15/11/2019 03:35
728 x 90

Tramp administrasiyası NP-nın türk dünyası əleyhinə qondarma “soyqırımı” qətnaməsinə qarşı çıxdı

img

ABŞ Prezidenti Donald Tramp administrasiyası Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinin əleyhinə olduğunu açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, Vaşinqtonda Türkiyənin başlatdığı Barış Pınarı əməliyyatına qarşı çıxıb terror təşkilatı PKK/YPG-ni dəstəkləyənlər, Nümayəndələr Palatasında sondarma "erməni soyqırımı" qərar layihəsini və "Türkiyəyə sanksiya" qanun layihəsini səs çoxluğu ilə qəbul etmişdi.

Demokratların təşəbbüsü ilə qəbul edilən qərarlardan təxminən bir həftə sonra səssiz qalan Tramp administrasiyasından ilk açıqlama gəlib. “Bloomberg”ə açıqlama verən ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi, Tramp administrasiyasının hər iki qanun layihəsinə qarşı olduğunu söyləyib. Rəsmi “erməni layihəsi”nin uğursuz vaxtda qəbul edildiyini deyib və bu qərarların NATO müttəfiqi Türkiyəni cəzalandırma məqsədi daşıdığını dilə gətirib.

Son xəbərlər