22/01/2020 10:14
728 x 90

Ankara-Vaşinqton münasibətlərinə daha bir zərbə ABŞ-ın ermənipərəst senatorlarından gəldi - qondarma soyqırım qanunu qəbul edildi

img

ABŞ Senatında səsvermə ilə 1915-ci il hadisələrini soyqırım kimi qələmə verən qondarma erməni layihəsi qəbul edilib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi ermənipərəst senatorlar Robert Menendez və Ted Kruz tərəfindən təqdim edilib.

Senatın bu məsələyə münasibətini əks etdirən qətnamə layihəsinin heç bir hüquqi qüvvəsi yoxdur.

Bundan əvvəl Ağ Evin istəyilə respublikaçı senatorlar Lindsey Qraham, daha sonra isə David Perdue qondarma layihənin səsverməyə çıxarılmasının qarşısını almışdı.

Oktyabrın 29-da da Nümayəndələr Palatasında keçirilən səsvermədə 1915 hadisələrini soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdi.

Son xəbərlər