13/11/2019 15:43
728 x 90

Ərdoğan “Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın” dedi

img

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edən Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan ölkəsinə və xalqına qarşı ayrı-seçkilik edən qüvvələrə sərt reaksiya verib.

Baki-xeber.com xəbər verir ki, Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının geniş iclasında Türkiyə SQ-nin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının mahiyyətindən danışıb. Bildirib ki, türklər tarixin heç bir dövründə mülki vətəndaşlara zorakılıq, qətliam həyata keçirməyib. "Mülki qətliam görmək istəyirsinizsə, Əfqanıstana, Myanmaya, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxın. Türkiyəni mülki insanları qətlə yetirməkdə günahlandıranlar gözü kor, qulağı kar, dili lal, ürəyi daş, vicdanı olmayanlardır" – Ərdoğan deyib.

Son xəbərlər