12/11/2019 05:31
728 x 90

Müdafiə naziri Zakir Həsənov həmsədrlərlə görüşdü

img

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a bildiriblər ki, görüşdə qoşunların təmas xəttində - Ermənistan-Azərbaycan dövlət sərhədində, xüsusilə cəbhənin Qazax istiqamətində son vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Son xəbərlər