16/08/2020 00:30
728 x 90

ABŞ səfiri Senatın qondarma “soyqırımı” qətnaməsinə münasibət bildirdi – “Ağ Evin rəsmi mövqeyi deyil”

img

ABŞ Senatı tərəfindən “erməni soyqırımı” adlanan qətnamənin qəbulu Ağ Ev Administrasiyasının rəsmi siyasətini əks etdirmir. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer deyib.

“Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq. Lakin bu sənəd Ağ Ev Administrasiyasının rəsmi siyasətinin göstəricisi deyil”, - Litsenberqer bildirib.

Onun sözlərinə görə, ABŞ və Türkiyə müttəfiqdirlər. “Biz yaxın dost və tərəfdaşlarıq. Bu əməkdaşlığı davam etdirəcəyik”, - səfir əlavə edib.

Son xəbərlər