayya, ink kimi sivilizasiyaların varisləri olan bu toplum Qərbin mənəvi və fiziki soyqırımına məruz qalıb və işğalçılar ilk gündən onlarla müharibələrə başlamışdılar. Ox və nizəylə silahlanmış hindular işğalçılara layiqli müqavimət göstərə bilmirdilər. ABŞ-da hindu soyqırımına dair faktlar məşhur alim M.Stinqlin “Tomoqavksız hindular” əsərində faktlara şərh edilmişdi. Faktlardan aydın olur ki, işğalçılar silah gücünə məhv edə bilmədikləri hindu tayfalarını hiylə yolu ilə qırırdılar. Bu yolda ən geniş yayılmış üsullardan biri çiçək xəstəliyinə yoluxmuş və bundan ölmüş insanların yorğanlarından hindulara qarşı istifadə etmək idi. İngilislər həmin yorğanları hindu məskənlərinin yaxınlığına qoyurdular. Heç nədən şübhələnməyən hindular isə bu yorğanlardan istifadə edərək, kütləvi şəkildə qırılırdılar.

Tarixçilər vurğulayırlar ki, Bartolome Də Las Casas (1474-1566) “Qırmızıdərili qırğını” adlı kitabında şəxsən şahid olduğu hindu qırğınını belə izah edir: “Sırf əyləncə olsun deyə, qadın-kişi demədən qitənin yerli əhalisi olan hinduların əllərini, burunlarını və qulaqlarını kəsib qopardıqlarını və bunun hinduların hər rast gəlindiyi yerdə təkrarlandığını öz gözlərimlə gördüm...”.

Tarixçilər yazırlar ki, ABŞ dövləti yarandıqdan sonra da soyqırım davam etdirilir. Bu məqsədlə ABŞ hərbi nazirliyi nəzdində hinduların işləri üzrə idarə yaradılmışdı. 1924-cü ilədək qüvvədə olan qanuna görə, əcnəbi elan edilmiş hindular bu ölkənin vətəndaşları sayılmırdılar və heç bir hüquqa malik deyildilər.

  • “Türkiyə beynəlxalq qurumlar qarşısında hinduların ingilislər tərəfindən genosidə məruz qalması məsələsini qaldıra və beynəlxalq aləmdən bu soyqırıma hüquqi, siyasi qiymət verilməsini tələb edə bilər”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, X.Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindulara (qırmızıdərililərə) qarşı həyata keçirilən soyqırımın bu gün gündəmə gətirilməsi çox vacib bir məsələdir.

Q.Hacıyevin sözlərinə görə, müasir amerikalıların babalarının hundulara qarşı törətdiyi soyqırım aktı tarixdə öz qiymətini almayan genosidlərdən biridir. Q.Hacıyevin sözlərinə görə, ingilislər və digər gəlmələr hundu torpaqlarında onlara qarşı min cür zülm ediblər. Gəlmələr tərəfindən zorla öz yurdlarından qovulan hinduların rezervasiyalara yerləşdirilməsi, onların immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması, axtalama və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindu məktəbləri və Kanada hindu məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilib. Q.Hacıyev vurğuladı ki, bundan başqa, iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilib.

O qeyd etdi ki, 8 sentyabr 2000-ci ildə ABŞ-da Hindu İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindulardan rəsmi şəkildə üzr istəyib.

Tarixi mənbələrdə isə qeyd edilir ki,1520–1527-ci illərdə Meksika, Orta Amerika, Cənubi Amerikada milyonlarla hindu su çiçəyi səbəbindən ölüb. Bundan başqa, su çiçəyi İnk İmperiyasının imperatoru olan Huayna Capacla birlikdə 200000 inkin ölümünə səbəb olmuş və İnk İmperiyası zəifləyib.

1561–1562-ci illərdə Çilidə ölənlərin sayı dəqiq olmasa da, 20-25 % hindunun öldüyü təxmin olunur. Alonso de Qonqora Marmolejoya görə, mədənlərdə işlədilən çoxlu hindu ölmüş və İspaniya qızıl mədənlərini bağlamağa məcbur olub. 1617–1619-cu illərdə Şimali Amerikanın şimal-şərq sahilləri, Massaçusets körfəzi sahilində yaşayan hinduların 90%-i ölüb. Burada ölənlərin sayı dəqiq bilinmir, 1674-ci ildə sayları təqribən 50000 nəfər olan hindular 1729, 1738 və 1753-cü illərdəki suçiçəyi yoluxmalarından sonra 25000 nəfərə qədər azaldılar. 1770-ci ildə Şimali Amerikanın qərb sahillərində yaşayan hinduların 30%-i ölüb. Texasdakı Hindu Soyqırımı Muzeyində qorunan sənədə görə, suçiçəyi infeksiyasının bulaşdığı yorğanlar Lenape hindularına Texas-Hindu müharibələri ərəfəsində texaslı əsgərlər tərəfindən verilib.

Qasım Hacıyev qeyd edir ki, gəlmələrin Amerikanı işğal etməsi nəticəsində nəinki qırmızıdərililər kütləvi şəkidlə qətlə yetirilib, hətta qədim dünya mədəniyyətinin böyük bir sivilizasiyası məhv edilib. “Dünyada baş verən ən dəhşətli soyqırım aktlarından biri Amerikaya köçən ingilislərin hindulara qarşı həyata keçirdiyi genosiddir. Bilirsiniz, müharibə gedən yerlərdə insanların həlak olması müharibə qanunlarına uyğundur, amma ABŞ-da ingilislərin qırmızıdərililərin soyunu kəsmək məqsədilə törətdikləri qətliamlara heç cür bəraət vermək mümkün deyil, buna hər hansı formada haqq qazandırmaq olmaz. Uzaq bir qitədən Amerikaya gəlib burada yerli, aborigen hinduları-qırmızıdərililəri ucdantutma, uşağa-qocaya rəhm etmədən qətlə yetirmək böyük tarixi cinayətdir. Gəlmələr aborigen əhalini məhv edərək onların torpaqlarında yerləşdilər və bundan sonra Amerika ştatlarının yaradılması baş verib. Bütün bunların hamısı haqqında nə danışsaq da, yenə o nəticəyə gəlirik ki, əsl soyqırım qırmızıdərililərə qarşı ingilslərin törətdikləri soyqırımdır”.

Q.Hacıyev vurğuladı ki, Türkiyədə nəşr edilən “Tarix” dərgisində qırmızıdərililər, onların tarixi, etnoqrafiyası, mənsub olduqları mədəniyyət, habelə məruz qaldıqları soyqırımlar haqqında geniş məlumat verilib. O qeyd etdi ki, ABŞ-ın yaranması və onun inkişaf tarixini öyrənərkən hundularla bağlı bir sıra faktların aşkara çıxarılmamasının şahidi oluruq. “ABŞ dövlətinin qurulduğu torpaqlar qırmızıdərililərin vətənidir, torpağıdır, gəlmələr yerli xalqı amansızcasına qıraraq o torpaqları ələ keçirdilər, başda ingilislər olmaqla, başqa Avropa xalqlarını da ora köçürməklə dövlət yaratdılar. Bu dövlət də indi bütün dünyaya demokratiya dəri keçir, halbuki, onların babaları hinduları qətlə yetiriblər, onlara qarşı genosid törədiblər. İngilislər hindulara qarşı soyqırım törətməklə həm onların özlərini qətlə yetirdilər, həm də qədim mayya və digər mədəniyyətləri məhvə doğru apardılar. Mayya mədəniyyəti dünyanın qədim mədəniyyətlərindən biridir. Müəyyən mənada mayya mədəniyyətinin izləri saxlanılırsa, digər tərəfdən, mayya mədəniyyətini yaradan xalqların tarixi təhrif olunur, yer üzündən silməyə doğru aparılır. Amma bunları gizlətmək mümkün deyil. ABŞ dünyaya “demokratiyanın keşiyində” duran bir dövlət kimi təqdim edilsə də, əslində, belə deyil, müasir amerikalıların babaları hindulara qarşı böyük soyqırım törədib və bunu ABŞ heç zaman unutmamalıdır. Bu gün ABŞ Senatının qondarma “erməni soyqırımı”nı rəsmən tanıması hinduların ingilislər tərəfindən genosidə məruz qoyulmasını yenidən gündəmə gətirib. Türkiyə beynəlxalq qurumlar qarşısında hinduların ingilislər tərəfindən genosidə məruz qalması məsələsini qaldıra və beynəlxalq aləmdən bu soyqırıma hüquqi, siyasi qiymət verilməsini tələb edə bilər” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ