21/11/2019 17:06
728 x 90

DİN Əli Kərimlinin iddialarına tutarlı faktlarla cavab verdi - FOTO/VİDEO

img

Daxili İşlər Nazirliyi ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.

Baki-xeber.com xəbər verir ki, DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov Əli Kərimlinin hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxıldığını deyib.

DİN Hospitalının rəisi deyib ki, 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib: “Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılıb və müayinə protokolları ona təqdim olunub”.

İsbi Babaxanov Əli Kərimilinin hospitalda xərəklə təmin edilməməsi məsələsinə də aydınlıq gətirib: “O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçib”.

Son xəbərlər