09/12/2019 11:20
728 x 90

İlqar Məmmədovun da partiyası dağılmağa başladı - Aslan İsmayılov İlqar Məmmədovun özünü də istefaya çağırdı

Azər Qasımlı partiyadan istefa verdi

img

"Real" partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib. “Trend”in məlumatına görə, bu barədə A.Qasımlı noyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, partiyanın sədri İlqar Məmmədovun etdiyi yeni təkliflərə görə istefa verib: "Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.

İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək, partiyanı Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək. Məclisin olmaması isə o deməkdir ki, idarə heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə bu cür biabırçı vəziyyət yoxdur".

A.Qasımlı əlavə edib ki, nizamnamədə dəyişikliklər olacaqsa, bu, qurultayda olmalıdır: "İlqar Məmmədov öz yeni layihəsində bununla bağlı bir söz deməsə də, şəxsi fikrim belədir ki, belə bir əcaib və avtoritar layihə təklif edən şəxs irəlidə məhz nizamnamənin də dəyişə biləcəyini təklif edəcək".

"Real"a həmişə rəğbətlə yanaşmışam, orada xeyli dostlarım, şəxsi münasibətlərimin çox isti olduğu insanlar var. Amma təəssüf...

Bunu Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı "Real" partiyası Məclisinin başqanı Azər Qasımlının partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.

Müsavat funksioneri bildirib: "Növbədənkənar qurultay və qurultaya qədər bütün səlahiyyətlərin sədrə verilməsi qərarları açıqlanandan Rusiyanın keçmiş baş naziri Çernomırdinin sözü beynimdə dolaşır: “Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı".

Xatırladaq ki, "Real" partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə noyabrın 6-da partiyadan istefa verib.

"Real" üzvləri öz potensiallarını reallaşdırmaq istəyirlərsə, İlqar Məmmədov partiya rəhbərliyindən istefa verməlidir. “Trend”in məlumatına görə, bunu Aslan İsmayılov deyib. Vaxtilə "Real" partiyasına böyük ümid bəslədiyini bildirən A.İsmayılov qeyd edib ki, İlqar Məmmədov azadlığa çıxdıqdan sonra çıxışları onda məyusluq hissi yaradıb:

"Bu barədə fikirlərimi açıq şəkildə bölüşdüm. Bu gün hay-küylə istefa verən Azər Qasımlı adımı çəkməsə də, tənqidimə cavab olaraq məni ən ağır formada təhqir edib İ.Məmmədovu müdafiə etmişdi. Əminəm ki, A.Qasımlının istefası "Real"ın xeyrinədir. Ancaq yenə əvvəllər dediyim fikrimi bir daha təkrarlayıram. İ.Məmmədov partiya rəhbərliyindən istefa verməli, rəhbərliyə partiyadakı gənclərdən biri gətirilməli və kollektiv idarəetmə davam etməlidir. Əks halda, "Real"ı AMİP-in aqibəti gözləyir".

Xatırladaq ki, "Real" partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə partiyadan istefa verib.

Son xəbərlər