22/11/2019 20:34
728 x 90

Azərbaycanın dövlət idarəçiliyinə strateji yanaşmalar dünya reytinq təşkilatlarının diqqətində…

Qabil Hüseynli: “Dövlət idarəçiliyinə strateji yanaşmaların lazımi səviyyədə aparılması ölkə başçısının siyasi iradəsi ilə bağlıdır”

img

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmiz regionda əsas iqtisadi güc mərkəzlərindən birinə çevrilib.

Məlumdur ki, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Həmin hesabatda bir sıra məsələlərə toxunulub. O cümlədən, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu yerdə qərarlaşıb. Ötən hesabatlarda isə bu rəqəm bir az geridə idi.

Oktyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən iqtisadi müşavirədə də dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycanın 10-cu yerdə qərarlaşmasına toxunulub. Ölkə başçısı qeyd edib ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir.  

  • “Bu kadr islahatları nəzərdə tutulan struktur islahatlarının gedişinin sürətləndirilməsinə səbəb olacaq”

Dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycanın dünya miqyasında 10-cu yerdə olması barədə fikir bildirən professor, politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu istiqamətdə ölkə başçısının apardığı iş təqdirəlayiqdir: “Məlumdur ki, ölkəmizdə islahatlar həyata keçirilir. Bəllidir ki, kadr və struktur islahatları konseptual plana əsasən hazırlanır.

Son günlərdə Prezidentin daha fəal siyasi iradə ortaya qoymasının şahidiyiq. Nazirlər və komitə sədrləri ilə görüşlər keçirərək onların qarşısında tapşırıqlar qoyur. Prezident aidiyyəti şəxslərlə görüşən zaman onların öz sahələrində olan uğurlarla yanaşı, nöqsanların qeydə alındığını dilə gətirir. Həmçinin, Prezident qısa müddətdə həmin nöqsanların aradan qaldırılmasının vacibliyini bildirir. Əks təqdirdə onları qarşıda nələr gözlədiyini təsəvvür etmələrini onlardan tələb edir. Bir sözlə, Prezident İlham Əliyev siyasi xətt götürüb. Həmin siyasi xətt ciddi kadr islahatlarının keçirilməsinə səbəb olub. Bu kadr islahatları nəzərdə tutulan struktur islahatlarının gedişinin sürətləndirilməsinə səbəb olacaq. Hesab edirəm ki, bu şərtlər əsasında ölkəmiz dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə 10-cu yerdə qərarlaşıb. Bu hal onu deməyə əsas verir ki, Azərbaycanda keçirilən islahatlar arzuolunan səviyyədədir”.

Günel CƏLİLOVA

Son xəbərlər