Cümə axşamı günü, 05 noyabr 2026
     

Mətbuat Şurası internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılması məsələsini qaldırdı - FOTO

Image


Oktyabrın 18-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediasına da aid edilə biləcək fikirlərini bölüşüb. Bu fikirlər cəmiyyətdə geniş müzakirələr doğurub.

Dövlət başçısı bildirib ki, iqtidarda olan bəzi vəzifə sahibləri islahatlara qarşı çıxırlar. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrların qaralanması halları olur ki, bu zaman mətbuatdan istifadə edilir. Prezident medianın daxili mübarizə növünə çevrildiyinə, bir hökumət üzvünün digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkərək, vəziyyəti dözülməz adlandırıb, belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirib, bununla barışılmayacağını vurğulayıb. Ə.Amaşov deyib ki, medianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası məsələyə münasibətini ifadə etməli, fəaliyyət perspektivlərini müəyyənləşdirməlidir.

MŞ İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dövlət idarəçiliyi baxımından kifayət qədər aktual olan məsələyə həssas münasibət göstərdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, mediamız mahiyyətcə yenilikləri, cəmiyyəti inkişafa aparan prosesləri dəstəkləyən mütərəqqi təbiətə malikdir. Dövlət başçısı da buna çalışır və onun mesajları jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir. Ölkənin aparıcı KİV-i Prezidentin kursuna sadiqdirlər, bu vəzifələri yerinə yetirməyə, mövcud istiqamətdə qətiyyətli mövqe və iradə nümayişinə hazırdırlar. 

MŞ İdarə Heyətinin üzvləri çıxışlarında ölkədə media sahəsindəki duruma, o cümlədən, jurnalistikadan sui-istifadə hallarını şərtləndirən cəhətlərə ətraflı nəzər salıblar. Bu sui-istifadələrin fəsadlarının indiyədək də hiss olunduğunu diqqətə çatdıran İH üzvləri vurğulayıblar ki, hazırda vəziyyətin ciddiliyi ölkəmizin gələcəyi üçün aparılan islahatlara maneçilik törətmə meyli ilə əsaslandırılır.

İclasda bildirilib ki, media məkanımızdakı mənfi tendensiyalardan biri ayrı-ayrı şəxslərin sırf təmənnalı münasibətdən irəli gələn, şantaj məqsədilə yaratdıqları informasiya saytları ilə əlaqədardır. Belələri, bir qayda olaraq, konkret hədəf seçir və onunla bağlı həqiqətə uyğun olmayan, uydurma fikirləri, mülahizələri yayırlar. Bir çox hallarda özləri kimi cəmiyyətdə tanınmayan media vasitələrinin şəbəkəsində təmsil olunurlar. Nəticə etibarilə bir tənqid hədəfi barədə bəzən on-on beş saytda material yer alır. Beləliklə, məsələnin ictimailəşdiyinə dair rəy formalaşdırılır ki, bu isə barəsində yazılan şəxsdə qorxu və çaşqınlıq yaratmaq məqsədi güdür.

İkinci cəhət budur ki, ziddiyyətli münasibətdə olan tərəflərdən biri digərini hədəf seçir. Bu zaman saxta elektron poçt ünvanı yaradılır. Həmin ünvan vasitəsilə rüsvayedici materiallar təxminən otuz-qırx və daha çox saytın elektron poçt ünvanına yönləndirilir. Saytlar isə həmin materialları heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyinin öyrənilməsi prinsipinə məhəl qoymadan, əsl həqiqətlərin nədən ibarət olduğunu aydınlaşdırmağa cəhd göstərmədən yayımlayırlar. Bəzən ictimai rəydə müəyyən çəkisi olan informasiya resursları da məsələyə həssas yanaşmayaraq həmin materialları tirajlayır, qeyri-peşəkarlığa yol verirlər.

Növbəti xoşagəlməz cəhət ayrı-ayrı vəzifə sahiblərinin sırf rəqiblərini sıradan çıxarmaq məqsədilə əllərində saxladıqları, bir çox hallarda özləri tərəfindən yaratdıqları internet media vasitələri ilə bağlıdır. Bu saytlar gündəlik fəaliyyətlərində adətən adi xəbər yayıcısı kimi görünürlər. Ayrı-ayrı şəxslərin təmənnalı münasibətdən irəli gələn şantaj məqsədilə yaratdıqları informasiya vasitələrinin materiallarından fərqli olaraq, belə resurslarda ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq «zərurət» yarandığı hallarda konkret hədəflər aydın görünür.

MŞ İdarə Heyətinin üzvləri vəziyyətdən çıxmaq üçün təkliflər səsləndiriblər. Bu xüsusda bildirilib ki, ölkə qanunvericiliyində internet kütləvi informasiyanın yayıldığı areal kimi göstərilir. Ancaq qanun internet üzərindən yayımlanan media orqanlarını hüquqi baxımdan kütləvi informasiya vasitəsi kimi tanımır. Onların bir hissəsi məhdud məsuliyyətli cəmiyyət statusunda fəaliyyətdədirlər. Mütləq əksəriyyəti isə hüquqi münasibətlər sistemində, ümumiyyətlə, təmsil olunmurlar. Ənənəvi mediadan fərqli olaraq, qanunvericilik onlar qarşısında KİV kimi heç bir məsuliyyət müəyyənləşdirmir. Yalnız «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Qanunlara edilən sonuncu dəyişiklik provayderlər üzərində müəyyən məsuliyyət formalaşdırır. Bu isə ümumi mənzərə baxımından yetərli deyil. Buna görə də İH üzvləri internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılmasını, bunun qanunvericilikdə əksini tapmasını, həmçinin, qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif ediblər.

MŞ İdarə Heyətinin üzvləri, həmçinin, bildiriblər ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir. Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyacın duyulduğu önə çəkilib. Belə bir qanun həm imkan verəcək ki, Şuranın texniki imkanları genişlənsin, həm medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, həm də adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə düzən yaradılsın. Bu, Prezident İlham Əliyevin iqtisadi müşavirədəki çıxışında səsləndirdiyi neqativ halların aradan qaldırılmasında həlledici rol oynayacaq.

İclasda diffamasiya məsələsinə media məkanındakı məsuliyyətin artırılması baxımından mühüm qanunvericilik təşəbbüsü kimi yanaşılıb. Vurğulanıb ki, diffamasiya heç də yalnız təhqir və böhtana görə azadlıqdan məhrumetmə cəzasının aradan qaldırılması ilə əlaqədar deyil. Diffamasiyanın dekriminallaşdırılması və bununla əlaqədar ayrıca qanunun mövcudluğu həm də medianın yol verdiyi nöqsana, qeyri-peşəkarlıq hallarına qarşı adekvat mülki cəza tədbirinin seçilməsini rəhbər tutur. Dünyanın bir sıra qabaqcıl ölkələrində mövcud prosedur uğurla tətbiq olunur və müsbət təsirini göstərir. Azərbaycanın da eyni yolu getməsinin vaxtı çatıb.

İclasda o da bildirilib ki, internet medianın həyatımıza təsiri artan xətt üzrə inkişaf etməkdədir. İH üzvləri bu təsirin istər cəmiyyətin, istərsə də dövlətin cəmiyyət üçün vacib olan maraq və mənafelərinin təminatına yönləndirilməsinin zəruriliyini vurğulayıblar. Bu baxımdan internet medianın maliyyələşməsinin vaxtının çatdığı fikri üzərində dayanılıb. Qeyd olunub ki, dövlət tərəfindən maliyyələşmə şərtləri bu istiqamətdə nizamlı mühitin formalaşmasına, istər-istəməz, müsbət təsirini göstərəcək.

Ümumən media məkanımızdakı mühüm məsələlərdən biri də reklamla bağlıdır. Hazırda KİV ölkənin reklam bazarında zəif təmsil olunur. Bu isə onların maliyyə durumuna mənfi təsirini göstərməkdədir. Mövcud durumda dövlət qurumlarına məxsus elan və reklamların KİV-də bölünməsinin həyata keçirilməsi ilə bağlı xarici təcrübənin tətbiqi aktuallaşıb. İH üzvləri, eyni zamanda, vurğulayıblar ki, hazırda dövlət qurumlarının reklam və elanlarının onlara məxsus media orqanlarında dərci həyata keçirilməkdədir. Habelə dövlət orqanlarının büdcəsinin bir faizi reklam-təbliğat işlərinə ayrılır. Hər iki hal yekun nəticə etibarilə həmin orqanların fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının zəif təminatı deməkdir. Halbuki, dövlət qurumları bu işlər üçün nəzərdə tutduqları vəsaiti ictimai rəyə təsir göstərən KİV-ə yönləndirsələr, daha faydalı olar. Cəmiyyət onların gördükləri işlər haqqında daha çox informasiyalı olar.

Toplantıda səslənən məsələlərin təkliflər paketi şəklində ölkə rəhbərliyinə təqdim edilməsinə dair qərar qəbul edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ