Cümə axşamı günü, 05 noyabr 2026
     

Türk dövlətlərinin inteqrasiyasında Naxçıvan mərhələsini simvollaşdıran tarix - Prezidentin təhlilinə mütəxəssislər qoşuldu

Image


Zaman-zaman müxtəlif qüvvələr, imperiyalar türk xalqları arasındakı mövcud bağları sarsıtmağa, zədələməyə çalışsalar da, tam olaraq buna nail ola bilməyiblər. Milli, tarixi, mədəni və mənəvi baxımdan ayrılmaz qüvvə olan türk etnosu bu gün ayrı-ayrı cümhuriyyətlər formasında həm öz mövcudluqlarını qoruyur, həm də bir-birilə müxtəlif istiqamətlərdə əlaqələri möhkəmləndirirlər.  

Bu gün türkdilli xalqların, dövlətlərin inteqrasiyasında önəmli olan türk dövlətləri, şəhərləri, şəxsiyyətləri var ki, onlar bu mühüm birliyi yenidən bərpa ediblər.

Məlum olduğu kimi, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi.

Onu da vurğulayaq ki, sözügedən şura 2009-cu ildə Naxçıvanda təsis edilib və şuranın fəaliyyəti bu məkandan start götürüb. Sözsüz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanın evsahibliyi ilə yaradılması tariximizdə mühüm bir mərhələnin başlanğıcını xarakterizə edir.   

Türk Şurasının VII Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Şuranın yaradılması tarixinə xüsusi diqqət çəkib: “Türk Şurasının VII Zirvə görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi Türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

  • Məhərrəm Zülfüqarlı: “...Naxçıvanda ən yeni tarixi mərhələnin əsası qoyuldu”

Türk dövlətlərinin inteqrasiyasında Naxçıvan mərhələsini simvollaşdıran tarixi mərhələnin bütün Türk dünyası üçün yeni nəfəslik açdığını deyən tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, bu şuranın Naxçıvanda təsis edilməsi təsadüfi deyildi. M.Zülfüqarlı hesab edir ki, Türk dünyası üçün böyük əhəmiyyət daşıyan Naxçıvanda türk dövlətləri başçıları tərəfindən belə şuranın yaradılması türk dövlətlərinin, xalqlarının inteqrasiyasını simvollaşdıran bir tarix kimi xarakterizə edilməlidir. “Ümumiyyətlə, bu şuranın Azərbaycanda, Naxçıvanda təsis edilməsi, yaradılması təsadüfi deyildi, bu, birbaşa türk xalqlarının, dövlətlərinin inteqrasiyasını sürətləndirməyə xidmət edən bir hadisə idi. Onu da bildirim ki, türkdilli xalqlar və dövlətlər arasında inteqarsiyanın daha da dərinləşdirilməsi, əlaqələrin möhkəmləndirilməsi üçün həmin ərəfədə Naxçıvanda Türk Xalqlarının Akademiyası yaradılıb. Bu akademiyanın əsas məqsədi Orxon-Yensey, Monqolustan ərazisindəki qədim türk mədəniyyətini, tarixi-mədəni irsini öyrənmək olub. Demək istəyirəm ki, türk xalqlarının inteqrasiyasının sürətlənməsində, bu birliyə nail olmağımızda Azərbaycanın, Naxçıvanın adının xüsusi keçməsi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Çünki Türk dünyasını birləşdirən, bir-birinə yaxın edən şəhər kimi Naxçıvanın rolu böyükdür. Uzun illər türk xalqlarının, dövlətlərinin bir-birindən ayrı düşməsinin müxtəlif səbəbləri olub, bir tərəfdən Sovet hökuməti buna mane olub, digər tərəfdən, Türkiyə NATO-nun üzvü olub, Azərbaycan Varşava müqaviləsində olub. Amma bir məsələ var ki, daim Naxçıvan erməni separatizminin hədəflərindən biri olub. Yəni ermənilər Dağlıq Qarabağ kimi, Naxçıvan haqqında da təxribatçı fikirlər, qondarma iddialar irəli sürüblər. Bu baxımdan, Naxçıvanın mərkəz olması, Türk dünyasını birləşdirməsi, türk xalqları ilə bağlı toplantıların orada keçirilməsi, bu barədə razılıq əldə edilməsi, Türkdilli xalqların Akademiyasının burada formalaşması mühüm əhəmiyyət daşıyır”.

M.Zülfüqarlı hesab edir ki, on il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, əslində, türk xalqlarının, dövlətlərinin inteqrasiyası sahəsində atılan ilk addımlardan biridir. “Həmin dövrdə türk xalqları və dövlətləri arasında əlaqələr yenidən bərpa edildi və türk xalqlarının birliyi, inteqrasiyası baxımından Naxçıvanda ən yeni tarixi mərhələnin əsası qoyuldu. Burada yalnız dövlət başçıları, siyasətçilər, parlamentarilər səviyyəsində işlər görülmədi, həm də Türk Akademiyasının timsalında alimlər səviyyəsində işlər həyata keçirilməyə başladı. Bu akademiyada türk xalqlarının tarixinin, mədəniyyətinin öyrənilməsi həyata keçirilir və bu proses indi də davam edir. Onu da deyim ki, belə bir mühüm təsisatın meydana gəlməsində Naxçıvanın adının olmasının xüsusi siyasi əhəmiyyəti var. Bununla da Naxçıvanın Türk dünyasını birləşdirən qədim türk torpağı olduğunu bir daha dünyaya bəyan edirik” - deyə  M.Zülfüqarlı qeyd etdi.  

  • Fəzail İbrahimli: “Vaxtilə Avrasiyada, iki qitə arasında vahid türk xətti mövcud idi”

Millət vəkili, tarixçi-alim, professor Fəzail İbrahimli də hesab edir ki, bu şuranın Azərbaycanda təsis edilməsinin və türk xalqlarının inteqrasiyasının yeni mərhələsinin Naxçıvanda əsasının qoyulmasının böyük tarixi və siyasi əhəmiyyəti var: “Bu şuranın təsis edilməsi barədə razılığa gəlinməsi ilə bağlı toplantının Naxçıvanda keçirilməsi nəzərdə tutulub və keçirilib də. Prezident çıxışında Zəngəzurun ermənilərə verilməsini və quru sərhədlərimizin əlimizdən alınmasını, bununla da türk xəttinin qırılması məsələsini də gündəmə gətirdi. Vaxtilə Avrasiyada, iki qitə arasında vahid türk xətti mövcud idi. Sibirdən, Altaydan başlanan xətt gəlib Orta Asiyaya çıxırdı. Bu xətt qırıla-qırıla gəlib Zəngəzura çatdı və Zəngəzur o qırılan xəttin son həlqəsidir. Açıq şəkildə deyildi ki, Zəngəzurun ermənilərə verilməsi türk dövlətləri arasında quru xəttin kəsilməsinə gətirib çıxardı. Bu, yüzillərlə böyük geosiyasi güclərin, iri dünya dövlətlərinin planlaşdırdığı məsələ idi. Vaxtilə Orenburqu Qazaxıstandan ayırdılar, Rusiya tərkibində olan türk xalqları assimilyasiya və tabe edildi. Sonra da Azərbaycan ərazisində erməni dövləti yaratdılar, Zəngəzuru da götürüb onlara verməklə minillər boyu davam edən türk xəttinin son həlqəsi də qırıldı. Bu, ümumiyyətlə, Türk dünyasının əlaqələrinin qırılmasına rəvac verən addım idi. Bu vacib məsələ yenidən Azərbaycan Respublikasının Prezidenti tərəfindən gündəmə gətirildi. Hesab edirəm ki, əsası Azərbaycanda, Naxçıvanda qoyulan türk dövlətlərinin, xalqlarının birliyi, inteqrasiyası gələcəkdə dünya siyasətində öz sözünü deyəcək. Çünki artıq öz iqtisadi, siyasi gücü ilə mövcud olan türk dövlətləri bir araya gəlib və sarsılmaz birliyə nail olublar. Fikrimcə, Türkiyə, Azərbaycan, Qazaxıstan kimi güclü, qüdrətli dövlətlər, eləcə də digər türk dövlətlərinin birgə səyləri türkün qüdrətini və türk siyasətini dünyada gücə çevirə biləcək. Əsası Naxçıvanda qoyulan bu tarixi hadisə həm də ona görə diqqət çəkir ki, həmin dövrdə düşmənin göz dikdiyi bir Azərbaycan yurdunda türk dövlətləri birləşərək düşmən qarşısında sipər kimi göründülər. Türk dövlətləri başçılarının birliyi həm düşmənlərimizə, həm də bütün dünyaya bir mesaj idi ki, Naxçıvan qədim türk torpağıdır”.

F.İbrahimli hesab edir ki, bu gün türk dövlətlərinin inteqrasiyası, birliyi naminə belə toplantıların keçirilməsi, eyni zamanda, Türk dünyasına qarşı düşmənçilik siyasəti aparan dövlətlərə, qüvvələrə də bir mesajdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ