Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan iqtidardaxili ən böyük düşmənini parlamentin əli ilə aşırdı - qarşıdurma açıq şəkil alır...

Image


Ermənistanda yaşanan növbəti siyasi qalmaqal bu ölkədə hakimiyyət daxilində həm də yeni parçlanamanın göstəricisi qismində çıxış edir. Baş verənlər həm də onu göstərir ki, ölkədə öz diktaturasını quran Nikol Paşinyan məhkəmə sistemini tam şəkildə ələ keçirmək üçün bu istiqamətdə təzyiqlərini genişləndirməkdədir.

Hazırda qeyd edilən fonda Paşinyanla Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan və onun tərəfdarları arasında əsl ölüm-dirim savaşının getməsi müşahidə olunur. Xatırladaq ki, parlamentdə Paşinyanın tərəfdarlarından ibarət “Mənim addımım” blokunun təşəbbüsü ilə iqtidarın mübahisəli və qanunsuz qərarlarına etiraz edən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın istefası barədə qərar qəbul edilib. Ermənistan parlamentinin 98 deputatının lehinə səs verdiyi bu təşəbbüs təsdiq edilib və müvafiq qərar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Onun səlahiyyətlərinə xitam verilməsi üçün məhkəmənin 9 üzvündən 6-nın parlamentin qərarını təsdiq etməsi tələb olunur.

Ölkənin ədliyyə naziri Rustam Badasyan bildirib ki, Konstitusiya Məhkəməsinin sədri bir sıra ciddi səhvlərə yol verib. Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan da Konstitusiya Məhkəməsinin sədrinin öncəki hakimiyyətin əsas müdafiəçilərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, sabiq prezidentlərin komandaları ölkəni talan edib və Qrayr Tovmasyan kimi hüquqşünaslar vasitəsilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan isə Tovmasyanı sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanı müdafiə etdiyi üçün “şeytanın vəkili” adlandırıb. Belə ki, hakimiyyət nümayəndələri Tovmasyanın Köçəryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edir. Onlar bildirir ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir. Qrayr Tovmasyan isə jurnalistlərə müsahibəsində bildirib ki, Konstitusiya Məhkəməsinin ətrafında cərəyan edən proseslər siyasi xarakter daşıyır. Onun sözlərinə görə, bu təqiblərin məqsədi Konstitusiya Məhkəməsini neytrallaşdırmaq yolu ilə qəbul ediləcək qanunsuz siyasi qərarların önünü açmaqdır. Bundan başqa, bu yaxınlarda onun bacısı, jurnalist Anjela Tovmasyan da Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatlarını tənqid etdiyi üçün hakimiyyət tərəfindən təqiblərə məruz qalıb. Onun ofisinə basqın edilib, əleyhinə qarayaxma kampaniyası başladılıb. Buna səbəb onun “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqalə dərc etməsidir. Anjela Tovmasyan Valdayda Azərbaycan rəhbərinin Paşinyana kifayət qədər sərrast və sərt cavab verdyini bəyan edib və bundan sonra ona qarşı hücumlar başlanıb. Anjela Tovmasyan hökumətdən bu məqaləyə və qardaşının mövqeyinə görə təqiblərə son qoyulmasını tələb edib. Onun sözlərinə görə, Paşinyanın tərəfdarları bir neçə dəfə onun ailəsinə və özünə xəbərdarlıq mesajları göndəriblər.

İndi Paşinyanın əsas istəyi Qrayr Tovmasyanı Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən uzaqlaşdırıb bura öz adamını gətirməkdir. Yuxarıda qeyd olunduğu kimi, bu xüsusda müvafiq qərar parlament tərəfindən qəbul edilib və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsi qanunla parlamentin qərarına 30 gün müddətində baxıla biləcəyini qeyd edib. Lakin Paşinyan və onun tərəfdarları hökumətin siyasətini sərt tənqid edən Tovmasyanın tez bir zamanda vəzifədən kənarlaşdırılmasında təkid edir. Məhkəmədən daxil olan məlumatlar isə yüksək məhkəmənin hakimlərinin parlamentarilərin müraciətinə rədd cavabı verdyini üzə çıxarıb. Yəni bu vəziyyətdə Qrayr Tovmasyanı istefaya göndərmək mümkün olmayıb. Məlumata görə, yüksək məhkəmənin hakimləri məsələyə həftənin bazar ertəsi baxaraq parlamentə rədd cavab verib. Belə vəziyyətdə Paşinyan Tovmasyana qarşı başqa formada həmlə etmək qərarına gəlib. Erməni mediası yazır ki, Xüsusi İstintaq Xidməti müstəqil millət vəkili Arman Babacanyanın müraciəti əsasında bir qrup şəxsin hakimiyyəti qəsb etməyə cəhd göstərməsi ilə bağlı cinayət işi açıldığını bəyan edib. Arman Babacanyan özü isə bildirib ki, onun müraciəti Tovmasyana aiddir. Bu fonda isə Tovmasyana qarşı cinayət işi başlanıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bundan sonra Ararat rayonunun Darakert kəndindəki Tovmasyanın evinə gedərək, təxminən bir saat orada qalıblar. Daha sonra nə səbəbə gəldiklərini demədən evi tərk ediblər. Konstitusiya Məhkəməsi başçısının atası Vardan Tovmasyan jurnalistlərə deyib ki, xidmət əməkdaşları əsasən evin inşası, xüsusən də damın dəyişdirilməsi ilə bağlı suallar veriblər. O, özünün və oğlunun iki qızının Milli Təhlükəsizlik Xidmətinə çağırıldığını deyib. 

Ermənistanın keçmiş baş prokuroru Qevorg Kostanyan baş verənləri ölkə daxilində yeni ciddi qarşıdurma kimi xarakterizə edir. Sabiq baş prokuror Tovmasyana qarşı ittihamları darmadağın edəcəyini deyib: "Konstitusiya məhkəməsinin rəhbərinə bu münasibəti qəbuledilməz hesab edirəm. Çünki bu faktın özü məhkəmələrin müstəqilliyini, eləcə də qanunun aliliyinin əsaslarını pozur. Yaxın vaxtlarda ölkədə cinayət qanunvericiliyinin tənzimlənməsi ilə bağlı peşəkar və beynəlxalq hüquq əsaslı bir bəyanatla çıxış edəcəyəm”. O, həmçinin, Tovmasyana qarşı ittiham irəli sürülmə ehtimalına da toxunub. Bildirib ki, Tovmasyanı təqsirləndirilən şəxs qismində cəlb etmək üçün Konstitusiya Məhkəməsinin qərarı lazımdır, amma burada onun daha sonra danışacağı bir nüans var. Qevorg Kostanyan bildirib ki, Tovmasyana qarşı hücumlar Paşinyanın sifarişi əsasında həyata keçirilir. Erməni ekspert Mikayel Nahapetyan isə qeyd edir ki, “erməni inqilabı” Paşinyanın timsalında tədricən özünün “Lenin”ini yaradır:“Baş verənlər Paşinyanın güclə hər şeyi idarə etmək niyyətini ortaya qoyur. Onun hakimiyyəti liderin mövqeyinin cəmiyyətə güclə tətbiq olunduğu diktaturaya çevrilir. Onun addımları avtoritar lider kimi cəmiyyətdə yerini möhkəmləndirmək, siyasi və iqtisadi strateji planların olmamasını gizlətməyə hesablanıb”.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı hələ çox ciddi problemlərin gözlədiyini deməyə əsas verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ