Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ-ın Türkiyəyə qarşı iqtisadi savaşı sərtləşir, savaşın Azərbaycana mümkün təsirləri müzakirədə…

Image


Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatlar Qərb dünyasında, xüsusən də ABŞ-da getdikcə daha böyük narahatlığa yol açır. Bu fonda onlar Ankaradan hərbi əməliyyatların dayandırılmasını tələb edir, əks təqdirdə Türkiyəyə qarşı sərt addımlar atacaqlarını bildirir. Amma Türkiyə də geri çəkilmək niyyətində deyil.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, Türkyə hədəfinə çatmaqda israrlıdır. Onun sözlərinə görə, PKK sürətlə mövqelərini itirir: "Hədəfimiz terrorçuların 32 kilometrlik ərazidən kənara çıxarılmasıdır". Ərdoğan ABŞ prezidenti Donald Trampın Türkiyəyə etdiyi atəşkəs təklifini qəbul edə bilməyəcəklərini bildirib. Belə vəziyyətdə ABŞ-ın əl atdığı əsas vasitə sanksiyalar yolu ilə Türkiyəni dayandırmaqdır. Artıq məlum olduğu kimi, Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Dövlət katibi Mayk Pompeo bildirib ki, Tramp Türkiyə ilə bağlı icraçı fərman imzalayıb. İcraçı fərman Maliyyə Nazirliyinə və Dövlət Departamentinə Türkiyə hökumətinin ayrı-ayrı şəxslərinə, təşkilatlara qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir. ABŞ prezidentinin özü isə poladın idxalına tətbiq olunan gömrük vergisinin 50 faizə qaldırılacağını açıqlayıb. Türkiyə ilə 100 milyard dollarlıq ticarət razılaşmasını ehtiva edən müzakirələr dərhal dayandırılacaq. Ağ Evdən bu xüsusda bildirilib: "Prezident Tramp, xüsusilə Türkiyə hökumətinin son dövrdə Suriyanın şimalında keçirdiyi hərbi müdaxilə olmaqla, Suriya ilə əlaqədar vəziyyətin İŞİD-i məğlubetmə kampaniyasını baltaladığını, vətəndaşları təhlükəyə atdığını və bölgədə sülh, təhlükəsizlik və sabitliyi təhdid etdiyini düşünür. Tramp artıq bu mövzuda bəzi addımlar atıb. Maliyyə Nazirliyi Dövlət Departamenti ilə birlikdə Suriyada sülh, təhlükəsizlik, sabitlik və ya ərazi bütövlüyünü təhdid edən Türkiyə hökumətinin indiki və keçmiş rəsmilərini müəyyən edərək onların ABŞ-dakı aktivlərini müsadirə edə bilər. ABŞ Maliyyə Nazirliyinin müəyyən etdiyi maliyyə qurumlarına da məhdudyyətlər tətbiq ediləcək". Maliyyə Nazirliyi isə "Sülh çeşməsi" hərəkatı çərçivəsində tətbiq edilən sanksiyaları açıqlayıb. Nazirlik Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu və enerji və təbii sərvətlər naziri Fatih Dönmezin sanksiya siyahısına daxil edildiyini bildirib. Bundan başqa, Müdafiə Nazirliyi ilə Enerji və Təbii Sərvətlər Nazirliyinə qarşı da sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına daxil edilən şəxs və qurumların ABŞ-dakı aktivləri dondurulacaq, onların ABŞ-da maliyyə əməliyaytları həyata keçirməsi qadağan ediləcək. Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin bildirib ki, Donald Tramp ABŞ rəsmilərinə Suriyanın şimalında hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı çox ciddi digər sanksiyalara göstəriş verib. Bundan əvvəl isə respublikaçı senator Lindsi Qrem və onun demokrat həmkarı Krin Ban Hollen Türkiyəyə qarşı ölçüləri açıqlayıb. Onlar, prezident Rəcəb Tayyib Ərdoğan da daxil edilməklə, Türkiyənin yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Rusiyadan S-400 raketlərdən müdafiə sistemi alan Türkiyənin cəzalandırılması və Türkiyə rəsmilərinə viza məhdudiyyətlərinin qoyulmasını təklif edib.

Türkiyənin  xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirir ki, ölkəsi sanksiyalardan qorxmur: “Əgər biz sanksiyalardan qorxsaydıq, bu əməliyyatları başlatmazdıq. Bu bizim milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır”. Nazir qeyd edib ki, heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil. Türkiyə prezidentinin köməkçisi Fuat Oktay da sanksiya təhdidlərinin sərhədin diğər tərəfindən gələn terror təhdidindən daha böyük təhdid olmadığını bildirib: "Kim nə söyləyirsə söyləsin, Türkiyə olaraq, bölgənin terrordan təmizlənməsi mövzusunda çox əzmli və qərarlıyıq". Beləliklə, bütün bunlar ABŞ və Türkiyə arasında artıq iqtisadi müstəvidə sanksiyalar savaşının başlandığını göstərir. Bunun qardaş ölkəyə, onunla sıx işbirliyi quran Azərbaycana real təsirləri də olduqca maraq doğurur. Məsələ ilə bağlı türkiyəli iqtisadçı Kərəm Karabulut bildirir ki, sanksiyalar Türkiyə iqtisadiyyatına təsir edə bilməz: "Çünki Türkiyə iqtisadiyyatı ABŞ iqtisadiyyatından asılı deyil. Türkiyə ümumi xarici ticarətinin təxminən 21 milyard dollarını ABŞ-la həyata keçirir. Bunun 8,5 milyard dolları ixracın, 12,5 milyard dolları isə idxalın payına düşür. Yəni Türkiyə bu ölkəyə daha az satıb, daha çox mal və xidmət alır. Bu səbəbdən zərər görəcək ölkə Türkiyə deyil, ABŞ olar. Türkiyənin xarici ticarəti təxminən 400 milyard dollardır. Yəni Türkiyə ümumi ticarətinin 5 faizini ABŞ-la həyata keçirir". O bildirib ki, bundan başqa, Türkiyə silah baxımından da ABŞ-dan asılı deyil: "Alternativ ölkələrdən silahlar ala bilir və ya istifadə etdiyi silahların böyük bir hissəsini özü istehsal edir. Bu səbəbdən Türkiyəyə heç bir ölkənin təzyiqi təsir etməz. Türkiyə əhali, ərazi və gəlirin çoxluğu baxımından dünyanın öndə gələn güclü ölkələrindən biridir. Türkiyənin əhalisi səkkiz Avropa Birliyi ölkəsinin ümumi əhalisinin sayından daha çox, ərazisi isə beş Avropa Birliyi ölkəsinin ümumi məkanından daha böyükdür. Ölkə daxilində də birlik və bərabərlik halında olan Türkiyə iqtisadiyyatına xaricdən gələcək sanksiyalarla zərər verilməsi çox çətindir". ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinin Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı isə ekspert qeyd edib: "Türkiyəyə tətbiq edilən sanksiyaların Azərbaycan iqtisadiyyatına heç bir təsiri olmaz. Tam əksinə, Azərbaycanla Türkiyə arasındakı ticarəti və qardaşlıq əlaqələrini artırır. Bizim ölkələrimiz çox möhkəm tellərlə bir-birinə bağlıdır. Ümummilli lider Heydər Əliyev "Biz iki dövlət, bir millətik" deyərək, Türkiyənin qurucusu Mustafa Kamal Atatürk də "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyərək bu bağları göstərmişdirlər. Onsuz da Türkiyə ilə Azərbaycanın birgə hərəkət etməsi hər iki ölkənin beynəlxalq arenada ən mühüm təminatı və sığortasıdır. Türkiyə iqtisadiyyatı təsirlənmədikcə Azərbaycan iqtisadiyyatı da təsirlənməz. Azərbaycan da Türkiyə kimi həm yerləşdiyi region, həm də dünyada önəmli yerə malik və güclü rəhbərliyi olan ölkədir. Belə güclü iki ölkənin xarici sanksiyalardan əziyyət çəkməsi mümkün deyil".

Hazırda sanksiyalar məsələsi Türkiyə iqtisadiyyatına hansısa formada ciddi təsir göstərmir. Yalnız lirənin məzənənsində cüzi ucuzlaşma var və hökumət müdaxildəsi ilə bunun da aradan qalxması gözlənilir. İqtisadçı Vüqar Bayramov da qeyd edir ki,  Ağ Ev sanksiyaları gücləndirəcəyi halda, Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalar ola bilər: “Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın üçdə biri Türkiyənin payına düşür”. Bunlar fonunda hesab edilir ki, ABŞ sanksiyaları gücləndirdiyi təqdirdə Türkiyə digər ölkələr, o cümlədən Azərbaycanla daha çox yaxınlaşacaq. Xüsusən də Türk Şurasının Bakı görüşündən sonra hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyi daha aydın görünür.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ