15/08/2020 23:13
728 x 90

Davutoğlu yeni partiya yaratdı - Keçmiş AKP-çilər “Gələcək Partiyası”nda birləşdi

img

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AKP-dən ayrılmış şəxslərlə birlikdə yeni siyasi partiya qurduğunu rəsmən elan edib. Baki-xeber.com xəbər verir ki, bir müddətdir qurulması gündəmdə olan partiyanın fəaliyyətə başlaması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlanıb.

Davudoğlunun liderliyində yaradılan yeni partiya “Gələcək Partiyası” adlandırılıb. Nazirliyə sözügedən sənədi dünən Ayxan Səfər Üstün, Səlçuq Özdağ, Fəramuz Üstün, İzzəddin Küçük, Nədim Yamalı ve Yeşim Qaradağ çatdırıb.

“Partiyamızın qurulması reallaşdı. Vətənə, millətə xeyirli olsun" - deyən keçmiş deputat Ayxan Səfər Üstün, Türkiyə siyasətinə yeni bir partiya qazandırdıqlarını ifadə edib. Partiyanın yeni bir alternativ kimi doğulduğunu ifadə edən Üstün, bundan sonra təşkilatlanma işinin sürətlə davam etdiriləcəyini deyib.

Onun sözlərinə görə, dekabrın 13-də partiyanın təqdimatı keçiriləcək. Davutoğlunun bu gün keçirəcəyi mətbuat konfransında “Gələcək Partiyası”nın proqramı və yaradıcı heyətinin ictimaiyyətə açıqlayacağı gözlənilir.

AKP-dən ayrılan şəxslərin sabiq baş nazir Əhməd Davutoğlu və sabiq baş nazir müavini və iqtisadi işlər naziri Əli Babacanın müxtəlif yeni partiyalar quracağı iddiaları uzun müddətdir müzakirə olunurdu.

Son xəbərlər