Cümə axşamı günü, 05 noyabr 2026
     

2019-cu ildə mətbuat nə qazandı?

Image


Artıq ilin sonuna sayılı günlər qalıb. Açıqlanan statistik rəqəmlər 2019-cu ilin ölkəmizin hərətərəfli inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir.

Ekspertlər tərəfindən açıqlanan rəylərdə də bu ilin uğurlu, əlamətdar, xoş hadisələrlə yadda qaldığı vurğulanır. Əldə olunan nailiyyətlərin işıqlandırılması, ictimaiyyətə çatdırılmasında mətbuatın əvəzsiz rolu var. Belə olan halda, bəs görəsən 2019-cu il mətbuata nələri qazandırdı?

  • Bu il nə ilə yadda qaldı?

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib ki, media bütün çatışmazlıqlarına rəğmən mütərəqqi ruhlu, dövlətçilik prinsiplərinə sadiqdir. O bildirib ki, Azərbaycan mediası cəmiyyətin istək və arzularının ifadə olunduğu etibarlı tribunadır: “2019-cu il də bu baxımdan yadda qalan oldu. Mediamız cəmiyyətdə baş verən dəyişikliklərə adekvat münasibət ortaya qoymağı bacardı. Hesab edirəm ki, bu münasibət böyük ölçüdə peşəkar idi. Peşəkarlıq isə yalnız sırf jurnalistika prinsiplərinə riayət etməklə bağlı deyil, həm də mütərəqqi niyyət göstəricisidir”.

Şura sədri vurğulayıb ki, media ictimai institut kimi özünü təsdiqləməklə təkcə Azərbaycanla deyil, bütövlükdə Cənubi Qafqaz regionu ilə bağlı etibarlı informasiya mənbəyidir: “Hesab edirəm ki, 2019-cu ildə də bunun konkret nümunələrini gördük. Biz bilirik ki, Kütləvi İnformasiya Vasitələrimizin ölkənin reklam bazarında təmsilçiliyi zəifdir. İqtisadi cəhətdən özünü təmin edə bilməmək istər-istəməz onların müstəqilliyinə mənfi təsir göstərir. Əlbəttə, Azərbaycanda mediaya sistemli dövlət qayğısı var və bu, dövlət siyasətimizin mühüm tərkib hissəsidir. Ancaq onu da nəzərə alaq ki, bu siyasətin məqsədi KİV-lərin tam müstəqilliyinə nail olmaqdır. Deməli, məsələyə daha sistemli baxış həm də reklam məsələlərinə ciddi yanaşmadan keçməlidir”.

  • Mediadan gözləntilər...

Ə.Amaşov mediadan gözləntilərinin də böyük olduğunu dilə gətirib: “Əlbəttə, mediadan gözləntilər böyükdür. Məsələni iki aspektdən dəyərləndirmək mümkündür. Birincisi, jurnalistika cəmiyyət üçün hər zaman əlahiddə peşə kimi qəbul olunub. Buna görə də hər kəs onu, xüsusi bir yanaşması olmadan da, daha fərqli və rəngarəng görmək istəyir. Digər tərəfdən, məsələyə peşəkar baxış var. Biz vəziyyəti bilirik. Problem və çatışmazlıqları da həmçinin. Media qanunvericiliyi baxımından da həlli vacib məsələlər var. İnternet medianın hüquqi statusunun müəyyənləşdirilməsindən tutmuş, diffamasiya haqqında qanunun qəbulunadək bir çox məqamları qeyd edə bilərik”.

  • Zəruri atılmalı ADDIMLAR

KİV sahəsindəki fəaliyyətlə bağlı hüquqi tənzimləmələr ehtiyac olduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, KİV-lərin təkrar qeydiyyatının aparılmasını zəruridir: “Bilirsiniz ki, hazırda Ədliyyə Nazirliyinin reyestrindəki 5250 rəqəmi media fəaliyyətinin göstəricisi baxımından real deyil. Buna görə KİV-lərin təkrar qeydiyyatı aparılmalıdır. Onların qeydiyyatında qanunla müəyyənləşdirilmiş qaydada KİV yaratmaq hüququnun yeni mexanizmləri tətbiq edilməlidir ki, müəyyən nizam yaranmış olsun.

Ümumən görüləcək işlər yetərincədir. İnanıram ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilməkdə olan islahatlar medianın yuxarıda qeyd etdiyim problemlərinin həllinə müsbət təsirini göstərəcək. 2020-ci ildən gözləntilərim də bununla bağlıdır”.

  • İdeoloji sahədə medianın etdikləri

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, 2019-cu il də mediamızın tarixində pozitiv əlamətlərə malik illərdən biri kimi qalacaq: “Buna çoxsaylı ciddi əsaslar var. Media həm peşəkar informativ fəaliyyət müstəvisində, həm də müstəqil dövlətçiliyə və azərbaycançılığa ideoloji təminat yaratmaq sahəsində öz missiyasını ləyaqətlə yerinə yetirdi. Bu il Azərbaycanın dünyadakı yerini daha da möhkəmləndirən bir sıra beynəlxalq tədbirlərin Bakıda uğurla keçirilməsi, ilk növbədə dövlətimizin və şəxsən Prezidentin liderlik gücünün təzahürü oldu, eyni zamanda bu tədbirlərin əsl mahiyyətinin müxtəlif qarayaxma qruplarının qəsdindən qorunması və təbliğ olunması məhz dövlətçi və vətənpərvər mediamızın üstün səyləri ilə başa gəldi. Dövlətçi və peşəkar medianın güclü dövlətçiliyin əsas şərt və əlamətlərindən biri olduğu 2019 -cu ildə bir daha sübuta yetirildi”.

  • Mətbuat dövlət dəstəyindən necə bəhrələndi?

Baş redaktor söyləyib ki, 2019-cu il mediamıza dövlət dəstəyinin özünü ardıcıl şəkildə doğrultduğu növbəti illərdən biri kimi tarixdə qalacaq: “Mediaya dövlət dəstəyinin qaralanması səylərinin uğursuzluğa düçar olmasını da 2019-cu ilin əlamətdar göstəricilərindən biri saymaq olar. İlimiz çap medianın dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində nəzərəçarpan islahatlarla da tarixə düşür və bu islahatlar seçılmış yolun əsas prinsip və qaydaları saxlanılmaqla yəqin davam etdiriləcək. Üstəlik elektron medianın dövlət maliyyələşmə mexanizmlərinin ilk əsaslarının yaradılmasına doğru müəyyən uğurlu müzakirələrin də aparıldığını qeyd etmək lazımdır. Mediamıza dövlətin dəstəyi Prezidentin dövlətçilik siyasəti ətrafında geniş ictimai həmrəyliyin ən səmərəli təminat mexanizmidir. Yola saldığımız il bunun təsdiqi baxımından Prezident-media münasibətlərində çoxsaylı faktlarla əlamətdar oldu. Azərbaycan dövlətinin media siyasətini nüfuzdan salmaq cəhdləri təəssüf ki, səngiməyib və onun uğursuz təzahürlərini 2019-cu ildə də zaman-zaman gördük”.

  • Neqativ hallar azaldımı?

A.Quliyev qeyd edib ki, 2019 -cu il çap və elektron media sahəsində neqativlərin azalmağa yön aldığı il kimi də xarakterikdir: “Azərbaycan cəmiyyətinin cari və analitik informasiyalara tələbatının ödənməsində, habelə daxili və xarici informasiya təxribatlarının zərərsiz hala gətirilməsində milli media resurslarımızın böyük rol oynaması 2019-cu ildə bir daha sübut olundu. Proses davamlı şəkil alıb və növbəti illərdə də davam edəcəyinə möhkəm iradə və təminat var. Geniş imkanlara malik sosial şəbəkələri Azərbaycan dövlətçiliyinin əsasları əleyhinə yönəltmək səylərinin ifşa edilməsində çap və elektron medianı təmsil edən jurnalistlər ordumuzun müstəsna xidmətləri özünü bu il də göstərdi. 2019-cu il çap və elektron media təmsilçilərinin ictimai və dövlət həyatında getdikcə öz fəallığını artıran peşə qrupuna çevrildiyini daha qabarıq göstərmək baxımından da əlamətdardır. Hazırda Milli Məclisə seçkilərdə jurnalistlərin nisbi üstün fəallıq göstərməsi də təsadüf deyil və demoqrafik proseslərdə peşə aktivliyi reytinqinə görə jurnalistlərimizin yaxşı mənada daha pozitiv iddialı qüvvəyə çevrilməsinin göstəricisidir. Bütün bunların dövlətimiz və onun rəmzi olan şəxsən Prezidentin qanuni dəstəyi və himayəsi altinda gedən proses olduğu şübhəsizdir. Media və jurnalistlər ordusu Azərbaycan dövlətinin və ölkə cəmiyyətinin ayrılmaz tərkib elementi kimi daha da möhkəmləndi və inkişaf etdi”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ