Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın Qarabağda hərbi güc tətbiqi haqqı qəti qalib gəlir…

Image


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona başlanan səfəri fonunda Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli ilə bağlı gözləntilər elə də yüksək deyil. Çünki Ermənistanın mövqeyi üzündən danışıqlar dalana dirənmiş vəziyyətdədir və bunun dəyişməsi üçün Minsk Qrupunun həmsədrləri tərəfindən işğalçıya qarşı hələ də hansısa real təzyiq mexanizmləri işə salınmır.

Məhz bu fonda “İzvestiya” qəzetinə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun aşağıdakı fikirləri də xüsusi diqqət cəlb edir: “Biz hələlik Ermənistan xarici işlər naziri ilə olan görüşlərdən nəticələr gözləyirik. Sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşmüşük. Erməni həmkarımla sonuncu belə görüş Nyu-Yorkda Minsk Qrupunun iştirakı ilə baş tutdu. Düzünü desəm, mən ondan bir qədər məyus oldum. Əgər biz irəliyə getmək və bu mübahisənin həqiqətən siyasi həllini istəyiriksə, əlbəttə ki, mənim sevimli sözüm adlandırılan “substantiv danışıqlara” başlamaq lazımdır. Hansısa maddə olmalıdır ki, onun əsasında danışıqlar getsin”. İndilikdə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqları dalana dirəyən başlıca faktor qismində qalmaqda davam edir.

Təbii ki, bütün bunlar konfliktin hərbi həllindən başqa heç nəyə xidmət etmir. Elə erməni tərəfində də səslənən fikirlərdən belə bəlli olur ki, hadisələrin inkişaf axarı yeni Qarabağ savaşını tətikləyir. Ermənistanın “lragir.am” portalı yazır ki, burada türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlar da diqqət qaçmamalıdır və bu proses də Qarabağda savaşı körükləyən daha bir mühüm amildir: “Qarabağ məsələsində halisələrdahagərgin bir məcraya keçməmkədədir. Görünən budur ki, Azərbaycan bütün istiqamətlərdə mövqeyini gücləndirməyə çalışır. Bu xüsusda diqqət çəkən daha bir məqam budur ki, Türkiyə qoşunları Suriyada əməliyyat keçirdiyi bir vaxtda türk ölkələrinin prezidentləri Bakıda qardaşlaşma istiqamətində daha bir mühüm addım atdılar. Hərbi əməliyyatların qızğın dövründə, ABŞ-ın türk bürokratlarına qarşı sanksiyalar tətbiq etdiyi, Çin, Avropa Birliyi və digər ölkələrin atəşkəs tələb etdiyi bir vaxtda Ərdoğan Əliyevlə danışıq aparmaq üçün Bakıya gəldi.

Türkiyəni əsas olaraq üç dövlət – Azərbaycan, Qətər və Pakistan dəstəklədi. Cavabında, Türkiyə xarici işlər naziri Çavuşoğlu yenidən Qarabağın işğal olunmasını xatırladı. Əliyev Zəngəzurun Ermənistana verilməsinin Türk dünyasını parçalaması barədə danışdı. Ərdoğan isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına kömək edəcəyinə söz verdi.

Bakıda bu durumda tezliklə antitrerror əməliyyatının Qarabağda davam etdirilməsi barədə danışırlar. Yada salaq ki, son onillikdə Azərbaycanda belə əhvali-ruhiyyə, ən azı, iki dəfə olub. 2008-ci ildə Gürcüstan Abxaziyanı qaytarmağa cəhd edərkən Azərbaycanda səbrsizliklə Gürcüstanın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirdilər. Azərbaycan qoşunlarının Qarabağ sərhədlərinə doğru hərəkət etməsi, Gürcüstanın rus qoşunlarının Ermənistana gedən yolunu kəsməsi halında ordunun müdaxiləyə hazır olması haqqında danışırdılar. Eyni gözləntilər 2014-cü ildə, Rusiya Krımı ilhaq edərkən də vardı. Amma artıq vəziyyət dəyişib. Azərbaycan Rusiya faktorunu neytrallaşdıra bilib. İndi Bakı diqqətini Türkiyənin Suriya əməliyyatına yönəldib. Bakıda Türkiyədən nə gözləyirlər? Faktiki, Ankaranın əməliyyatı Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasına, Yaxın Şərqdə kürd dövlətinin yaranmasının və yüzillik sərhədlərin dağılmasının qarşısının alınmasına yönəlib. Suriyada baş verənlərin sarsıntıları, həqiqətən, Qarbağadək gəlib çatacaq. Bu durumda mümkün yeni savaşda Ermənistanı, yəqin ki, müsbət heç nə gözləməyəcək.  Hər halda, ortada acı aprel təcrübəsi var. Bakı artıq nəticəyə güc müstəvisində nail olmağa daha çox can atır və geosiyasi şəraiti öz lehinə dəyişmək fonunda gecikmək də istəmir”.

Qeyd edilənlərdən aydın görünür ki, Azərbaycanın Qarabağda mümkün antiterror əməliyyatlarına başlama ehtimalının getdikcə artması Ermənistanda böyük əndişə yaradır. Düşmən ölkədə hesab edilir ki, Türkiyənin Suriya əməliyyatları bu proses üçün əlavə münbit şərait yaradır. Elə bu səbəbdəndir ki, Ermənistan birmənalı şəkildə Türkiyənin antiterror əməliyyatlarına qarşı çıxır. Hətta Ermənistanda nəşr olunan “Qraparak” qəzeti məlumat yayıb ki, ABŞ-ın Ermənistandakı səfirliyi qarşısında PKK, YPG və Suriya Demokratik Qüvvələri terror təşkilatlarına dəstək aksiyası təşkil olunub. Aksiyada Suriyada kürd terror təşkilatlarına dəstəyi dayandıran ABŞ hökumətinə etiraz edilməsi də diqqətdən yayınmır: “ABŞ əvvəlcə kürdlərə dəstək verəcəyini söylədi, amma indi amerikalılar kürdlərə dəstəyi geri çəkib onların məhv olunmasına göz yumur”. Ermənistan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, Suriyada antiterror əməliyyatları keçirən Türkiyəyə etiraz edib. Azərbaycan məsələləri üzrə erməni ekspert Anjela Elibekova isə qeyd edir ki, Azərbaycan müharibəyə hazırlaşır və Türkiyənin Suriyada əməliyyatları bu savaşın başlanmasını tezləşdirə bilər: “Azərbaycanın hərbi bəyanatları yeni deyil, burada problem odur ki, mütəmadi olaraq sözdən işə keçirlər”. O qeyd edib ki, Azərbaycan son zamanlar çoxsaylı hərbi təlimlər, Türkiyə ilə müxtəlif proqramlar, o cümlədən silah alınması prosesləri həyata keçirir: “Azərbaycan müharibəyə hazırlaşır, onlar bunu gizlətmirlər və eşitməsi üçün bütün dünyaya bəyanat verirlər. Bunun nə zaman baş verəcəyi isə başqa məsələdir, biz Azərbaycanda həm daxili, həm də xarici siyasətdə vəziyyətin inkişafının necə olduğunu təhlil edə bilərik. Hazırda görünən budur ki, Azərbaycan Qarabağ məsələsinə görə daha tez savaşa başlaya bilər. Bunu Türkiyənin son hərbi əməliyyatları da tətikləyir”. Anjela Elibekovanın sözlərinə görə, Aşqabadda Əliyev-Paşinyan görüşü müəyyən məqamlara görə diqqət çəksə də,  ictimaiyyət 2 saat ərzində Qarabağ məsələsi ətrafında nəyin müzakirə edilməsindən xəbərsizdir. O, istənilən halda, Azərbaycanın Qarabağ üzərində nəzarəti geri qaytarmaqda israrlı olduğunu da vurğulayır. İndiki halda isə bunun ən optimal yolu Bakının antiterror əməliyyatlarına start verməsidir.

O da faktdır ki, Azərbaycan öz ərazisində, Qarabağda antiterror əməliyyatı aparacaqsa, buna nə Ermənistan, nə də hər hansı böyük dövlət və ya təşkilat maneə yarada biləcək. Politoloq İlqar Vəlizadə bu xüsusda qeyd edir: “Azərbaycanın bu cür əməliyyatı həyata keçirmək üçün hər hansı dövlətdən razılıq almasına ehtiyac yoxdur. Çünki biz öz ərazilərimizdə bunu həyata keçirəcəyik”. Digər ekspertlər də bildirir ki, burada Azərbaycanın əsas məqsədi beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa etməkdir. İndiki geosiyasi durum, düşmən ölkədə hökm sürən hərc-mərclik, ordumuzun ən güclü 50 ordu sırasında qərarlaşması antiterror əməliyyatları həyata keçirərək torpaqlarımızı azad etməyə imkan verir. Bu sahədə Türkiyə artıq real nümunə də yaradır. Baş verənlər göstərir ki, hazırda beynəxalq ictimaiyyət də ancaq güc faktorunu qəbul edir. Bu, işğalçı Ermənistana da şamil olunur. Bu fonda Dağlıq Qarabağda antiterror əməliyyatları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi artıq zərurət kimi çıxış edir.

Rus ekspert Stanislav Tarasov isə qeyd edir ki, Ermənistanın anlaşılmaz xarici siyasət yürütməsi və YPG-yə dəstək verməsi Moskva üçün qəbuledilməz haldır və bu fonda Kreml Bakının Qarabağda əməliyyatlara başlamasına maneə yaratmayacaq: “Digər tərəfdən, Türkiyənin Suriya əməliyyatları Bakını Qarabağda əməliyyatlara stimullaşdıran əlavə hal qismində çıxış edir və Azərbaycan cəmiyyətində buna tələb var. Düzdür, Suriyada yaranmış vəziyyət də standart deyil, proqnozlar etmək tezdir. Buna görə də edilən bütün proqnozlar zamanın sınağından keçməlidir”.

Burada məsələnin digər maraqlı məqamları da var ki, o da indiki halda Ermənistanı ciddi şəkildə narahat edir. Belə ki, Ankaranın Suriyada öz hədəflərinə çatması burada kürd-erməni terroru üçün ciddi zərbə olacaq. Belə vəziyyətdə onların bir qisminin yenidən işğal altındakı ərazilərə üz tutması gözlənir və bu durumda Azərbaycan antiterror əməliyyatlarında Ankaradan istənilən yardımı da ala bilər. Ermənistanı ən çox narahat edən məqamlardan biri də əslində budur. Məsələnin bu tərəfinə diqqət çəkən türk politoloq Engin Özer qeyd edir: “Qarabağda kürd terror qruplarının olması yeni xəbər  deyil. Daha əvvəl də Türkiyənin xüsusi xidmət orqanları bununla bağlı ictimaiyyətə məlumat verib, həmçinin narahatlıq da bildiriblər. Terror təşkilatları Qarabağı ideoloji təlim və məşqlər üçün istifadə edir. Türkiyənin Suriyanın şimalı və İraqda keçirdiyi antiterror əməliyyatları zamanı terrorçuların bu regiondakı mövqeləri zəifləyib. Terrorçuların yenidən Qarabağa üz tutması böyük ehtimaldır və bu şəraitidə Azərbaycanın başlayacağı əməliyyatlara Türkiyənin istənilən dəstəyi verməsi mümkündür”. Beləliklə, qeyd edilənlər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün yeni bir şəraitin yarandığını göstərir. Bu şərait Qarabağda istənilən an antiterror əməliyyatlarına start verilməsini istisna etmir. Bu durumda Ermənistanın proseslərin qeyd olunan səpkidə inkişafının qarşısını ala bilmək üçün hansısa ciddi  müqavimət imkanları yoxdur. Bakı isə düşmən ölkəyə fikirləşmək üçün indiyə qədər vaxt verib və görünən budur ki, Ermənistan lazımi nəticələr çıxarmadığından, hərbi əməliyyatların başlanması da qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ