Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın yeni hava döyüş texnikaları - Ermənistanda artan müharibə ehtimalını daha ciddi nəzərə almağa başlayırlar

Image


Hərbi müstəvidə Azərbaycanın işğalçı Ermənistanla müqayisədə ən böyük üstünlüklərindən biri də modern əsgəri texnologiyaları müxtəlif mənbələrdən ala bilməsidir. Bu gün Azərbaycan İsrail, Türkiyə, Rusiya, Belarus, Pakistan, Fransa, İtaliya, Çexiya və digər ölkələrdən hərbi texnologiyalar alır. Ermənistana silah tədarük edən yeganə ölkə qismində isə Rusiya çıxış edir və özü də rusların əsas etibarı ilə erməni tərəfinə müasir tələblərdən çox uzaq texnologiyalar satması da heç kimə sirr deyil.

Burada məsələnin maraqlı tərəflərindən biri də odur ki, son dövrlərdə Qərb ölkələri NATO standartlarına cavab verən texnologiyanın Azərbaycana satışını həyata keçirir.  Əvvəllər Qərb dövlətləri Dağlıq Qarabağ münaqişəsinin davam etməsini əsas gətirib bundan imtina edirdi. Amma son illərdə Azərbaycanın apardığı uğurlu diplomatiya artıq öz müsbət nəticələrini verib. İndi müxtəlif Qərb ölkələri Azərbaycana öz yeni məhsullarını həvəslə satır. Ermənistanın, onun Qərbdəki lobbisinin buna mane olmaq cəhdi isə artıq birmənalı şəkildə iflasa uğrayır. Əvəzində Azərbaycan yeni texnologiyaların idxalını davam etdirir. Bunun daha bir təsdiqi Hərbi Hava Qüvvələrinin ixtiyarına İspaniya istehsalı olan ən müasir çoxməqsədli radiolokasiya stansiyasının (RLS) verilməsidir.

Xatırladaq ki, yeni radiolokasiya stansiyasının açılışında Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti də iştirak edib. Səslənən məlumatlardan belə bəlli olur ki, radiolokasiya stansiyası həm stasionar, həm də taktiki şəraitdən asılı olaraq mobil qaydada istifadə edilə bilər. O da qeyd olunur ki, İspaniya istehsalı olan və NATO standartlarına cavab verən bu stansiya NATO ölkələrinin ordularının silahlanmasında da yer alıb. Məlumat üçün bildirək ki, bu stansiya İspaniyanın "Indra Sistemas" şirkəti tərəfindən istehsal olunur. "Indra Sistemas" İspaniyada bütün müdafiə sənayesi üçün inkişaf istiqamətlərini formalaşdıran nüfuzlu şirkət hesab edilir. Stansiyada mövcud olan "Battlefield Target Recognition System", yəni döyüş meydanında hədəflərin tanınma sistemi, özünün və müttəfiqlərinin vasitələrinə atəş açmaq ehtimalını azaldır. Bu sistem millimetr dalğada fəaliyyət göstərir və hədəf tanınma səhvlərini minimuma endirərək məhsuldarlığın artması ilə xarakterizə olunur. Özünün və ya müttəfiq qüvvələrin fəaliyyətlərini izləmək üçün cihazları avtonom şəbəkəyə birləşdirmək də mümkündür. İspaniyanın Azərbaycana satdığı LTR-25 LANZA 3D uzaqmənzilli taktiki radiolokasiya stansiyası ölkəmizin hərbi üstünlüyünü əhəmiyyətli dərəcədə artırır. İlk növbədə o baxımdan ki, LANZA radarları İspaniyanın ən uğurlu müdafiə sənayesi məhsullarından biri hesab edilir. Azərbaycanın satın aldığı çoxrejimli və yüksək tezlikli LTR-25 LANZA 3D radarı istənilən hava şəraitində, 30 kilometr yüksəklikdə və 444 kilometrə qədər fəaliyyət radiusunda hədəfləri təyin etməyə imkan yaradır. LTR-25 LANZA 3D radarları tək impulslu iynəvari istiqamət diaqramı sayəsində aşkarlanmanın yüksək dəqiqliyini və düşmənin radioelektron müdaxiləsindən qorunmanı təmin edir. LANZA çoxməqsədli olmaqla, bir çox təhdidlərə qarşı uyğunlaşdırılan radardır. Radarın dizaynı mövcud NATO texniki əməliyyat və texniki xüsusiyyət tələblərinə cavab verməklə yanaşı, həm də gələcək təhdidlərin ssenarisində baş verə biləcək dəyişiklikləri də nəzərə alır. Şirkətin əldə etdiyi nailiyyətlər və yeni prinsiplər maksimum radar aşkarlanmasına nail olmaq üçün antenin barmaqlıq lövhəsində, gücləndiricilərdə və siqnal emalı texnologiyasında tətbiq edilib. LTR-25 LANZA 3D RLS-in dizaynında stels əleyhinə təkmilləşdirilən aşkarlama, aşağı səviyyəli siqnalların mükəmməl izlənilməsi qabiliyyəti mövcuddur. Antenin hər bir barmaqlığı öz qəbuedici elementinə malikdir. Radarlar dəniz, quru və hava vasitələrində istifadə üçün konkret iqlim şəraitinə, tətbiq məqsədlərinə və məsafəsinə görə uyğunlaşdırıla bilir, həmçinin daşınan və ya sabit platformalarda istehsal edilir. Son 5 ildə keçirilən NATO tenderlərini bu radarların qazanması özü özlüyündə bir çox mətləblərdən xəbər verir. Hazırda NATO-nun cənub-qərb cinahı məhz bu RLS-lər vasitəsilə qorunur. İspaniyadan başqa Portuqaliya, Uruqvay, Ekvador, Avstraliya, Oman və Almaniya şirkətin daimi müştərilərindəndir. İstehsal olunan məhsullar bütün növ platformalarda yerləşdirilə və bütün vəzifələri icra edə bilər. Eyni zamanda, LTR-25 üçkoordinatlı radarı mövcud və perspektiv sistemlərlə birgə istifadə üçün də yararlıdır. Bu stansiya vasitəsilə təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlər kimi aerodinamik hava obyektlərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müşayiətə götürülməsini təmin edilir. Bütün bunlar Azərbaycanın düşmən üzərində üstünlüyünün daha da artmasını şərtləndirən mühüm faktorlardan hesab edilir.

Digər tərəfdən artıq görünən budur ki, Qərb ölkələri artıq Azərbaycanla hərb müstəvisində hərbi əməkdaşlığın dərinləşdirilməsində xüsusi maraqlı tərəf kimi çıxış edir. Qərb hərbi sənaye şirkətlərinin bir-birinin ardınca əməkdaşlığa başlaması da bunun təsdiqidir. Məsələn, artıq məlumdur ki, Fransanın “Naval Group” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin təklifinə uyğun olaraq OPV-90 gəmisini hazırlayıb. Bundan əlavə, Fransanın müdafiə sənayesində tanınmış şirkətlərdən olan  “MBDA Systems“,“CİFAL Group“, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər şirkətlər də ölkəmizdə əməkdaşılqda maraqlı olduqlarını açıq bəyan edir.  O da məlumdur ki, Azərbaycan artıq digər Qərb ölkəsi olan İtaliyadan 10 ədəd M-346 təlim-döyüş təyyarəsi alıb. Tam adı “Alenia Aermacchi M-346 Master“ olan bu təyyarələr artıq ordumuzun təlimlərində istifadə olunur. Avropanın ən böyük iqtisadyyatına malik Almaniya da Azərbaycanla hərbi əməkdaşlıq istiqamətində mühüm addımlar atır. Artıq məlumdur ki, Azərbaycanın hərbi sənaye sahəsində Almaniya ilə əməkdaşlıq etməsi üçün zəruri zəmin hazırlanıb. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Almaniyanın “Rheinmetall Defence“ şirkəti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Qeyd edək ki, Avropanın ən qabaqcıl şirkətlərindən olan “Rheinmetall Defence” xüsusilə müdafiə məqsədli mobil sursatların və texnologiyaların istehsalı ilə məşğul olur. Şirkət müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Artıq müəyyən müddətdən sonra həmin texnikadan ordumuzun ixtiyarında olması da gözlənilir. Bundan başqa, xatırladaq ki, Azərbaycan Çexiya istehsalı olan və İsraildə modernləşdirilmiş “Dana” özüyeriyən haubitsalarını və “Vampir” reaktiv yaylım atəşi komplekslərini alıb. Eləcə də Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil edildiyi məlumdur. İndi bu Qərb ölkələrinin sırasına İspaniya da qoşulub və bunlar Ermənistanda çox böyük qıcıq yaradır.

Erməni tərəfinin narahatlığına yol açan daha bir məqam isə Azərbaycanın Hərbi Hava Qüvvələrini müasir döyüş təyyarələri ilə təchiz etmək üçün Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının alınması ilə bağlıdır. Pakistanın “Daily Times” qəzeti yazır ki,  Pakistan JF-17 qırıcılarını, Azərbaycan da daxil olmaqla, 4 ölkəyə ixrac etməyə hazırlaşır. Erməni hərbi ekspert Vaan Ambartsumyan bildirir ki, bu xəbər Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Azərbaycan neçə vaxtdır maraq göstərdiyi JF-17  qırıcılarını almağa hazırlaşır. Mən deyə bilmərəm ki, onlar həmin qırıcılardan neçə vahid alacaqlar, lakin Bakı onları tezliklə əldə edəcək. Mahiyyətcə bunlar Çinin “FC-1 Xiaolong” qırıcılarının Pakistanda yığılan variantıdır, lakin göstəriciləri yaxşılaşdırılıb. Pakistan versiyası hava döyüşünün aparılması, yerüstü, yeraltı və suüstü hədəflərin vurulması üçün nəzərdə tutulub. Onun əsas üstünlüklərindən biri budur ki, Rusiyadakı rəqibi Su-30 SM-lə müqayisədə xeyli ucuzdur, döyüş xarakteristikasına görə isə ondan heç nə ilə geri qalmır”. Erməni hərbi ekspert qeyd edib ki, Pakistan qırıcılarının döyüş xarakteristikaları əsasən onda Çin istehsalı olan xüsusi asqı konteynerinin yerləşdirilməsi imkanına görə artır. Pakistanlılar isə bu asqını daha müasir və mükəmməl Türkiyə asqı konteyneri “ASELPOD”la əvəz ediblər. Ambarstumyana görə, Bakının silahlanma sahəsində son addımları, xüsusən də hava döyüş texnikası sahəsində sövdələşmələri Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşdığını göstərir. Bütün bunlar həm də onu göstərir ki,  Azərbaycanın silahlanmada şaxələndirmə siyasəti yürütməsi də öz müsbət nəticəsini verir və  Bakı, Avropa ölkələri də daxil olmaqla, müxtəlif dövlətlərlə uğurlu əməkdaşlıq yarada bilib. Ermənistanın bütün cəhdlərinin əksinə olaraq, Qərb dövlətləri, digər sahələrlə yanaşı, hərbi sferada da ölkəmizlə əməkdaşıla getdikcə daha çox maraq göstərir. Onlar hərbi-iqtisadi sahədə Azərbaycanın imkanlarının nəyə çatdığını yaxşı bilirlər. Elə bu səbəbdən də ölkəmizlə hərbi əməkdaşlığa böyük diqqət yetirirlər. Bütün bunlar o deməkdir ki, hər an başlaya biləcək ikinci Qarabağ savaşında Azərbaycan düşmən ordusunu darmadağın etmək üçün hərbi sahədə üstünlüyünü sürətlə artırır. Elə bundan irəli gəlir ki, Azərbaycanla yeni savaş Ermənistanda böyük əksəriyyət tərəfindən əsl fəlakət kimi qəbul olunur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ