Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.
“Trend”in məlumatına görə, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Müsavat Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb. Partiya başqanı Arif Hacılı “Trend”ə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasına mitinq üçün ayırdığı ərazi ilə razı deyillər.